Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-97/2024 22.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və onların vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayonu Nərimankənd kəndində yerləşən 0,0599 ha torpaq sahəsində tikilmiş 68,90 kv.m ümumi sahəsi olan yaşayış evinin və həmin torpaq sahəsinin naturada ayrılması (real bölgüsü) tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayonu Nərimankənd kəndində yerləşən 0,0599 ha torpaq sahəsində tikilmiş 68,90 kv.m ümumi sahəsi olan yaşayış evinin və həmin torpaq sahəsinin naturada ayrılması (real bölgüsü) tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Nərimankənd kəndində 06 sot torpaq sahəsində tikilmiş evə və həyətyanı torpaq sahəsinə onun və digər bacı qardaşlarının adına 1/6 hissədə pay hüququna dair 08 fevral 2021-ci il tarixdə **********, **********7, **********, **********, ********** və ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Cavabdehlərlə razılıq əldə edə bilmədiklərindən paylarını ayıra bilmirlər. Ona görə də Qobustan rayonu Nərimankənd kəndində yerləşən 0,0599 ha torpaq sahəsində tikilmiş 68,90 kv.m ümumi sahəsi olan yaşayış evinin və həmin torpaq sahəsinin beş nəfər bacı-qardaş arasında naturada ayrılması (real bölgüsü) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 İddiaçı1 izahatı ilə eyni izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 vəkili nə nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlərlə iddiaçılar arasında evin satılması və hər-kəsin payına düşən məbləği götürməsinə, evin iddiaçılara, torpağın isə cavabdehlərə verilməsinə və ya cavabdehlər tərəfindən iddiaçıların hər-birinə 15000 manat kompensasiya ödənilməsinə ev və torpaq sahəsinin cavabdehlərə qalmasına da razıdırlar. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, bacısı Lətafət və o da həmin evdə qeydiyyatdadır. Qardaşlarının naturada bölünməsini tələb etdikləri ev ata yurdu olduğuna görə həmin evin satılmasına razı deyillər. Qardaşlarının fikri həmin evi satmaqdır. Əgər belə deyilsə ev bütün bacı qardaşların payıdır və istədikləri zaman gəlib istirahət etmək hamısının haqqıdır. Həmin həyətdə torpaq sahəsi çoxdur. Əgər iddiaçılar razı olarlarsa, evin onlara, torpaq sahəsinin isə iddiaçılara verilməsinə razıdırlar. Əks halda isə evin bölünməsinə və satılmasına razı deyillər. İddianı qəbul etmir. Cavabdeh2 iddianı qəbul etməyərək bacısı Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iddiaçıların, onların vəkili və nümayəndəsi Vəkil və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, hüquq sahibləri İddiaçı3, İddiaçı1, X2, İddiaçı2, X1 və Cavabdeh2 olmaqla İddiaçı1 xüsusi mükiyyətində Qobustan rayonu (Nərimankənd kəndi) Qobustan şəhərində ümumi sahəsi 68,90 kvadrat metr daşınmaz əmlakı və 0,0599 ha həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, hüquq sahibləri İddiaçı3, İddiaçı1, X2, İddiaçı2, X1 və Cavabdeh2 olmaqla Cavabdeh2 xüsusi mükiyyətində Qobustan rayonu (Nərimankənd kəndi) Qobustan şəhərində ümumi sahəsi 68,90 kvadrat metr daşınmaz əmlakı və 0,0599 ha həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, hüquq sahibləri İddiaçı3, İddiaçı1, X2, İddiaçı2, X1 və Cavabdeh2 olmaqla Cavabdeh1 xüsusi mükiyyətində Qobustan rayonu (Nərimankənd kəndi) Qobustan şəhərində ümumi sahəsi 68,90 kvadrat metr daşınmaz əmlakı və 0,0599 ha həyətyanı torpaq sahəsi vardır. Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 20 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ 375389 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli 3-16-16/2-10/2796 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Qobustan rayonu Nərimankənd kəndində yerləşən tədqiq olunan həyətyanı torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, yalnız tək bir sanitar qovşağın olduğunu, mülkiyyətçilərin sayını, mülkiyyətçilərin payına düşən sahəni, həmin paya uyğun sahələrin mövcud olmadığını nəzərə alaraq, həmin yaşayış evinin və torpaq sahəsinin naturada ayrılmasının, eyni zamanda iddiaçılar və cavabdehlərin sanitar qovşaqdan və torpaq sahəsindən ayrıayrılıqda istifadə qaydalarının (real bölgüsünün) “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Qobustan rayonunun Nərimankənd kəndində 06 sot torpaq sahəsində tikilmiş evə və həyətyanı torpaq sahəsinə İddiaçı2, İddiaçı3, İddiaçı1, X2, Cavabdeh1 və Cavabdeh2 adına 1/6 hissədə pay hüququna dair 08 fevral 2021-ci il tarixdə **********, **********7, **********, **********, ********** və ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Cavabdehlərlə razılıq əldə edə bilmədiklərindən paylarını ayıra bilmirlər. Ona görə də Qobustan rayonu Nərimankənd kəndində yerləşən 0,0599 ha torpaq sahəsində tikilmiş 68,90 kv.m ümumi sahəsi olan yaşayış evinin və həmin torpaq sahəsinin beş nəfər bacı qardaş arasında naturada ayrılması (real bölgüsü) üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında cavabdehlər iddia tələbi ilə razı olmadıqlarından iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuş, lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli 3-16-16/2-10/2796 saylı ekspert rəyindən də Qobustan rayonu Nərimankənd kəndində yerləşən tədqiq olunan həyətyanı torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, yalnız tək bir sanitar qovşağın olduğunu, mülkiyyətçilərin sayını, mülkiyyətçilərin payına düşən sahəni, həmin paya uyğun sahələrin mövcud olmadığını nəzərə alaraq, həmin yaşayış evinin və torpaq sahəsinin naturada ayrılmasının, eyni zamanda iddiaçılar və cavabdehlərin sanitar qovşaqdan və torpaq sahəsindən ayrı-ayrılıqda istifadə qaydalarının (real bölgüsünün) “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Ona görə də iddia edilən evin və torpaq sahəsinin real bölgüsü mümkün olmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquqi münasibətlər ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquqi münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 27-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Konstitusiyanın 29.3-cü maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 31-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ bəndinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin Vİİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayonu Nərimankənd kəndində yerləşən 0,0599 ha torpaq sahəsində tikilmiş 68,90 kv.m ümumi sahəsi olan yaşayış evinin və həmin torpaq sahəsinin naturada ayrılması (real bölgüsü) tələbinə dair iddiaları“Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı üçün təmin olunmamalıdır. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı2, İddiaçı3, İddiaçı1 v cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayonu Nərimankənd kəndində yerləşən 0,0599 ha torpaq sahəsində tikilmiş 68,90 kv.m ümumi sahəsi olan yaşayış evinin və həmin torpaq sahəsinin naturada ayrılması (real bölgüsü) tələbinə dair iddia həmin evin və torpaq sahəsinin real bölgüsü mümkün olmadığından təmin olunmasın. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı2, İddiaçı3, İddiaçı1 v cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-97/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-97/2024
22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver