Məhkəmə qərarları › İş №2(027)-100/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-100/2023

16.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-100/2023 16.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyul 2021-ci il qeydiyyat tarixli, **********95-10301 qeydiyyat nömrəli çıxarışa əsasən Quba şəhəri, 32-33cü məhəllə ünvanında yerləşən ümumi sahasi 106,6 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsindən paylarının naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 03 noyabr 1980-ci il tarixdə X5 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşlar. Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən 106,60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi X5 ilə birgə nikah dövründə alınmışdır. Şəfiqə Hadiyeva 24 dekabr 2020-ci ildə vəfat etdikdən sonra qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı vərəsəlik hüquqları tanınaraq hüququların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 29 iyul 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********95-10301 reyestr nömrəli çıxarış verilmiş və həmin çıxarışla Quba şəhəri, 32/33-cü məhəllə ünvanında yerləşən 106,60 kv.m olan fərdi yaşayış evinin və 0,04 ha torpaq sahəsinin 4/12 hissəsi Cavabdeh, 7/12 hissəsi İddiaçı1 və 1/12 hissəsi isə İddiaçı2 mülkiyyətinə verilmişdir. Göründüyü kimi onların iddiaçılar olaraq qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsində payları cəmi 8/12 hissədir. Hal-hazırda cavabdeh olan Cavabdeh onlarla yola getmir və onunla bir evdə yaşamaq qeyri-mümkünsüz hala gəlib. Ona görə də həmin ev və torpaq sahəsinin naturada bölünərək öz paylarından maneəsiz istifadə etmək istəyirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyul 2021-ci il qeydiyyat tarixli, **********95-10301 qeydiyyat nömrəli çıxarışa əsasən Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən ümumi sahəsi 106,6 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsindən paylarının naturada 17 iyul 2023-cü il tarixli, 10/1482 nömrəli ekspert rəyinin bölgü sxemində göstərilmiş qaydada (“B” liter tikili tərəfindən “16,8 m2”, “34,4 m-”, “11,1m2 , “6,92 , “6,0m2 , tikililərin onlara aid edilməklə) ayrılaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı2 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə digər iddaçı İddiaçı1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı2 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********95-10301 olan, çıxarışa əsasən Quba şəhəri, 32/33-cü məhəllə ünvanda 0,04 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 106,60 kv.m sahədən ibarət fərdi yaşayış evi 4/12 hissədə Cavabdeh, 7/12 hissədə İddiaçı1 və 1/12 hisssədə İddiaçı2 adına qeydə alınmışdır. İş materiallarında olan Mülkiyyət Hüququ Haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış əri (arvadı) Quba şəhəri, Bəşir Səfəroğlu küçəsi ev 26 qeydiyyatda olan İddiaçı1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüquqları vardır. X2 mülikyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı : -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2010 tarixdə X3 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri 32-33-cü məhəllə ünvanında yerləşən ümumi sahəsi 106.6 kv/m, yaşayış sahəsi 59,3 kv/m, yardımçı sahəsi 47,3 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2010 tarixdə X3 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri 32-33-cü məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı Quba şəhəri, 32/33-cü məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı Quba şəhəri, 32/33-cü məhəllə ünvanında yerləşən torpaq sahəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında olan Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 2158 №li arayışından görünür ki, İddiaçı1 mülkiyyətində olan Quba şəhərinin 32-33-cü məhllədə yerləşən daşınmaz əmlakın ümumi sahəsi 106.6 kv. metr olan yaşayış evində adları qeyd olunan şəxlər: X8, Cavabdeh və İddiaçı2 qeydiyyatdadırlar. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli texniki pasportdan görünür ki, İddiaçı1 mülkiyyətində olan Quba şəhəri, 32-33-cü məhəllə ünavanda yerləşən, fərdi yaşayış evinə texniki pasport verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 131095 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan məhkəmə ekspertizasının 17 iyul 2023-cü il tarixli, 10/1482 saylı rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 iyi 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95-10301 reyestr nömrəli çıxarışa əsasən X8, İddiaçı2 və X6 paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri, 32/3 məhəllə ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 106,6 kv.metr sahəsi olan fərdi yaşayış evinin paylara uyğun şəkildə yəni X6 4/12 hissə, X8 və İddiaçı2 aid hissələr birlikdə götürülməklə əmlakların iki hissəyə naturada bölünməsi mümkün deyildir. Lakin Quba şəhəri, 32/33 məhəllə ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 106,6 kv.metr sahəsi olan fərdi yaşayış evinin faktiki vəziyyətini, plan yerləşməsini, əlavə yardımçı tikililərin (mətbəx və sanitar qovşağı) inşa olunduğunu nəzərə alaraq, X6 məxsus 4/12 paydan kənara çıxmaqla, X8 və İddiaçı2 aid hissələr birlikdə götürülməklə əmlakların iki hissəyə naturada təcrid mənzillər şəklində İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********95-10301 olan, çıxarışa əsasən Quba şəhəri, 32/33-cü məhəllə ünvanda 0,04 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 106,60 kv.m sahədən ibarət fərdi yaşayış evi 4/12 hissədə Cavabdeh, 7/12 hissədə İddiaçı1 və 1/12 hisssədə İddiaçı2 adına qeydə alınmışdır. Hazırda iddiaçılarla cavabdeh tərəfindən Quba şəhəri 32-33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 106,60 kv.m sahədən ibarət fərdi yaşayış evinin birgə təsərrüfatda idarə edilməsi mümkün olmadığından iddiaçı tərəf həmin torpaq sahəsinin və fərdi yaşayış evinin tərəflər arasında naturada bölünməsi tələbini qoymuşdur. İşin materiallarında olan ekspert rəyinə əsasən Quba şəhəri, 32-33-cü məhəllədə 0,04 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 106,60 kv.m sahədən ibarət fərdi yaşayış evinin tərəflər arasında faktiki vəziyyətini, planlı yerləşməsini, əlavə yardımçı tikililərin (mətbəx və sanitar qovşağı) inşa olunduğunu nəzərə alaraq, X6 məxsus 4/12 paydan kənara çıxmaqla, X8 və İddiaçı2 aid hissələr birlikdə götürülməklə əmlakların iki hissəyə naturada təcrid mənzillər şəklində İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq bölünməsi mümkün hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, paylı mülkiyyətdə olan Quba şəhəri, 32-33-cü məhəllə ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 106,60 kv.m sahədən ibarət fərdi yaşayış evi mülkiyyətçilər arasında naturada ayrılmalı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyul 2021-ci il qeydiyyat tarixli, **********95-10301 qeydiyyat nömrəli çıxarışa əsasən Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən ümumi sahəsi 106,6 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsindən paylarının naturada 17 iyul 2023-cü il tarixli, 10/1482 nömrəli ekspert rəyinin bölgü sxemində göstərilmiş qaydada (“B” liter tikili tərəfindən “16,8 m2”, “34,4 m-”, “11,1m2 , “6,92 , “6,0m2 , tikililərin X8 və İddiaçı2 aid edilməklə) ayrılaraq verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Paylı mülkiyyətdə olan Quba şəhəri, 32-33-cü məhəllə ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 106,60 kv.m sahədən ibarət fərdi yaşayış evi mülkiyyətçilər arasında naturada ayrılsın. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyul 2021-ci il qeydiyyat tarixli, **********95-10301 qeydiyyat nömrəli çıxarışa əsasən Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən ümumi sahəsi 106,6 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsindən paylarının naturada 17 iyul 2023-cü il tarixli, 10/1482 nömrəli ekspert rəyinin bölgü sxemində göstərilmiş qaydada (“B” liter tikili tərəfindən “16,8 m2”, “34,4 m-”, “11,1m2 , “6,92 , “6,0m2 , tikililər X8 və İddiaçı2 aid edilməklə) ayrılaraq verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar