Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1040/2020 18.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasına” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxsndə (keçmiş VVAQ) doğum haqqında akt qeydləri kitabında xx xxxx 1957-ci il tarixdə 59 nömrə ilə qeydə alınaraq, o, Ərizəçi adına verilmiş № 315395 saylı doğum haqqında akt qeydinin gün, ay, il qrafasında aparılmış qeyd- “xx.xx.1957-ci il” tarixinin düzgün olmamasına və həmin qrafada müvafiq düzəlişin, yəni “xx.xx.1954-cü il” tarixinə düzəlişinin aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, Ərizəçi xx xxxxxx 1954-cü il tarixdə anadan olmuşdur. Onun doğumu Maraqlı şəxsndə (keçmiş VVAQ) doğum haqqında akt qeydləri kitabında xx xxxx 1957-ci il tarixdə 59 nömrə ilə qeydə alınaraq, № 315395 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun doğum tarixi “xx xxxxxx 1954-cü il” əvəzinə səhvən “xx xxxxxx 1957-ci il” kimi qeyd olunmuşdur. Onun xx xxxxxx 1954-cü il tarixdə doğulmağını Quba rayonu, Çağacıq kənd sakinlərinin iştirakı ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli Aktla da təsdiq olunur. Eləcə də, orta təhsil aldığı Quba rayon Talabı-palasa kənd 8 illik məktəbi tərəfindən adına verilmiş AZ №597095 saylı, xx.xx.1970-ci il tarixli səkkiz illik təhsil haqqında Şəhadətnaməmdən də görünür ki, o, 1954-cü il tarixdə doğulmuşam və 1970-ci ildə 8-ci sinfi bitirmişdir. Onun doğum haqqında şəhadətnaməsində qeyd olunmuş xx.xx.1957-ci il tarixinin xx.xx.1954-cü il tarixə düzəliş edilməsi ilə əlaqədar, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs xx xxxxxx 2020- ci il tarixli, 88 saylı məktubu ilə ona həmin düzəlişin edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi tovsiyə edilmişdir. Doğum haqqında şəhadətnaməsində doğum ili 1957-ci il yazıldığından, onun adına tərtib olunmuş hərbi biletində, əmək kitabçasında, nikah haqqında şəhadətnaməsində, eləcə də, şəxsiyyət vəsiqəsində 1954-cü il əvəzinə 1957-ci il yazılmışdır. Məhkəmədə Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Quba rayonu, Cağacuq kəndində anadan olmuşdur. İş materiallarında olan “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi və X1 arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmışdır. Həmin şəhadətnamədə onun doğum tarixi “xx.xx.1957-ci il” olaraq qeyd edilmşdir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə hərbi xidmətdə olmuşdur. Həmin hərbi biletdə onun doğum tarixi “xx.xx.1957-ci il” olaraq qeyd edilmşdir. İş materiallarınada olan əmək kitabçasının surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə tərtib edilmiş əmək kitabçasında Ərizəçi doğum tarixi “xx.xx.1957-ci il” olaraq qeyd edilmşdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçi Maraqlı şəxsndə (keçmiş VVAQ) doğum haqqında akt qeydləri kitabında xx xxxx 1957-ci il tarixdə 59 nömrə ilə qeydə alınaraq onun adına verilmiş № 315395 saylı doğum haqqında akt qeydinin gün, ay, il qrafasında aparılmış qeyd- “xx.xx.1957-ci il” tarixinin düzgün olmamasına və həmin qrafada müvafiq düzəlişin, yəni “xx.xx.1954-cü il” tarixinə düzəlişinin aparılmasını tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləki, onun adına tərtib edilmiş bütün sənədlərdə (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, nikahın bağlanması haqqında şəhadətnamə və hərbi bilet) onun doğum tarixi xx.xx.1957-ci il olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasına” dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasına” dair ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1040/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1040/2020
18.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver