Məhkəmə qərarları › İş №2(027)-109/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-109/2023

12.01.2023 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-109/2023 12.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili və səlahiyyətli nümayəndəsi X24 Cavabdeh2 vəkili və səlahiyyətli nümayəndəsi X19 iştirakı ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2, X54 Xidmət Mərkəzinin Notariat Ofisinə, Cavabdeh3 qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2, X54 Xidmət Mərkəzinin Notariat Ofisinə, Cavabdeh3 qarşı «miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - miras qoyan, 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 18 noyabr 2017-ci il tarixli reyestrdə 2V-1216 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - onun əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi; - həmin çıxarışın əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; - 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-293 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - onun əsasında Cavabdeh2 və ailə üzvlərinin (X25, X20) adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın qismən Cavabdeh2 düşən hissəsində ləğv edilməsi; - həmin çıxarış əsasında Cavabdeh2 və ailə üzvləri (X25, X20) arasında X34 ilə X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1787 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X21 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - həmin çıxarış əsasında X34 ilə X39 arasında X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-1249 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X26 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - xx.xx.2009-cu ildə vəfat etmiş X7 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-293 nömrəli Qanun üzrə 'Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - onun əsasında Cavabdeh2 və ailə üzvlərinin (X25, X20) adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 17.04,2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın qismən Cavabdeh2 düşən hissəsində ləğv edilməsi; - həmin çıxarış əsasında Cavabdeh2 və ailə üzvləri (X25, X20) arasında X22 ilə X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1754 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X8 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, - həmin çıxarış əsasında X22 ilə X16 arasında X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-968 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, - X4 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X9 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-294 nömrəli və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-295 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; - miras qoyan 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair; - miras qoyan 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X9 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair nəvəsi İddiaçı 1/2 hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək əvvəlki tələbləri ilə yanaşı iddia tələblərinin həcmini artıraraq, - miras qoyan 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 18 noyabr 2017-ci il tarixli reyestrdə 2V-1216 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - onun əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi; - həmin çıxarışın əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; - 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-293 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, - onun əsasında Cavabdeh2 və ailə üzvlərinin (X25, X20) adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın qismən Cavabdeh2 düşən hissəsində ləğv edilməsi; - həmin çıxarış əsasında Cavabdeh2 və ailə üzvləri (X25, X20) arasında X34 ilə X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1787 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X21 adİna Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - həmin çıxarış əsasında X34 ilə X39 arasında X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-1249 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X26 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X10 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX 'seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-293 nömrəli Qanun üzrə 'Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - onun əsasında Cavabdeh2 və ailə üzvlərinin (X25, X20) adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, RX 127501 1 seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın qismən Cavabdeh2 düşən hissəsində ləğv edilməsi; - həmin çıxarış əsasında Cavabdeh2 və ailə üzvləri (X25, X20) arasında X22 ilə X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1754 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X8 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - həmin çıxarış əsasında X22 ilə X16 arasında X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-968 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; - X4 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X9 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-294 nömrəli və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-295 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; - miras qoyan 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, 1 Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair; - miras qoyan 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X9 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair nəvəsi İddiaçı 1/2 hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması; - hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 manat məbləğində pulun da cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, X29, 04 noyabr 2004-cü il tarixdə Quba rayonu, İ Nügədi kənd sakini X27 ilə el adəti ilə ailə quraraq Hörmətin atası Əmrahın evinə gəlin köçmüş, həmin evdə yaşadığı müddətdə xx xxxxxx 2005-ci il tarixdə Möhlət adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra tez-tez Hörmət qazanc dalınca Rusiya Federiyasına getmişdir. Nikahları olmadığı üçün oğlu Möhlətin soyadı onun soyadı kimi yazılmışdır. Əri Hörmət xx xxxxxx 2005-ci il tarixdə Rusiya Federasiyasında olarkən ölmüşdür. Əri öldükdən sonra cehiz əmlakı həmin evdə olmasına baxmayaraq onu həmin evdə yaşamağa qoymamışlar. Dəfələrlə getsə də onu həmin evdən qovmuşlar. O bu barədə Quba rayon Polis şöbəsinə və Quba rayon prokurorluğuna müraciət etmiş, lakin cehiz əmlakı həmin evdə qalmışdır. O, cehiz əmlakını çıxarmaq istəmədiyini, həmin evdə yaşamaq istədiyi üçün qaynatası Əmrah ona qarşı cehiz əmlakın çıxarılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli, 2(027)-880/2010 sayi qətnaməsi ilə iddia təmin olunmuş, cehiz əmlakının X32un yaşadığı evdən çıxarılması qət edilmişdir. Əri Hörmətlə onun rəsmi nikahı olmadığı üçün uşağının soyadı onun soyadı ilə yazıldığından o atalığın müəyyən edilməsi ilə bağlı iddia ərizəsilə Quba Rayon Məhkəməsinə müraciət etdi. Quba Rayon Məhkəməsinin 02 iyul 2010-cu il tarixli, 2(027)-710/2010 nömrəli qətnaməsilə ərizəsı təmin edilmiş, X12 xx xxxxxx 2005-ci il tarixdə doğulmuş X13 atası olması faktı müəyyən edilmişdir. Oğluna doğum haqqında şəhadətnaməni 07 iyun 2019-cu il tarixdə almışdır. X32 28 sentyabr 2017-ci ildə vəfat etmişdir. Bu yaxınlarda ona məlum oldu ki, oğlu Möhlətin atası Hörmətdən və babası Əmrahdan qalan miras əmlakı nənəsi Cavabdeh2 vərəsəlik yolu ilə əldə etmişdir. Halbuki oğluna bu barədə heç bir məlumat verilməmiş, oğlunun qanuni nümayəndəsi kimi o heç bir yerdə rəsmi olaraq imza etməmişdir. Həmin vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğuları verib cavabları alarkən ona məlum oldu ki, oğlu Möhlətin atası Hörmətin Quba rayonu, 1 Nügədi kəndində 0,20 ha həyətyanı torpaq sahəsi və iki hissədən (0,65 ha və 0,30 ha) ibarət olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Bundan başqa oğlu Möhlətin babası Əmrahdan Quba rayonu, İ Nügədi kəndində fərdi yaşayış evi, 0,30 ha həyətyanı torpaq sahəsi, iki hissədən (0,65 ha və 0,30 ha) ibarət olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Oğlu İddiaçı nənəsi Cavabdeh2 Quba rayon Notariat Kontoruna 06 iyul 2009-cu ildə vəfat etmiş mərhum əri, oğlu İddiaçı atası X12 özündən başqa heç bir vərəsəsi olmaması barədə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 02 noyabr 2017-ci il tarixli ərizəsini təqdim edərək, özünü yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, oğlu İddiaçı vərəsəlikdən gizlədərək X7 qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli KX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka 1/1 hissədə 18 noyabr 2017-ci il tarixli, reyestrdə 2-V-1216 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan başqa, oğlu İddiaçı nənəsi Cavabdeh2 Quba rayon Notariat Kontoruna 06 iyul 2009-cu ildə vəfat etmiş mərhum əri, oğlu İddiaçı atası X12 özündən başqa heç bir vərəsəsi olmaması barədə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 27 mart 2018-ci il tarixli ərizəsini təqdim edərək, özünü yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, oğlu İddiaçı vərəsəlikdən gizlədərək X7 qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 1 182781 nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən və 1 182782 nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən ibarət miras əmlakdan X15 düşən 1/1 hissədə 27 mart 2018-ci il tarixli reyestrdə 2V- 292 və 2V-293 nömrəli ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan əlavə, oğlu İddiaçı nənəsi Cavabdeh2 Quba rayon Notariat Kontoruna 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş mərhum ərinin atası, oğlu İddiaçı babası X14 özü və Şöhrət və Qəşəng adlı uşaqlarının olması, başqa heç bir vərəsəsi olmaması barədə Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 27 mart 2018-ci il tarixli ərizəsini təqdim edərək, özünü və Şöhrət və Qəşəng adlı uşaqlarını yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, oğlu İddiaçı (atası Hörmət Ağabəyovun əvəzinə) vərəsəlikdən gizlədərək X9 qalmış qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən və ******* nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən ibarət miras əmlakdan X17 düşən 1/1 hissədə 27 mart 2018-ci il tarixli reyestrdə 2V-294 və 2V-295 nömrəli ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1145, 1242.1, 1133.1, 1159.1, 1243.1, 1243.2, 1243.2 və 1255-ci maddələrinə, eləcə də, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 19,9-cu maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55, 59-cu maddələrinə əsasən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi X40 iddia tələblərini müdəfiə edərək iddia ərizəsi və onun həcminin artırılmasına dair ərzənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə Cavabdeh2 nümayəndəsi X35 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçının tələbi ilə razılaşmırlar. Belə ki, iddiaçı buraxılmış iddia müddətinin bərpası ilə əlaqədar məhkəməyə ərizə təqdim etməmiş və məhkəmənin buraxılmış iddia müddətinin bərpa edilməsi barədə qərardadı mövcud deyildir. Bundan başqa, iddia ərizəsindən göründüyü kimi X27 xx.xx.2009-cu il tarixdə ölmüşdür və miras qoyanın öldüyü vaxt, sonradan, yəni məhkəmə qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə övladlığı tanınmış Möhlət atası Hörmətin qanuni oğlu olmadığından o, vərəsələrin dairəsinə düşmədiyindən, nənəsi X18 tam qanuni əsaslarla oğlu Hörmətə aid miras əmlaka birinci növbəli vərəsə kimi öz adına rəsmiləşdirmişdir. Mülki iş üzrə iddiaçının qanuni nümayəndəsi, Möhlətin övladlığı məhkəmə qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə övladlığı tanınmasına baxmayaraq, İddiaçı doğum haqqında şəhadətnaməsini xx.xx.2019-ci il tarixdə əldə etmişdir. Göründüyü kimi Möhlətin nümayəndəsi özünün səhlənkarlığı nəticəsində itirdiyi mirası bütün iddia müddətləri keçdikdən sonra məhkəməyə müraciət edərək, əsassız iddia tələbi irəli sürmüşdür. Eyni ilə Möhlətin nümayəndəsi olan anası Qanuni nümayəndə uşağın babası Əmrah Ağabəyovun xx.xx.2017-ci il tarixdə ölməsinə baxmayaraq, yenə də, Möhlətə doğum haqqında şəhadətnamə almadığından, notariat kontoruna vərəsələyini qeyd etdirmək üçün müraciət etməmiş və bununla da, yenə də vərəsəliyin qəbul etmə müddətlərini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Bundan başqa iddiaçının mübahisələndirdiyi torpaq sahələri özgəninkiləşdirildiyindən və ortada vicdanlı alıcılar olduğundan və bu məsələ AR Mülki Məcəlləsinin 140-cı maddəsinin təsiri altına düşdüyündən, bu hissədədə, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. X54 Xidmət Mərkəzinin Notariat Ofisi məktibla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastırının və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və cavabdeh kimi cəlb edilmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarlı yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, Hörmət Əmrah oğlu və X2 adına açılmış vərəsəlik işlərinə dair, eləcə də, mübahisə predmetlərinin alqı-satqı müqavilələri ilə bağlı notariat işlərini tədqiq edərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 2009-cu il 09 iyul tarixdə Perm şəhər Motovilixinski rayonunun VVAQ şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2009-cu ildə ölmüşdür. - xx.xx.2017-ci ildə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2009-cu ildə vəfat etmiş X12 atası X28, anası isə Cavabdeh2dır. - Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Quba rayon, İ Nügədi kəndinin sakini olmuş X14 xx.xx.2017-ci il tarixli ölümündən sonra həyat yoldaşı Cavabdeh2, övladları X25 və X23 vərəsələr olaraq qalmışdırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastırının və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən mərhum X14 adına Quba rayonu, Birinci Nügədi kəndində fərdi yaşayış evi (xx.xx.1989-cu il tarixli, 511 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən) və həmin kənddə JN- 2016F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. Qeyd edilir ki, JN-2016F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin arxiv nüsxəsinin 0.30 ha torpaq sahəsi olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında 0.08 ha-nan qeydiyyatdan keçmişdir. Əlavə olaraq bildirilir ki, mərhum X12 adına hal-hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastırının və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışa əsasən X15 məxsus Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinə Quba rayon notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-1216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrindən Cavabdeh2 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmiş, sonradan həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ tanınmış və hal-hazırda da Cavabdeh2 mülkiyyətindədir. Bundan əlavə, xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin adına olan (X20, X28, X25, X27) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.6547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dövlət reyestrindən Quba regional “ASAN xidmət” notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-295 və 2V-293 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və ailə üzvlərinin adına (X25, X20) xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Qeyd edirik ki, yuxarıda qeyd olunan torpaq sahəsini Cavabdeh2 və ailə üzvlərinin (X25, X20) Quba regional “ASAN xidmət” notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1787 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X21 adına özgəninkiləşdirilmiş, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X21 mülkiyyət hüququ tanınmış, sonradan X34 həmin torpaq sahəsini Quba regional “ASAN xidmət” notariat kontorunun xx.xx.2020-ci il tarixii, 4Ə- 1249 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X26 adına özgəninkiləşdirilmiş, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla halhazırda X26 mülkiyyətindədir. Əlavə olaraq qeyd edilir ki, xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********30 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin adına olan (X20, X28, X25, X27) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.3099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dövlət reyestrindən Quba regional “ASAN xidmət” notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V- 294 və 27-292 reyestr nömrəli .qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və ailə üzvlərinin adına (X25, X20) xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Sonradan, Cavabdeh2 və ailə üzvlərinin adına olan(X25, X20) 0.3099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Quba regional “ASAN xidmət” notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1754 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmiş, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X8 mülkiyyət hüququ tanınmış, sonradan X22 həmin torpaq sahəsini Quba regional “ASAN xidmət” notariat kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə-968 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmiş, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla halhazırda X4 mülkiyyətindədir. - Quba rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(027)-710/2010 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək cavabdeh Samirə Arif qızına məxsus qətnamənin «qət etdi» hissəsində sadalanan əmlakların X17 məxsus Quba rayon, İ Nügədi kəndində yerləşən evdən çıxarılması qət edilmişdir. - Quba rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli 2(027)-710/2010 saylı qətnaməsindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə doğulmuş X13 atası olması faktı müəyyən edilmiş, «vətəndaşlıq» qrafasında «İddiaçı» «atası» qrafasında «X27» kimi qeyd edilməklə, Möhlət Cəfərova yeni doğum haqqında şşəhadətnamə verilməsi və həmin şəhadətnamənin verilməsi Quba rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. - Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixdə verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci ildə anadan olmuş İddiaçı atası X27, anası isə X5r. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı doğumu Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2010-cu il tarixli 284 saylı doğum haqqında akt qeydinə əsasən qeydə alınmışdır və həmin doğum haqqında akt qeydi elektron informasiya sistemində mövcuddur. İlk doğum haqqında AZ-İİ 414267 seriyalı xx.xx.2010cu il tarixli şəhadətnamə verilərkən ananın soyadı “Cəfərova” kimi qeyd olunsa da xx.xx.2019-cu il tarixli Quba rayon Qeydiyyat şöbəsinin rəyinə əsasən ananın soyadı “Mustafayevaya” düzəliş olunaraq Az-İB 283614 seriyalı yeni doğum haqqında şəhadətnamə tərtib olunaraq vətəndaşa verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X29 04 noyabr 2004-cü il tarixdə X27 ilə el adəti ilə ailə qurmuş, nikahları qeydə alınmamış, xx xxxxxx 2005-ci il tarixdə Möhlət adlı uşaqları doğulmuş, 06 iyul 2009-ci il tarixdə X44 Federasiyasında olarkən vəfat etmişdir. Ərinin vəfatından sonra onun gəlin gəldiyi və yaşadığı evin sahibi ilə aralarında münaqişəli vəziyyət yaranmış və nəticədə onun iddiası üzrə Quba Rayon Məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli, 2(027)-880/2010 sayi qətnaməsi ilə cehiz əmlakının X32un yaşadığı evdən çıxarılması qət edilmişdir. Buna qədər isə onun əri ilə rəsmi nikahı olmadığı üçün uşağının soyadı onun soyadı ilə yazıldığından atalığın müəyyən edilməsi ilə bağlı iddia ərizəsilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 02 iyul 2010-cu il tarixli, 2(027)-710/2010 nömrəli qətnaməsilə ərizəsi təmin edilərək X12 xx xxxxxx 2005-ci il tarixdə doğulmuş X13 atası olması faktı müəyyən edilmiş, lakin doğum haqqında şəhadətnaməni 07 iyun 2019-cu il tarixdə almışdır. Buna qədər isə iddiaçı Cəfərova soyadını Mustafayeva soyadına dəyişmişdir. X12 vəfatından sonra onun Quba rayonu, 1 Nügədi kəndində 0,20 ha həyətyanı torpaq sahəsi və iki hissədən (0,65 ha və 0,30 ha) ibarət olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. İşin materiallarından görünür ki, iddiaçının qayınatası, Cavabdeh2 əri Əmrah Ağabəyov 28 sentyabr 2017-ci ildə vəfat etmişdir. X14 vəfatından sonra Quba rayonu, İ Nügədi kəndində fərdi yaşayış evi, 0,30 ha həyətyanı torpaq sahəsi, iki hissədən (0,65 ha və 0,30 ha) ibarət olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. İşin materiallarından daha sonra görünür ki, Cavabdeh2 Quba rayon Notariat Kontoruna 06 iyul 2009-cu ildə vəfat etmiş oğlu X12 vərəsəsi olması barədə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 02 noyabr 2017-ci il tarixli ərizəsini təqdim edərək, özünü yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək mərhum oğlundan miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli KX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka 1/1 hissədə, 18 noyabr 2017-ci il tarixli, reyestrdə 2-V-1216 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmçinin Cavabdeh2 Quba rayon Notariat Kontoruna vəfat etmiş 06 iyul 2009-cu ildə mərhum oğlu X12 vərəsəsi olması barədə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 27 mart 2018-ci il tarixli ərizəsini təqdim edərək, özünü yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək mərhum oğlundan qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən və 1 182782 nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən ibarət miras əmlakdan X15 düşən 1/1 hissədə 27 mart 2018-ci il tarixli reyestrdə 2V- 292 və 2V-293 nömrəli ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İşin materiallarından daha sonra görünür ki, Cavabdeh2 Quba rayon Notariat Kontoruna 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş mərhum əri X14 özü və Şöhrət və Qəşəng adlı uşaqlarının olması, başqa heç bir vərəsəsi olmaması barədə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 27 mart 2018-ci il tarixli ərizəsini təqdim edərək, özünü və Şöhrət və Qəşəng adlı uşaqlarını yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, X9 qalmış qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən və ******* nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən ibarət miras əmlakdan X17 düşən 1/1 hissədə 27 mart 2018-ci il tarixli reyestrdə 2V-294 və 2V-295 nömrəli ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İşin materiallarından həmçinin görünür ki, Cavabdeh2 göstərilən torpaq sahələrinə dair müvafiq çıxarışlar almış və həmin çıxarışlar əsasında, yəni onun və ailə üzvlərinin (X25, X20) adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 17.04,2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onlar arasında X22 ilə X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1754 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış, X8 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş və o, həmin çıxarış əsasında X22 ilə X16 arasında X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-968 reyestr nömrəli bağışlama müqaviləsi bağlanaraq X4 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin Cavabdeh2 və ailə üzvləri (X25, X20) arasında X34 ilə X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1787 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış X21 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş və o, həmin çıxarış əsasında X34 ilə X39 arasında X54 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-1249 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlayaraq sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçı ona bu yaxınlarda oğlu Möhlətin atası Hörmətdən və babası Əmrahdan qalan miras əmlakı nənəsi Cavabdeh2 vərəsəlik yolu ilə əldə etməsinin məlum olmasını göstərərək iddia tələblərində sadalanan şəhadətnamələrin etibarsızlığını, onların əsasında əldə edilən çıxarışların ləğvini (bəzilərinin qismən) və bu sənədlər əsasında rəsmiləşdirilən alqı-satqı və bağışlama müqavilələrinin etibarsızlığını mübahisələndirir və oğlunun həmin əmlaklarda vərəsə payının olmasını iddia edir. İddiaçı iddia tələblərinin əsası kimi isə Quba Rayon Məhkəməsinin 02 iyul 2010-cu il tarixli, 2(027)-710/2010 nömrəli qətnaməsilə X12 xx xxxxxx 2005-ci il tarixdə doğulmuş X13 atası olması faktının müəyyən edilməsinə, oğluna doğum haqqında şəhadətnaməni 07 iyun 2019-cu il tarixdə alınmasına, oğlu Möhlətin atası Hörmətdən və babası Əmrahdan qalan miras əmlakı nənəsi Cavabdeh2 vərəsəlik yolu ilə əldə rdərkən oğluna bu barədə heç bir məlumat verilməməsinə, oğlunun qanuni nümayəndəsi kimi onun heç bir yerdə rəsmi olaraq imza etməməsinə, nənəsinin özünü yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, oğlu İddiaçı vərəsəlikdən gizlətməsinə istinad edərək X7 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X15 düşən hissəsinə dair oğlu İddiaçı 1/2 hissədə, eləcə də miras qoyan 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş babası X9 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, 1 Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, 1 Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X17 düşən hissəsinə dair nəvəsi İddiaçı 1/2 hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınmalı olmasını iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İddiaçı 2004-cü ildən X27 ilə ailə quraraq İddiaçı evində yaşamasını, ərinin ölümündən sonra da bir müddət həmin evdə yaşamasına və sonra münaqişəli vəziyyətin yaranması səbəbindən evdən əmlaklarını götürərək çıxıb getməsinə baxmayaraq onun vəfat etmiş əri və qayınatasının adına torpaq sahələrinin mülkiyyətdə olmamasını bilməməsini məhkəmə inandırıcı saymır və hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən isə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla təlaqədardır. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı mərhum əri və qayınatasının adına xüsusi mülkiyyət hüququ ilə torpaq sahələrinin olmasını və onların ölümündən sonra mirasın açılmasından məlumatı olmaması ilə bağlı öz hüquqi mövqeyini sübut edə bilməmiş və bununla əlaqədar hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının mərhum əri və qayınatasının adına xüsusi mülkiyyət hüququ ilə torpaq sahələrinin olmasını bildiyi halda belə onların ölümündən sonra mirasın açılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmək üçün müvafiq addımları atmayaraq bununla bağlı qanunvericiliklə müəyyən edilmiş bütün müddətləri buraxmışdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qəraında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarıxli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının MPN-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilməsini və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını qeyd edərək məhkəmə hesab edir ki, iddiaçının övladı İddiaçı övladlığı məhkəmə qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə tanınmasına baxmayaraq onun doğum haqqında şəhadətnaməsini xx.xx.2019-ci il tarixdə rəsmi qaydada əldə edildiyindən notariat ofisində vərəsəlik işləri rəsmiləşdirilərəkən Ağabəyov X1 övladı olmasına dair doğum haqqında şəhadətnaməsi olmamışdır. Başqa sözlə, iddiaçı övladı Möhlətin nümayəndəsi olaraq səhlənkarlığı və ya digər məlum olmayan səbəblər nəticəsində qanuni qüvvəsini almış məhkəmə qərarının icrasının vaxtında icra edilməsində maraqlı olmamış, ərindən qalmış miras əmlaka dair iddiası ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş bütün müddətləri ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Qanuni nümayəndə uşağının babası Əmrah Ağabəyovun xx.xx.2017-ci il tarixdə ölməsinə baxmayaraq, yenə də, övladı Möhlətə doğum haqqında şəhadətnamə almadığından, notariat kontoruna vərəsələyini qeyd etdirmək üçün, eləcə də həmin dövrdə, əmlaklar özgəninkiləşdirilməmişdən əvvəl, ən azından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə məhkəməyə belə müraciət etməmiş və bununla da, yenə də vərəsəliyin qəbul etmə müddətlərini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Məhkəmə hesab edir ki, notariat ofisi 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X7 qalmış miras əmlaklarla bağlı Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun nüvafiq müdəalarına uyğun olaraq rəsmiləşdirmə aparmış və Cavabdeh3 də notariat ofisinin qanuna uyğun qaydada verdiyi qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında mərhumun anası Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışları verməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı miras qoyan X12 qanun üzrə vərəsəsi olsa da, onun qanuni nümayəndəsi Qanuni nümayəndə miras qoyan öldükdən sonra 6 ay müddətində notariat ofisinə müraciət etmədiyinə görə, 6 aylıq müddətin ötürülməsinə dair isə hər hansı üzrlü səbəbi təsdiq edən sübutu və həmçinin göstərilən müddətdə miras əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamalarına və mirasın qəbul edilməsini şəksiz nümayiş etmələrinə dair mötəbər sübutları məhkəməyə təqdim etmədiklərinə görə, miras həmin vərəsə tərəfindən qəbul edilmiş sayıla bilməz. Eyni hallar 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X9 qalmış miras əmlaklarla bağlı rəsmiləşdirilmələrə də aiddir və bununla bağlı məhkəmə hesab edir ki, notariat ofisi mərhum X9 qalmış miras əmlaklarla əlaqədar Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müdəalarına uyğun olaraq rəsmiləşdirmə aparmış və Cavabdeh3 də notariat ofisinin qanuna uyğun qaydada verdiyi qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında mərhumun arvadı Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışları verməkdə heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmə Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarlılığına hüquqi qiymət verərək, hesab edir ki, həmin şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə həmçinin iddianın “vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən verilmiş çıxarışların ləğv edilməsi” barədə hissəsinə də hüquqi qiymət verərək, hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmədiyindən, iddia qeyd edilən hissələrdə də təmin edilməməlidir. Məhkəmə daha sonra iddia tələbinin miras əmlakın qəbulundan sonra bu əmlakların Cavabdeh2 və ailə üzvləri (X25, X20) tərəfindən X22 ilə bağlanmış xx.xx.2018ci il tarixli alqı-satqı müqaviləsi, həmçinin X34 bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsi və sözügedən əqdlərin, eləcə də sonrakı hüquqi nəticələrin etibarsızlığı və ləğvi ilə bağlı tələblərinə də qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyə əsasən müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MMnin 389, 390 və s. maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (MM-nin 646-cı mad.) Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). MM-nin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış sahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə hesab edir ki, mübahisələndirilən əqdlər (Cavabdeh2 və ailə üzvləri (X25, X20) tərəfindən X22 ilə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli X34 ilə bağlanmış alqısatqı müqavilələri) üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdlərin etibarlılığına şübhə yaranmamışdır Qeyd edilən Alqı-satqı müqavilələri etibarsız hesab edilmədiyi üçün məhkəmə onların hüquqi nəticələri və onlardan sonra bağlanmış bağışlama (X22 ilə X16 arasında) və alqı-satqı (X34 ilə X39 arasında) müqavilələrin, eləcə də, onların əsasında verilən müvafiq çıxarışların ləğvi barədə iddianın dəlillərini də əsassız sayaraq rədd olunması qənaətinə gəlir. Məhkəmə bu nəticələrə gələrkən həmçinin qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3cü şəxslərin iddialarına ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının MPM-nin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Beləliklə də məhkəmə X22 ilə X11, eləcə də, X34 ilə X30 vicdanlı əldə edən kimi qiymətləndirir. Məhkəmə həmçinin hesab edir ki, miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia tələbləri əsassiz olduğundan iddia tələbinin həcminin artırılmasına dair ərizədə göstərilən hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 manat məbləğində pulun da tutulmasına dair tələb də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəməiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbləri əsassiz olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar