Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1699/2025 23.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İş üzrə iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmədə ərizə verərək, hazırda işin məhkəmədən kənar qaydada həll edilməsi barədə cavabdehlə razılığa gəldiklərini, ona görə də iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və ödədiyi dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının vəsatətinə əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı1 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı1 vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-1699/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1699/2025
23.07.2025 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver