Məhkəmə qərarları › İş №2(027)-1134/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1134/2020

27.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1134/2020 27.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Cəfərov Zaur Zöhrab oğlunun və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “dəymiş ziyanın bərpasına dair tələbnamə aktının, qərarlarının ləğv edilməsi, həmin akt əsasında hesablanmış məbləğin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi xx xxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə aktlarının, qərarların ləğv olunması və onlar əsasında hesablanmış 864,0 manat pulun ona məxsus abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, abonent kodu, xx xxxx 2012-ci ildə vəfat etmiş mərhum həyat yoldaşının adında olmuş və o rəhmətə gedəndən sonra həmin evdə uşaqları ilə birgə yaşamışdı. Cavabdeh X3 RQİİ-nin ünvan 1 ünvanına gələrək, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmiş, istifadəsində olan qaz sayğacını xətdən ayırmış, əvəzində Smart G-4 İTRON DİAFRAQMA tipli N-1602AZ**********67 nömrəli yeni sayğac quraşdırmış, yeni plomb vurmuşdular. Sayğac xəttən açıldığdan sonra baxış keçirmişlər və çıxarılan sayğacda heç bir nöqsan olmadığını bildirmişlər. Yeni sayğac quraşdırıldığdan sonra mütəmadi sayğac kartına pul ödəyərək, nümunəvi abonent kimi qazdan istifadə etdiyini bildirmişdi. İddiaçının dediyinə görə, oğlu evə gəldiyi zaman Cavabdeh X3 RQİİ-nin Quba XS-nin əməkdaşları küçədən keçən qaz xətinin altına vurulmuş dayağın içərisində əlavə boru aşkar etdiklərini “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib etdiklərini demiş və həmin akt oğlu tərəfindəndə imzalanmışdı”. 2020-ci ilin aprel ayında qaz sayğacına ödəniş etdiyi zaman ödənilmiş məbləğin bir hissəsini borcun silinməsinə yönləndirildiyindən, dərhal Quba xidmət sahəsinə müraciət olunub və müraciətimizə cavab olaraq, qanunsuz qazdan istifadə etdiyimizi, buna görə akt tərtib olunduğunu, cərimə hesablandığını deyiblər. Cərimə nəyin əsasında yazılması barədə müraciət etməylərinə baxmayaraq, Quba XS-dən aidiyyəti üzrə gərəkli sənədlər onlara təqdim olunmamış, tələb olunan sənədlərin surətlərini “ASAN” Xidmət Mərkəzində fəaliyyət göstərən Cavabdeh İstehsalat Birliyinin xidmət şöbəsindən əldə etmişlər. İddiaçının dedinə əsasən məlum olmuşdur ki, abonent olaraq qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi onun adına olmamış, oğlunun adına yazılmış, həmin müqaviləni oğlunun yerinə başqası imza atıbmış. İddiaçı tərtib olunmuş akta əsasən hesablanmış borcla bağlı mübahisəni həll etmək üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Cəfərov Zaur Zöhrab oğlu iddia tələbinə dair izahat vermiş, məhəllə xəttinin qoruyucu dayağının içində kənar xəttin qaz şlanqının olmadığını, ordan qanunsuz qazdan istifadə etmədiyini, qaynaq işləri görülən zaman yanlışlığa yol verildiyini və bu barədə tərtib olunan aktı bilməyərəkdən imzaladığını demiş, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, qarşı tərəfin qazdan istifadə qaydalarını pozduğunu və qanunsuz qaz sərfiyyatına yol verildiyi barədə izahat vermiş, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı Aktdan görünür ki, ünvan 2 ünvanda abonentin (Mərhum Cəfərov Zöhrab Əli oğlunun) mənzilinə baxış keçiriliərkən, məhəllə xəttinin qoruyucu dayağının içində kənar xətt aşkar olunmuş, istehlakçının nümayəndəsi Cəfərov Zaur Zöhrab oğlu həmin aktı imzalamış, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyi sübuta yetirilmişdir. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə Cəfərov Zaur Zöhrab oğlu (iddiaçının oğlu) arasında xx.xx.2020-ci il tarixli 28154-03-20 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair Cavabdeh X3 RQİİ-nin Quba XS-si tərəfindən xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki,xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən Cəfərov Zöhrab (Cəfərov Zaur Zöhrab oğlu) tərəfindən 8640 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan “ölüm haqqında Şəhadətnam”nin surətindən görünür ki, Cəfərov Zöhrab Əli oğlu xx.xx.2012-ci ildə vəfat etmişdi. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 1362 saylı arayışına əsasən İddiaçı ünvan 3 mənzil 16 ünvanda qeydiyyatdadır. Hazırda ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləəsinin 1096.1- maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməlidir (hərəkət və hərəkətsizlikir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti yaradır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Qazdan istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazı verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məhəllə xəttinin qoruyucu dayağının içindən gətirilmiş kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal Cavabdeh əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmış, həmin akt İddiaçı Mirağa qızının nümayəndəsi Cəfərov Zaur Zöhrab oğlu tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərlə iddiaçının məhəllə xəttinin qoruyucu dayağının içindən gətirilmiş kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmışdır və iddiaçının 2020-ci il üzrə təbii qazdan qeyri qanuni istifadəyə görə dəymiş ziyan 864,00 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, İddiaçı Mirağa qızının Cavabdeh İstehsalat Birliyinə qarşı Cavabdeh X3 RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, ******* saylı dəymiş ziyanın bərpasına dair tələbnamə aktlarının, qərarların ləğv olunması və onlar əsasında hesablanmış 864,0 manat pulun ona məxsus abonent bazasından silinməsinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Mirzəağa qızının Cavabdeh İstehsalat Birliyinə qarşı “dəymiş ziyanın bərpasına dair tələbnamə aktının, qərarlarının ləğv edilməsi, həmin akt əsasında hesablanmış məbləğin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar