Məhkəmə qərarları › İş №2(027)-1143/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1143/2020

05.08.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1143/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi və X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası DƏDRX 5 saylı X7 və X3 qarşı “hüquq əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası DƏDRX 5 saylı X7 və X3 qarşı “hüquq əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs X4 ona qarşı verilmiş ərizəni qəbul etməyərək bildirdi, ərizəçinin onun əvəzindən məhkəməyə müraciət etməsi qanuna uyğun deyil və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamaış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, hazırki 2(027)-1143/2020 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalı və maraqlı şəxslərə maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 306.4-cü, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası DƏDRX 5 saylı X7 və X3 qarşı “hüquq əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi və maraqlı şəxslərə izah edilsin ki, onlar ümumi əsaslarla məhkəməyə iddia verə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar