Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1177/2021 02.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba RİHB-nın Talabıqışlaq İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 05.01.2011-cı il tarixli 02 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, həmin akt qeydində mərhum əri- X7 əvəzinə X1 düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, 04 noyabr 1974-cü il tarixdə X8 ilə rəsmi nikahı qeyd etdirərək ailə qurub. X3 02 dekabr 2010-cu il tarixdə vəfat edib. Ərinin vəfatından sonra vərəsəlik işi ilə bağlı ona arayış lazım olub. Məlum olub ki, mərhum ərinin ölüm haqqında şəhadətnaməsində adı X8 əvəzinə səhvən X2 yazılmışdır. Lakin ərinin digər sənədlərində adı “Ziyəddin” kimi yazılmışdır. O, mərhum X3nun ölüm şəhadətnaməsində adının “Ziyatdin”dən “Ziyəddin”ə düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edib. Quba rayon Qeydiyyat şöbsəinin 30 aprel 2021-ci il tarixli, 05/Q-222 nömrəli məktubu ilə X5 doğum haqqında akt qeydində adı “Ziyatdin” yazıldığı üçün onun adında düzəliş edilməsi mümkün olmadığı və ölüm haqqında akt qeydində mərhum ərinin adının “Ziyatdin”dən “Ziyəddin”ə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi bütün sənədlərdə mərhum ərinin adı “Ziyəddin” kimi yazılmış, lakin ölüm haqqında akt qeydində səhv olaraq “Ziyatdin” kimi yazılmışdır. Hazırda mərhum əri X6 adının ölüm haqqında akt qeydində “Ziyatdin” kimi yazılması ilə bağlı çətinliklərlə üzləşir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq Quba RİHB-nın Talabıqışlaq İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 05.01.2011-cı il tarixli 02 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, həmin akt qeydində mərhum əri- X7 əvəzinə X1 düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir.Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş üzrə şahid X10 bildirdi ki, mərhum X9 onun atasıdı, o, 18 avqust 1975-ci ilda doğulub, nümayəndəliyin Xarovşa kəndində yaşayır. Atasının adı Ziyəddindir, lakin ölüm haqqında akt qeydində səhv olaraq “Ziyatdin” kimi yazılıb. Məhkəmədə iş üzrə şahid X14 bildirdi ki, 10 iyul 1993-cü idə doğulub, həmin vaxtdan bu kənddə yaşayır, mərhum X8 onun həmkəndlisidir. Onu tanıyandan Ziyəddin kimi tanıyıb.. Məhkəmə Ərizəçi, şahidləri dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının15.03.2021-ci il tarixli 248 nömrəli arxiv arayışından görünür ki, Quba RİHB-nın Talabıqışlaq İƏD-si üzrə nümayəndəliyinin 1991-2000-ci illərə aid Xarovşa kəndi üzrə 10 nömrəli təsərüfatbaşına kitabda vətəndaş X8 623 saylı təsərrüfatın başçısı olub. Onun şəxsi istifadəsində 0.15 ha torpaq sahəsi olduğu qeyd olunub. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 30.04.2021-ci il tarixli 222 saylı məktubundan görünür ki, Quba RİHB-nın Talabıqışlaq İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 05.01.2011-cı il tarixli 02 saylı ölüm haqqında akt qeydinin adın “Ziyatdin”dən “Ziyəddin”ə düzəliş edilməsinin müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZ-İ 439299 saylı “ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X8 02.12.2010-cu ildə vəfat etmişdir. 05.01.2010-cu il tarixində 02 nömrə ilə qeyd edilmişdir. Adı “Ziyatdin” kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin 19.04.2021-ci il tarixli, 1151 nömrəli məktubundan məlum olur ki, Ərizəçi ərizəsinə və 287 nömrəli vərəsəlik işinə əsasən Ərizəçi 02.12.2010-cu ildə vəfat etmiş X4 qanun üzrə vərəsələləri sırasına daxıidir. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu Xarovşa kəndində qeydiyyatdadır. İşdə olan İ-ЖГ 297326 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Ərizəçi arasında 10.05.1951-ci ildə rəsmi nikah bağlanmış, 12 nömrə ilə qeyd edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba RİHB-nın Talıbqışlaq İƏV üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 05.01.2011-cı il tarixli 02 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, həmin akt qeydində mərhum Mərdanov Ziyatdin əvəzinə Mərdanov Ziyəddin kimi düzəliş edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişiliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 339, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba RİHB-nın Talıbqışlaq İƏV üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 05.01.2011-cı il tarixli 02 saylı ölüm haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin akt qeydində X7 əvəzinə X1 düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1177/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1177/2021
02.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver