Məhkəmə qərarları › İş №2(027)-122/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-122/2022

26.01.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-122/2022 26.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi Fillərovnanın və Maraqlı şəxs X10 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Fillərovna Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Fillərovna məhkəməyə ərizə ilə müraciət edərək, onun yəni Ərizəçi Fillərovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1977-cı il tarixdən daimi yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Ərizəçi Fillərovna 04 may 1977-ci il tarixdə Dağıstan Respublikasının Maxaçqala şəhərində anadan olmuşdur. Daha sonra elə həmin il 1977-ci ildə nənəsi onu Azərbaycan Respublikasına gətirmiş və həmin tarixdən də Azərbaycan Respublikasında yaşamış, Quba rayonu, Digah kəndində oxuyaraq, natamam orta təhsil haqqında 30 iyun 1992-ci il tarixli, A 802533 nömrəli şəhadətnamə və 24 iyun 1996-cı il tarixli, A 031004 nömrəli attestat almışdır. 04 iyun 1997-ci il tarixdə isə X6 ilə Quba rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 24.03.1997-ci il tarixdə X5 adlı, 10.04.1998-ci il tarixdə X7, 15 fevral 2012-ci il tarixdə isə X8 adlı övladları Quba rayonunda anadan olmuşdur. Göründüyü kimi o, 1977ci ildən ailəsi ilə birlikdə Quba rayonu, Digah kəndində daimi yaşayır. Bu faktı sənədlərlə yanaşı şahid ifadələri ilə də təsdiq edə bilər. Lakin hazırda vətəndaşlığı olmadığından Azərbaycan Respublikası vətəndaşı kimi öz hüquqlarını həyata keçirə bilmir. Halbuki, mövcud qanunvericiliyin tələbinə əsasən mən 2006-ci ilin yanvar ayının 1-dək və halhazırda da Azərbaycan Respublikasında daimi yaşadığından və hər hansı başqa dövlətin vətəndaşı olmadığından bu fakt məhkəmə qaydasında təsdiq olunarsa, o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul oluna bilər. Məhkəmədə Ərizəçi Fillərovna ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Maraqlı şəxs X10 İdarəsinin nümayəndəsi X9 ərizənin təmin edilməsi üçün bütün sübutların mövcud olmasını və ərizənin təmin edilməsinə etirazının olmamasını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs 23.11.2018-ci il tarixli məktubundan görünür ki, 04.05.1977-ci il təvəllüdlü Ərizəçi Fillərovnanın “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyinin 02.09.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Fillərovna Quba rayonu, Digah kəndində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi Fillərovna qızının 24.03.1997-ci il təvəllüdlü X5 adlı, 10.04.1998-ci il təvəllüdlü X7 və 15 fevral 2012-ci il təvəllüdlü X8 adlı övladları vardır və həmin şəhadətnamələrin ana qrafasında Ərizəçi Fillərovna olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş natamam orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Fillərovna Quba rayonu, Digah kənd orta məktəbində oxumuş və 1992-ci il tarixdə natamam orta məktəbi bitirmişdir. İş materiallarına əlavə edilmiş orta təhsil haqqında attestatın surətindən görünür ki, Ərizəçi Fillərovna Quba rayonu, Digah kənd orta məktəbində oxumuş və 1994-cü il tarixdə orta məktəbi bitirmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi Fillərovna qızı arasında 04.06.1997-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyanın vətəndaşlığının olmaması barədə 25.08.2021-ci il tarixli arayışdan görünür ki, 04.05.1977-ci il təvəllüdlü X22 Sosialist Respublikasının Mahaçqala şəhərinin sakini olan Ərizəçi Fillərovna Rusiya Federasiyasının vətəndaşlığını almayıb və Rusiya Federasiyanın vətəndaşlıq haqqında qanunvericiliyən uyğun olaraq Rusiya Federasiyasının vətəndaş deyil. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Fillərovna 04.05.1977-ci il tarixdə Maxaçkala şəhərində anadan olmuş, onun atası X19, anası isə X2. İş materiallarına əlavə edilmiş X3, X14 və X20 tərəfindən 12.01.2022-ci il tarixdə tərtib edilmiş, imzaları ilə və Quba rayonu Xucbala inzibati ərazi üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş aktdan görünür ki, 04.05.1977-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş Ərizəçi Fillərovna körpə vaxtından təxminən 1977-ci ilin iyun ayında atası X13 birlikdə Quba rayonu, Digah kəndində gəlmiş və orada yaşamışdır. Həmin gündən hal-hazıra kimi Ərizəçi Fillərovna Quba rayonu, Digah kədində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 16.04.2021-ci il tarixli arayışından görünür ki, 24.03.1997-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27.10.2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanmış (sol bazunun odlu silah yaralanması, sol bazunun yerinidəyişən sınığı, sol bazu sümüyünün Q.A.İlizarov aparatında osteosintezindən sonrakı vəziyyət) diaqnozu ilə hospitalizasiya olunmuşdur. İş materiallarına əlavə edilmiş vəsiqədən görünür ki, leytenant X5 hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş vəsiqədən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2724 nömrəli Sərəncamı ilə leytenant X5 cəsur döyüşçü medalı təltif olunmuşdur. İş materiallarından görünür ki, leytenant X5 Azərbaycan Respublikası Prezidenti tərəfindən Cəbrayı rayonun, Fizuli rayonun və Xocavənd rayonun azad edilməsinə görə medallarla təltif olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Fillərovna 04.05.1977ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikasının Maxaçqala şəhərində anadan olmuş, lakin Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmədən Azərbaycan Respublikası Quba rayonu, Digah kəndində gəlmişdir. Rusiya Federasiyanın vətəndaşlığının olmaması barədə 25.08.2021-ci il tarixli arayışdan görünür ki, 04.05.1977ci il təvəllüdlü X22 Sosialist Respublikasının Mahaçqala şəhərinin sakini olan Ərizəçi Fillərovna Rusiya Federasiyasının vətəndaşlığını almayıb və Rusiya Federasiyanın vətəndaşlıq haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaş deyil. Ərizəçi Fillərovna Quba rayonu, Digah kənd orta məktəbində oxumuş və 1994-cü il tarixdə həmin məktəbi bitirmişdir. Ərizəçi Fillərovna qızı 04.06.1997-ci il tarixdə X6 ilə Quba rayonu, Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. Ərizəçi Fillərovnanın həmin nikahdan 24.03.1997-ci il təvəllüdlü X5 adlı, 10.04.1998-ci il təvəllüdlü X7 və 15 fevral 2012-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. X3, X14 və X20 tərəfindən 12.01.2022ci il tarixdə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş akt əsasən 04.05.1977-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş Ərizəçi Fillərovna körpə vaxtından təxminən 1977-ci ilin iyun ayında atası X13 birlikdə Quba rayonu, Digah kəndində gəlmiş və orada yaşamışdır. Həmin gündən hal-hazıra kimi Ərizəçi Fillərovna Quba rayonu, Digah kədində yaşaması sübuta yetirilmişdir. Bundan başqa, Ömərova X1 Taryel Bəxtiyar oğlu İİ Qarabağ müharibəsində fəal iştirak etmiş, 24.03.1997-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27.10.2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2724 nömrəli Sərəncamı ilə leytenant X5 cəsur döyüşçü medalı, Azərbaycan Respublikası Prezidenti tərəfindən Cəbrayı rayonun, Fizuli rayonun və Xocavənd rayonun azad edilməsinə görə medallarla təltif olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən Ərizəçi Fillərovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1977-cı il tarixdən daimi yaşaması faktı məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin İ hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs vətəndaşlığı olmayan şəxs hesab edilir. “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni, Ərizəçi Fillərovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1977-cı il tarixdən daimi yaşamağı faktının müəyyən edilməsi ilə bağlı ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi Fillərovna hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi Fillərovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1977-cı il tarixdən daimi yaşaması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar