Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-122/2024 12.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı Əlibaba qızının Cavabdeh qarşı torpaq sahəsindən payının naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Əlibaba qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********04 reyestr nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüquqi ilə mənə düşən 2/3 hissədə payımın torpaq sahəsinin plan və ölçüsündə (torpaq sahəsinin planı miqyas 1:5000) 97Z ilə işarələnmiş qonşu torpaq sahəsi tərəfdən, yəni döngə nöqtələri X- 305289.4249 Y-4588316.2545 olan hissədən başlamaqla Cavabdeh düşən 1/3 hissədə paydan naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əlibaba qızı ərizə ilə müraciət edərək, hazırda iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Əlibaba qızının Cavabdeh qarşı torpaq sahəsindən payının naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Əlibaba qızının Cavabdeh qarşı torpaq sahəsindən payının naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-122/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-122/2024
12.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver