Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-130/2021 03.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Bəkir oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona dəymiş maddi zərərin əvəzi olaraq 7238 (yeddi min iki yüz otuz səkkiz) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Quba-Qusar yolunun Dağlı kəndində keçən hissəsində idarə etdiyi özünə məxsus olan “Ford Fokus” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Dağlı kəndinin sakini Cavabdeh özünün idarə etdiyi “xxxx” markalı X541KB123 rus dövlət nömrə nişanlı avtomobillə manevr qaydalarını pozaraq qəfildən onun idarə etdiyim avtomobilin qarşısına çıxmış nəticədə avtomobillər toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Quba rayon Polis Şöbəsi tərəfindən həmin faktla bağlı araşdırma aparılmış Quba RPŞ-nin TQ-nin xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, lakin Cavabdeh əməlindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü qərarın surəti Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. Quba RPŞ-nin DYPB-nın TP ******* saylı xx xxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Bununla da Cavabdeh yuxarıda qeyd etdiyi yol-nəqliyyat hadisəsinə görə təqsiri sübuta yetirilmiş və o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Avtomobilin əzilməsi nəticəsində ona dəymiş maddi ziyan “Qusar “VAZ” kooperativi tərəfindən 7238 manat qiymətləndirilmiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunaraq möhürlə təsdiq edilmişdir. İstər inzibati xətanın törədildiyi vaxt, istər də hadisədən sonra dəfələrlə Cavabdeh zərərin əvəzinin ödənilməsi tələb edilsə də, həmin şəxs bundan imina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, Cavabdeh təqsirli hərəkəti yəni ona məxsus avtomaşını vurması nəticəsində ona dəymiş 7238 manat məbləğində pul vəsaiti həmçinin tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilməlidir. Bundan başqa cavabdehin bu hərəkətləri nəticəsində ciddi bədən xəsarətləri almasa da, müxtəlif əsəb sarsıtıları ruhi həyəcan və mənəvi iztirablar keçirmiş ki, bunun nəticəsində də mənəvi zərər dəymişdir. Həmin zərəri 5000 manat miqdarında qiymətləndirir. Odur ki, ona dəymiş mənəvi zərərin əvəzi kimi əlavə olaraq 5000 manat miqdarında pul vəsaiti Cavabdeh tutub ona verilməlidir. Həmçinin dövlət rüsumu olaraq tərəfimdən ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehindən tutulub mənə verilməlidir. İddiaçı əvvəlki məhkəmə prosesində iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə iclası barədə lazımı qaydada məlumatlandırılsa da hazirki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş, bundan sonra bütün sənədlər onun avtomobilinin sığortasına göndərilmiş, onun avtomobilinin sığortası iddiaçının avtomobilinə dəymiş zərəri 4700 manat məbləğində qiymətləndirmiş və sığorta tərəfindən iddiaçıya xx xxxx 2020-ci il 4700 manat məbləğində pul ödənilmişdir. İddiaçı buna baxmayaraq, avtomobilinin sığortasından pulu aldıqdan sonra da ona qarşı əsassız olaraq yenidən iddia ilə məhkəməyə müraciət edir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı ******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1986-cı ildə Özbəkistan Respublikası Daşkənd şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə Cavabdeh və İddiaçı əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, lakin Cavabdeh əməlindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü qərarın surəti Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli TP ******* nömrəli X2 Haqqında qərardan görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-da Quba-Qusar yolunun 3-cü km BOGDAN 21100 markalı, X541KB123 rus dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, FORD FOCUS markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vsitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqq hesabı) dair Aktdan görünür ki, İddiaçı məxsus FORD FOKUS minik markalı avtomaşına dəymiş maddi ziyan 7238 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İCAA 3414/20 saylı xx xxxx 2020-ci il tarixli işə dair Sığorta Aktından görünür ki, xx.xx.2020-ci il tarixdə Quba-Qusar yolunun 3-cü kilometrliyindən sığortalı Cavabdeh ehtiyatsızlığı nəticəsində İddiaçı Novruzovanaya məxsus FORD FOKUS markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4700 manat məbləğində ziyan dəymiş, həmin ziyan ASC “Standard İnsurance” SŞ tərəfindən İddiaçı ödənilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il traixli 9/3252 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Ford Fokus” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5605,0 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Quba-Qusar yolunun Dağlı kəndində keçən hissəsində İddiaçı idarə etdiyi özünə məxsus olan “Ford Fokus” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Dağlı kəndinin sakini Cavabdeh özünün idarə etdiyi “xxxx” markalı X541KB123 rus dövlət nömrə nişanlı avtomobillə manevr qaydalarını pozaraq qəfildən onun idarə etdiyim avtomobilin qarşısına çıxmış nəticədə avtomobillər toqquşmuş və yolnəqliyyat hadisəsi baş vermiş, Quba RPŞ-nin TQ-nin xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, lakin Cavabdeh əməlindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü qərarın surəti Quba RPŞnin DYPB-nə göndərilmiş, Quba RPŞ-nin DYPB-nın TP ******* saylı xx xxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təsirli bilinib 40 manat məbləğində cərimə edilmiş, Cavabdeh idarə etdiyi “xxxx” markalı X541KB123 rus dövlət nömrə nişanlı avtomobil ASC “Standard İnsurance” SŞ tərəfindən sığorta olunmuş, baş vermiş yol-nəqliyyat qəzası nəticəsində İddiaçı məxsus “Ford Fokus” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 4700 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ ASC “Standard İnsurance” SŞ tərəfindən İddiaçı ödənilmiş və o, həmin məbləğlə razılaşmışdır. Buna baxmayaraq İddiaçı Cavabdeh qarşı qəza nəticəsində özünə məxsus avtomobilə dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı məxsus avtomobilə dəymiş zərər Cavabdeh Bəkir oğlunun təqsirli hərərkətləri nəticəsində olsa da, iddiaçıya dəymiş zərər sığorta təşkilatı tərəfindən ona ödənilmiş və o, qeyd edilən məbləğlə razılaşmışdır. Ona görə də, İddiaçı Cavabdeh Bəkir oğluna qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehin hərəkətlərindən ona dəymiş mənəvi ziyan ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. İddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 5000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. İddia tələbi təmin edilmədiyi üçün iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat İddiaçı alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Bəkir oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat İddiaçı alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-130/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-130/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver