Məhkəmə qərarları › İş №2(027)-1302/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1302/2022

18.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1302/2022 18.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, cavabdehlər X14 və Cavabdeh1, nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “paylı mülkiyyətdəki yaşayış evinin hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “paylı mülkiyyətdəki yaşayış evinin hərrac vasitəsilə satılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yeləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin həraca çıxarılaraq satılması və paylara uyğun olaraq pulun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi AR ƏMDK yanında DƏDRX- nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 avqust 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX № ******* seriyalı Çıxarışa əsasən X2na məxsus olmuşdur. X2 11 iyul 1996-cı il tarixdə, anası 16 fevral 1993-cü il tarixdə vəfat ediblər. Onların ölümündən sonra vərəsələri bacıları Yasəmən, Rəmisə və qardaşları Rasim, Ceyhun və özü qalıb. X19 xx.xx.2014-cü il atrixdə vəfat edib. Mərhum atası mülkiyyət hüququ əsasında özünə məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evini 14 dekabr 1992-ci il tarixdə Quba rayonu Dövlət Notariat Kontorunda tərtib və təsdiq edilmiş vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir. O,da həmin vəsiyyətnamə əsasında miras qalmış yaşayış evinə mülkiyyət hüquqlarını qeydə aldıra bilmir. Belə ki, miras qalmış yaşayış evində ondan başqa qardaşı Cavabdeh1 da ailəsi ilə birlikdə yaşayır. Digər vərəsələr miras qoyanın sağlığında ailə quraraq miras qalmış yaşayış evindən köçüb getmişlər. Qeyd edir ki, 2018-ci ildə Quba Rayon Məhkəməsinə Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, mərhum X2ndan miras qalmış ünvan 2 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilərək həmin evə və həyətyanı torpaq sahəsinə vəsiyyətnamə üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Quba Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli iş № 2(027)-297/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dan RX seryialıl 136643 saylı Çıxarışa əsasən X6 məxsus olan və ondan miras qalmış Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin miras qoyan X4 ölümündən sonra İddiaçı, X18 və X14 tərəfindən qəbul edilməsi fakt müəyyən edilmiş, X3 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərd yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin 4/6 hissəsi İddiaçı, 1/6 hissəsinə Cavabdeh1 və 1/6 hissəsinə X8 vərəsəlik üzrə payları müəyyən edilmişdir. Bundan sonra o və cavabdeh qardaşı Cavabdeh2 paylar üzrə adlarına çıxarış almışıq. Lakin digər Cavabdeh2 öz hissəsinə Çıxarışın alınması üçün Reyestr Xidmətinə müraciət etmiş və paylı mülkiyyətdə olan evin hərrac yolu ilə satılmasına razılıq vermir. Həmin yaşayış evinin məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş payları üzrə bölünməsi və onların həmin evdə yaşamağı qeyri-mümkündür. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən vərəsəlik üzrə müəyyən edilmiş paylardan istifadə edə bilməməyi nəzərə alınaraq, həmin yaşayış evinin hərrac vasitəsilə satılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmədə iştirak edən zaman Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin 1/6 hissəsi ona məxsusdur. İddiaçı hazırda evi və həyatyanı torpaq sahəsini hərracda çıxarılaraq satılmasını istəyir, iddiaçının bu tələbi qanunsuz və əsassıdır. Belə ki, torpaq sahəsi və ev ilk növbədə çıxarışdakı paylara uyğun naturada bölünməsi barədə məhkəməyə iddia ərizəsilə müraciət edilməli, məhkəmə icraatı zamanı iş üzrə torpaq sahəsi və evin naturada paylara ayrılmasının mümkün olub-olmaması barədə ekspertiza keçirilməlidir.Dgər ekspertin rəyinə əsasən torpaq sahəsi və ev naturada bölünürsə hərraca ehıiyac yoxdur. Əgər torpaq sahəsi və ev naturada bölünə bilmirsə o zaman yenidən məhkəməyə hazırkı tələblə müraciət etmək olar. Halhazırda torpaq sahəsi və evin naturada paylarının ayrılması barədə iddia ərizəsilə məhkəməyə müraciət etmədən iş üzrə torpaq sahəsi və evin hərracda satılması qanunsuz və əsassızdır. Həmin evin və torpaq sahəsinin satılmasına razı deyil, Hərraca çıxarılmazdan əvvəl həmin ev və torpaq sahəsi bölünməlidir. Belə hal mümkün olmasa hərraca çıxarmaq olmaz. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 nümayəndəsi X5 iddianı qəbul etmədiyini, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X14 iddianı qəbul etməyərək bildirdi ki, həmin evin və torpaq sahəsinin satılmasına razı deyil və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 1/6 hissədə X4, 4/6 hissədə İddiaçı, 1/6 hissədə X8 daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 1/6 hissədə Cavabdeh1, 4/6 hissədə İddiaçı, 1/6 hissədə X8 adına qeydiyyata alınmışdır; Quba Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli iş № 2(027)-297/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dan RX seryialıl 136643 saylı Çıxarışa əsasən X6 məxsus olan və ondan miras qalmış Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin miras qoyan X4 ölümündən sonra İddiaçı, X18 və X14 tərəfindən qəbul edilməsi fakt müəyyən edilmiş, X3 miras qalmış ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərd yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin 4/6 hissəsi İddiaçı, 1/6 hissəsinə Cavabdeh1 və 1/6 hissəsinə X8 vərəsəlik üzrə payları müəyyən edilmişdir. xx.xx.2021-ci iltarixli Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”nə əsasən xx.xx.1996-cı il tarixdə vəfat etmiş X4 vərəsələri Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında qeydiyyatda olan İddiaçı 4/6 hissədə, Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında qeydiyyatda olan X14 1/6 hissədəqalmış Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən miras almalıdır. Cavabdeh1 çatan 1/6 hissə pay açıq saxlanılıb. Azərbaycan Respublikası DİN-yi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Quba şəhərində doğulub, xx.xx.2005-ci il tarixdən Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında qeyd qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər, X15 xx.xx.1940-cı il təvəllüdlü; X5 xx.xx.1959-cu il təvəllüdlü; Cavabdeh1 xx.xx.1963-cü il təvəllüdlü; X14 xx.xx.1967-ci il təvəllüdlü; X9 xx.xx.2002-ci il təvəllüdlü; X12 xx.xx.2000-ci il təvəllüdlü; X16 xx.xx.2004-cü il təvəllüdlü; Arayış xx.xx.2021-ci il tarixində verilib. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli iş № 2(027)-297/2018 saylı qətnaməsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dan RX seryialıl 136643 saylı Çıxarışa əsasən X6 məxsus olan və ondan miras qalmış Quba şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin miras qoyan X4 ölümündən sonra İddiaçı, Cavabdeh1 və X14 tərəfindən qəbul edilməsi fakt müəyyən edilmiş, X3 miras qalmış ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 128,5 kvm olan fərd yaşayış evinin və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin 4/6 hissəsi İddiaçı, 1/6 hissəsinə Cavabdeh1 və 1/6 hissəsinə X8 vərəsəlik üzrə payları müəyyən edilmiş, həmin evin və torpaq sahəsinin 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən “Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər”. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına əsasən ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması miimkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı ilk növbədə payın naturada ayrılması barədə iddia ilə müraciət etməli, payın naturada ayrılması mümkün olmadıqdan sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərədə tutulmuş ardıcıllıqla cavabdehlərə qarşı iddia irəli sürməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “paylı mülkiyyətdəki yaşayış evinin hərrac vasitəsilə satılması” dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “paylı mülkiyyətdəki yaşayış evinin hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220, 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı “paylı mülkiyyətdəki yaşayış evinin hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar