Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1310/2021 16.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, Qaraçay kəndində ona məxsus 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı və 1 aynabənddən ibarət fərdi yaşayış evindən Cavabdeh ailə qurarkən gətirdiyi 1 ədəd stenka, yataq və qonaq mebelləri, 1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd ayna, 1 ədəd termo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 6 ədəd nalça, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tok peçi, 3 ədəd kariz, 1 ədəd çilçıraq, 1 ədəd sandıq, 3 ədəd xalça (2+1 dorojka), 4 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd balış, 7 ədəd nalça, 6 ədəd balaca nalça, 2 ədəd tül pərdə, 2 ədəd ədyal, 2 ədəd pakrıval, 2 ədəd dəmir teşt, 2 ədəd şirli vedrə, 1 ədəd qəhvədan tok samovarı, 1 ədəd nahar yeməyi dəsti, 1 ədəd çay servizi dəsti, 12 ədəd böyük kasa, 6 ədəd balaca kasa, 48 ədəd boşqab (dəst), 6 ədəd qara rəngli boşqab, 12 ədəd rumka, 6 ədəd duzqabı, 6 ədəd bakal, 2 ədəd dolça, 2 ədəd güldan, 1 ədəd çamodan çəngəl-bıçaq dəsti, 1 ədəd paltar tikən maşın, 1 ədəd nikel qazan dəsti, 12 ədəd çəngəl-bıçaq dəsti, 1 ədəd ütüdən ibarət cehiz əmlakının çıxarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, göstərmişdir ki, oğlu X5 Cavabdeh ilə 30.05.2005-ci il tarixdə el adəti üzrə ailə qurmuş, 30.05.2006-cı il tarixdə nikahı rəsmiləşdirmişlər. Cavabdeh gəlin köçərkən həyat yoldaşına məxsus evə gəlin gəlmiş, cehiz əşyalarını məhz həmin evdə yerləşdirmişdir. Birgə nikahdan onların iki oğlu dünyaya gəlmişdir. İkinci oğlu evləndikdən sonra evdə bir qədər darısqallıq olduğu üçün o, oğlu Ramini ailəsi ilə birlikdə özünə məxsus olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində tikilmiş evə müvəqqəti olaraq köçürmüşdür. Həmin vaxt Cavabdeh özünə məxsus cehiz əşyalarını da sözügedən evə aparıb yerləşdirdi. Ailə münasibətləri pozulduğu üçün Quba Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(027)-124/2021 saylı qətnaməsi ilə X5 ilə Cavabdeh arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların atasının himayəsinə verilməsi qət edilmişdir. Hazırda oğlu Ramin Quliyevlə Cavabdeh arasında heç bir nikah münasibəti qalmamışdır. Cavabdeh hazırda atası evində yaşasa da, ailə qurarkən gətirdiyi cehiz əşyaları hazırda ona məxsus torpaq sahəsində yerləşən evdə qalır. Həmin əşyalar aşağıdakılardır: 1 ədəd stenka, yataq və qonaq mebelləri, 1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd ayna, 1 ədəd termo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 6 ədəd nalça, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tok peçi, 3 ədəd karniz, 1 ədəd çilçıraq, 1 ədəd sandıq, 3 ədəd xalça (2+1 dorojka), 4 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd balış, 7 ədəd nalça, 6 ədəd balaca nalça, 2 ədəd tül pərdə, 2 ədəd ədyal, 2 ədəd pakrıval, 2 ədəd dəmir teşt, 2 ədəd şirli vedrə, 1 ədəd qəhvədan tok samovarı, 1 ədəd nahar yeməyi dəsti, 1 ədəd çay servizi dəsti, 12 ədəd böyük kasa, 6 ədəd balaca kasa, 48 ədəd boşqab (dəst), 6 ədəd qara rəngli boşqab, 12 ədəd rumka, 6 ədəd duzqabı, 6 ədəd bakal, 2 ədəd dolça, 2 ədəd güldan, 1 ədəd çamodan çəngəl-bıçaq dəsti, 1 ədəd paltar tikən maşın, 1 ədəd nikel qazan dəsti, 12 ədəd çəngəl-bıçaq dəsti, 1 ədəd ütü. Qeyd edir ki, həmin əşyalar onun mülkiyyətində olan əmlakında yerləşdiyindən evindən rahat istifadə edə bilmir. Ev darısqaldır, çünki cehizlər ona mane olur. O, cavabdehə dəfələrlə cehiz əşyalarının evindən çıxarılmasını xahiş etsə də, cavabdeh könüllü olaraq bunu eləmək istəmir. Ona görə cavabdehə məxsus cehiz əşyalarının evindən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icratı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, aşağıdakılara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş mareriallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan, ********* qeydiyyat nömrəli 20.10.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,08 ha torpaq sahəsi 214 №li reyestr kitabının 50 №li vərəqində 20.10.2020-ci il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətində Quba rayonu Qaraçay kəndində yerləşən 0,08 ha torpaq sahəsi vardır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli qətnaməsindən görünür ki,Quliyeva Ülviyyə Məhəmməd qızının X2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsin təmin edilməmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında olan Quba rayon VVADQ Şöbəsində 30 may 2006-cı il tarixdə bağlanmış və 115 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 10 iyun 2006-cı il təvəllüdlü X6 və 22 oktyabr 2007-ci il təvəllüdlü X7 atası X1 himayəsinə verilmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh X5 ilə ailə qurarkən qaynatasına məxsus evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə yerləşdirmiş, evdə bir qədər darısqallıq olduğu üçün sonradan müvəqqəti olaraq qaynanası İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, Qaraçay kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı və 1 aynabənddən ibarət fərdi yaşayış evinə köçmüş və cehiz əmlaklarını həmin evə aparmışdır. Uzun müddətdir ki, o, həmin evdən çıxaraq valideynlərinə məxsus evdə yaşayır. Lakin gəlin gələrkən özü ilə gətirdiyi iddia ərizəsində göstərilən cehiz əmlaklarını iddiaçıya məxus evdə saxlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh cehiz əmlaklarının İddiaçı xüsusi mülkiyyətində olan evdə saxlanması üçün heç bir hüquqi əsas yoxdur və həmin əşyalar cavabdeh tərəfindən bu evdən çıxarılmalıdır. Həmin əşyaların heç bir qanuni əsas olmadan iddiaçının xüsusi mülkiyyətdə olan evdə saxlanması İddiaçı həmin evə tam şəkildə sahiblik etməsi və evdən istifadə etməsinə maneələr yaratmaqla mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və uçura bilər, öz sahəsinda başqa şəxsin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İş üzrə Cavabdeh tərəfindən iddia predmetini təşkil edən cehiz əşyalarının İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evdə qalmasının qanuni və hüquqi əsaslarının mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Quliyeva Ülviyyə Məhəmməd qızına məxsus sözügedən əşyaların heç bir hüquqi əsas olmadan İddiaçı məxsus evdə qalması, iddiaçının həmin evə istədiyi kimi sahiblik etməsi, ondan istifadə etməsi və ona dair sərəncam verməsinə maneçilik yaratmaqla, sahiblik, istifadə və sərəncam hüquqlarını pozur ki, həmin pozuntu da aradan qaldırılmalı və İddiaçı qeyd edilən evə sahiblik, istifadə və sərəncam hüquqları olmaqla, mülkiyyət hüquqları tam şəkildə bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür «Payn Velli developments Ltd» şirkəti İrlandiyaya qarşı işdə Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus olan 1 ədəd stenka, yataq və qonaq mebelləri, 1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd ayna, 1 ədəd termo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 6 ədəd nalça, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tok peçi, 3 ədəd kariz, 1 ədəd çilçıraq, 1 ədəd sandıq, 3 ədəd xalça (2+1 dorojka), 4 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd balış, 7 ədəd nalça, 6 ədəd balaca nalça, 2 ədəd tül pərdə, 2 ədəd ədyal, 2 ədəd pakrıval, 2 ədəd dəmir teşt, 2 ədəd şirli vedrə, 1 ədəd qəhvədan tok samovarı, 1 ədəd nahar yeməyi dəsti, 1 ədəd çay servizi dəsti, 12 ədəd böyük kasa, 6 ədəd balaca kasa, 48 ədəd boşqab (dəst), 6 ədəd qara rəngli boşqab, 12 ədəd rumka, 6 ədəd duzqabı, 6 ədəd bakal, 2 ədəd dolça, 2 ədəd güldan, 1 ədəd çamodan çəngəl-bıçaq dəsti, 1 ədəd paltar tikən maşın, 1 ədəd nikel qazan dəsti, 12 ədəd çəngəl-bıçaq dəsti, 1 ədəd ütüdən ibarət cehiz əmlakları İddiaçı məxsus Quba rayonu, Qaraçay kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı və 1 aynabənddən ibarət fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, qət e t d i: İddia təmin edilsin. Cavabdeh məxsus olan 1 ədəd stenka, yataq və qonaq mebelləri, 1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd ayna, 1 ədəd termo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 6 ədəd nalça, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tok peçi, 3 ədəd karniz, 1 ədəd çilçıraq, 1 ədəd sandıq, 3 ədəd xalça (2+1 dorojka), 4 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd balış, 7 ədəd nalça, 6 ədəd balaca nalça, 2 ədəd tül pərdə, 2 ədəd ədyal, 2 ədəd pakrıval, 2 ədəd dəmir teşt, 2 ədəd şirli vedrə, 1 ədəd qəhvədan tok samovarı, 1 ədəd nahar yeməyi dəsti, 1 ədəd çay servizi dəsti, 12 ədəd böyük kasa, 6 ədəd balaca kasa, 48 ədəd boşqab (dəst), 6 ədəd qara rəngli boşqab, 12 ədəd rumka, 6 ədəd duzqabı, 6 ədəd bakal, 2 ədəd dolça, 2 ədəd güldan, 1 ədəd çamodan çəngəl-bıçaq dəsti, 1 ədəd paltar tikən maşın, 1 ədəd nikel qazan dəsti, 12 ədəd çəngəl-bıçaq dəsti, 1 ədəd ütüdən ibarət cehiz əmlakları İddiaçı məxsus Quba rayonu, Qaraçay kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı və 1 aynabənddən ibarət fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1310/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1310/2021
16.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver