Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1323/2021 26.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi təzminatın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 1300 (bir min üç yüz) manat və əldən çıxmış faydaya görə 1000 (bir min) manat pul vəsaitinin, mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində təzminatın, dövlət rüsumu kimi köçürdüyü 30 (otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və təmin olunmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsalandırmışdır ki, Quba rayon Məhkəməsinin 06.08.2019cu il tarixli 2(027)-1543/2019 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş və cavabdehdən 2442,26 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanun qüvvəsini almış və icra olunması üçün Quba rayon İcra şöbəsinə göndərilmişdir. O, bundan sonra həmin ödənişlərin aparılması üçün bankda adına hesab açaraq 16.11.2019-cu il tarixdə həmin şöbəyə poçt vasitəsi ilə göndərmiş, lakin həmin qətnamənin icrası cavabdeh tərəfindən təmin olunmadığı üçün dəfələrlə etdiyi şikayətlərdən sonra həmin borcdan cəmi 800 manat pulun ödənilməsi təmin edilmiş, qalan borc isə hələ də ödənməmişdir. Həmin borcun yaranması ilə bağlı cavabdeh "xxxx" ASC-dən kredit götürərkən ondan ona zamin durmağımı xahiş etmiş və həmin vaxt onu aldadaraq bankdan 1000 manat kredit götürəcəyini bildirmişdir. O yalnız Sumqayıt şəhər Məhkəməsinin 16.03.2016-cı il tarixli qətnaməsini alan vaxt ona məlum olmuşdur ki, cavabdeh bankdan kredit götürən vaxtda da onu aldatmış, faktiki olaraq 3000 manat kredit götürmüş və kredit üzrə öhdəliyi yerinə yetirməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2016-cı il tarixli qətnaməsinə əsasən ondan və cavabdehdən 2634,99 manat əsas borcun, 415,37 manat faiz borcunun tutulması qət edilmiş, cavabdeh yenə də borcu ödəmədiyi üçün həmin borcun tutulması onun aylıq əmək haqqına yönəldilmiş və bu da onun maddi vəziyyətinə ağır təsir etdiyi üçün ailədə narazılıqlara və sözsöhbətlərə səbəb olmuşdur. Dəfələrlə cavabdehin yaşadığı ünvana, iş yerinə gedib-gəlməyinə, bu illər ərzində onunla telefon əlaqələri saxlamağına baxmayaraq cavabdeh yenə də borcun ödənişlərini tam etməmiş (cəmi 800 manat ödəniş etmişdir) və keçən beş il ərzində ona həm maddi, həm də mənəvi sıxıntılar yaşatmışdır. Cavabdehin bu hərəkətləri üzündən məcburiyyət qarşısında qalaraq onun qeydiyyatda olduğu əraziyə görə Quba rayon Məhkəməsində iddia qaldırmış, sənədlər toplamış, əlavə məsrəflərlə üzləşmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən 2 il müddət keçsə də o yenə də qəbul edilmiş qətnaməni könüllü icra etməmiş və hələ də onun ödənilməmiş borcu qalmışdır. Cavabdehin qalıq borcuna görə o bankdan kredit də ala bilmir. Göründüyü kimi cavabdehin təqsiri üzündən maddi və mənəvi sıxıntılarla üzləşmiş və həmin məsrəfləri, ona dəymiş mənəvi ziyana görə təzminatı cavabdehdən tələb edir. Cavabdehə görə o, 2442,46 manat vəsait ödəmiş, məhkəmə sənədlərinin toplanmasına, dövlət rüsumlarına, məhkəməyə gediş-gəliş xərclərinə ümumilikdə 500 manat, onun yaşadığı ünvana, iş yerinə dəfələrlə taksi ilə gediş-gəlişlərə bu 5 ildə təxminən 800 manat xərc çəkmişdir. Bundan başqa cavabdeh tərəfindən dəfələrlə aldadıldığı üçün mənəvi sarsıntılara məruz qalmış və əsəb-stres keçirmiş ki, həmin ziyanı da 5000 (beş min) manat məbləğində qiymətləndirir. Göstərilənləri nəzərə alıb Cavabdeh maddi ziyana görə 1300 (bir min üç yüz) manat və əldən çıxmış faydaya görə 1000 (bir min) manat pul vəsaitinin, mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində təzminatın, dövlət rüsumu kimi köçürdüyü 30 (otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki,o borclu olduğu məbləğdən məhkəmə qətnaməsi çıxana kimi 1000 manatını ödəyib. Quba rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli 2(027)-1543/2019 saylı qətnaməsi ilə iddiaçının ona qarşı pul tələbinə dair iddiası qismən təmin olunaraq, ondan 2442,26 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilib və tutma onun əmək haqqına yönəldilib. Həmin qətnamə də tam icra olunub. Qeyd etdi ki, onun iddiaçıya heç bir maddi və mənəvi ziyanı da dəyməyib. Ona görədə göstərlənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli 2(027)- 1543/2019 saylı qətnaməsi ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş və cavabdehdən 2442,26 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən X2 ünvanlanmış 21.07.2020-ci il tarixli 04/M-309 saylı məktubunda göstərilir ki, Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən görülmüş icra tədbirləri zamanı borclu N. Tahirovun "xxxx" MMC-də işlədiyi və əmək haqqı aldığı məlum olmuşdur. Bu səbəbdən də icra vərəqəsi üzrə tələbin təmin edilməsi məqsədilə borclu N. Tahirovun əmək haqqından sizin xeyrinizə hər ay 50% tutulmaların aparılması üçün Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən 21.05.2020-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və Probasiya şöbəsinin 21.05.2020-ci il tarixli, 175449/19-06 saylı məktubundan görünür ki, icra vərəqəsi üzrə tələbin təmin edilməsi məqsədilə borclu N. Tahirovun əmək haqqından X1 xeyrinə hər ay 50% tutulmaların aparılması üçün "xxxx" MMC-yə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi Sumqayıt şəhər Polis idarəsindən ünvan 3 ünvanlanmış məktubundan məlum olur ki,Cavabdeh Quba rayonu Hacıhüseynli İƏD-si üzrə Hacıqayıb kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il ı tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi İztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun ve dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərerçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri ve dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması . zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Konstitusiya məhkəməsinin istinad olunan qərarında birbaşa göstərilir ki, ona maddi zərərin (real zərərin ve eldən çıxmış fayda) və mənəvi zərərin vurulmasını bu şəxs sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinin mənasından da görünür ki, maddi zərərin (real zərər və əldən çıxmış fayda) və mənəvi zərərin sübutetmə yükü ona zərərin vurulmasını iddia edən şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına ve ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmd ödənilməlidir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair zamin qismində ondan tutulan məbləği və ona dəyən maddi və mənəvi təzminatın ona verilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmiş, Quba rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli 2(027)- 1543/2019 saylı qətnaməsilə iddiası qismən təmin olunmuş və cavabdehdən 2442,26 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin 21.05.2020-ci il tarixli, 175449/19-06 saylı icra vərəqəsi üzrə tələbin təmin edilməsi məqsədilə tutma borclu Cavabdeh əmək haqqına yönəldilmişdir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və o barədə sübutları məhkəməyə təqdim etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tədbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi təzminatın ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi təzminatın ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1323/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1323/2021
26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver