Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1336/2020 15.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh1 iştirakı ilə, İddiacı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiacı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 manat və 30.40 mant dövlət rüsumunun ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tulması barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin nümayəndəsi X5 məhkəmədə iştirak edən zaman göstərmişdi ki, xx.xx.2016-ci il tarixdə, saat 14:45 radələrində Bakı-Şamaxı yolu 16cı km ərazisində Cavabdeh1 ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus “MAZ-54323" markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobili idarəetmə hüququ olmadan (etibarnaməsiz) idarə edərkən ara məsafəsini düzgün saxlamamış və nəticədə X2 idarə etdiyi “MERCEDES BENZ E190” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuşdur.305380 Nq-İİ inzibati xəta haqqında iş üzrə qərara əsasən, Cavabdeh1 inzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir.Qiymətləndirmə aktında göstərilmişdir ki, “MERCEDES BENZ E190” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobilə 1,500 (bir min beş yüz) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 2248/16 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 avtomobilinə dəymiş zərərə görə 1,500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1,500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər də daxildir. Ona görə də zərərçəkənə ödənilmiş məbləğin əvəzi olaraq 1,500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən ASC "xxxxxxxxxxxxxxxxxx" Sığorta Şirkətinin nəfinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1,500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun ASC "xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti mən3“””qarşı Quba rayon * məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1,500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bundan başqa ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Ağabal oğlunun sahibliyində olan «MAZ-54323» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbsin qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi ilə razılaşmıram. Pul tələbinə dair iddia müddəti 3 ildir.Bildirirəm ki, xx.xx.2016-cı il tarixdə, saat 14:45 radələrində Bakı-Şamaxı yolu 16-cı km ərazisində ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus «MAZ-54323» markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobili mən idarə edərkən X2 idarə etdiyi «Mercedes Benz E190» markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər dəymişdir.Bununla əlaqədar olaraq, 2248/16 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 avtomobilinə dəymiş zərərə görə 1,500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.İddia müddəti 3 il, yəni 2019-cu ilədək olduğu halda tələbkar- ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Göstərilənləri nəzərə alaraq, iddia müddətinin tədbiq edilməsi və onlara qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş edərək bu barədə ərizəni təqdim etdi. Məhkəmə iddiacı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin nümayəndəsi X3, Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialında olan DİN-nin BDYPİ-nin YİXA-nin 3-cü tağımın xx.xx.2016-cı il tarixli arayışının surətindən görünür ki, xx.xx.2016-cı il saat 14:00 radələrində Bakı-Şamaxı yolunun 16-cı km-də “MAZ-54323" markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobil ilə “MERCEDES BENZ E190” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. İş materiallarında olan İXP 305380 nömrəli xx.xx.2016-cı il tarixli olan inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinib 40 manat məbləğdə cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti X4 1500 manat ödəniş etmişdir. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-in 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Məhkəmədə müəyyən edildi ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus “MAZ-54323" markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi xx.xx.2016-ci il tarixdə baş vermiş, iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbi baxımından 3(üç) illik iddia müddətini ötürmüşdür. Şərh edilənləri və Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alaraq, məhkəmə iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 manat və 30.40 mant dövlət rüsumunun ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MM-nin 373-cü və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiacı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 manat və 30.40 mant dövlət rüsumunun ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1336/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1336/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver