Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1341/2021 30.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus saxlanca qoyulmuş əmlakın götürülməsi və əmlakın saxlanılmasına çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdehlər İddiaçı1, İddiaçı2, X10 və X4 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin anbarında saxlanılan cehiz əşyalarının götürməsi və həmin əşyaların 04 il ərzində saxlanılması üçün iddiaçılar tərəfindən çəkilmiş xərclərin ümumilikdə 7200 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh ilə 22 sentyabr 2014-cü ildə Quba şəhər Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 15 iyul 2015-ci il təvəllüdlü X11 və 23 oktyabr 2016-cı il təvəllüdlü X13 anadan olmuşdur. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış nikah Quba Rayon Məhkəməsinin 2(027)-307/2018 saylı qətnaməsi ilə pozulmuş və onların iki azyaşlı övladlarının - 15 iyul 2015-ci il təvəllüdlü X11 və 23 oktyabr 2016-cı il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində qalmalarını qət edilmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra Cavabdeh iddia məhkəməyə müraciət edərək, cehiz əşyalarının qaytarılması xahiş etmişdir. Quba Rayon Məhkəməsini qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı1 cehiz əşyalarının alınması qət edilmişdir. İddiaçılar Cavabdeh cehiz əşyalarını məhkəmə qətnaməsini könüllü icra edərək İcra və Probasiya şöbəsinin icra məmurunun iştirakı ilə "xxxx" MMC ilə 03.09.2017-ci il tarixində anbarda saxlama müqaviləsi bağlayaraq cehiz əşyaları anbarda saxlanca qoymuşlar. Belə ki, bu məqsədlə iddiaçılar "xxxx" MMC ilə 03.09.2017 tarixində anbarda saxlama müqaviləsi bağlayaraq onların mənzilində qalmış cavabdehə məxsus bütün daşınar əşyaları saxlanılması üçün "xxxx" MMC-yə təhvil vermişlər. Onlar “Cargo.az" MMC ilə aralarında bağlanmış müqavilənin 2-ci maddəsinə uyğun olaraq həmin daşınar əşyaların saxlanılması üçün artıq hər iki iddiaçı ayrı ayrılıqda müqavilə bağlayaraq dörd ildir ki, hər ay aylıq 150 manat məbləğində ödəniş etmişlər. Bununla bağlı, həmin əşyaların götürülməsi üçün dəfələrlə cavabdehə qarşısında pretenziyalar irəli sürsələr və məhkəməyə verilsə də cavabdeh indiyə kimi həmin əşyaları götürməmiş və götürməkdən könüllü olaraq qəsdən imtina etmişdir və iddiaçıların onun əşyalarının saxlanılması üçün çəkdikləri xərclərin əvəzini ödəməmişdir. Cavabdeh 14.06.2021-ci il tarixdə məhkəmə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçı1 və İddiaçı2 Məhkəməyə yalan danışma, əmlakın oğurlanması və ya mənimsənilməsi, X10 barədə mənzil toxunulmamazlığı pozma, özgə əmlakını oğurlama və mənimsəməsi barədə xüsusi qərardad qəbul edilməsi, bu zaman ərzində ona və körpələrinə dəyən maddi və mənəvi ziyanın ödənilməsini barədə qətnamə qəbul edilməsi və X5 onu döyməsi faktına görə qanuni cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, O, Cavabdeh iki körpəsi X14 dünyaya gəldikdən sonra doğum şöbəsindən 27.10.2016-cı ildə bir başa əri İddiaçı1 məsləhəti ilə Qubaya atasıgilə gəlmişdir. Atasıgildə qaldığı 40 gün müddətində əri İddiaçı1 münasibətləri qəsdən pisləşdirmişdir. Bir müddət keçdikdən sonra yaz ayında o, gəlin köçdüyü və yaşadığı Bakı şəhər, Bəhruz Nuriyev küçəsi 33, ev 54 də getmişdir. Evinin qapısını aça bilməmişdir. Həyat yoldaşına zəng edərək gəldiyini bildirmişdir. O da ona “nahaq gəlmisən, evdə sənin üçün heç bir şey yoxdur.” - demişdir. O, bununla bağlı polisə zəng etmiş, lakin polis əməkdaşlarıda bu haqda ona köməklik göstərə bilməmişlər. Az müddətdən sonra o, hüquqi nümayəndəsi Əzizov Natiq ilə yenə yaşadığı evə getmişlər. Qapını aça bilmədikdə 24-cü Polis bölməsinin sahə inspektoru Fəxrəddin müəllimə müraciət etmişdir. Oda zəng edib İddiaçı1 çağırmışdır. Bir az müddətdən sonra İddiaçı1 qardaşı Abbasov Coşqun, evin sahibini (sonradan bilmişdir ki, yaşadığı ev kirayədir) və daha bir nəfər tanımadığı bir şəxs onun yaşadığı binanın qarşısına gəlmişlər. Qapının dəyişdirilmiş açarı qaynı Abbasov Coşqunda olmuşdur. Qaynı, onu uşaqlar ilə birlikdə öz evinə girməyə qoymamışdır. Bu olanlara şahid hüquqi nümayəndəsi Əzizov Natiq və 24-cü Polis şöbəsinin inspektoru Fəxrəddin Kazımov olmuşdur. 3-cü dəfə 15.03.2018-ci il hamilə olduğu vaxtda qaynanası Zeynalova Məsmənin o, langet çəkici ilə vurub qolunu zədələdiyinə görə Bakı Medical Plazaya getmiş, xəstəxanadan evə qayıdan zaman yenə qapını aça bilməmişdir. Bu müddət ərzində o, İddiaçı1 ilə boşanmamış və boşanmaq istəməmişdir. 16.03.2018-ci ildə yenə yaşadığı evə getmişdir. Kənardan müşahidə etdikdə pəncərədə pərdələrinin olmadığını görüb evin qarət edildiyindən şübhələnmişdir. 4-cü dəfə 17.03.2018-ci il də Bakı şəhər Nizami rayonu 24-cü PŞ ya müraciət etmişdir. Keçmiş həyat yoldaşı İddiaçı1 müraciəti əsasında 16.03.2018-ci ildə onların nikahları məhkəmə tərəfindən pozulmuşdur. O, dörd dəfə körpə uşaqları ilə birlikdə Bakıda yaşadığı evə getmiş və nəticə də ona 1720 manat ziyan dəymişdir. İddiaçı1 ilə yaşadığı müddətdə 6000 AZN pul, daha sonra körpəsinin kassasında olan təqribi 200-300 AZN pulu və qardaşı Rəhimin ona hədiyyə etdiyi gümüş boyunbağı oğurlanmışdır. Qızıl ziynət və cehiz əşyaları (təqribi qiyməti 60.000 - 65.000 AZN) və pulların oğurlanması və ya mənimsənilməsi barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğuna, Bakı şəhər Nizami rayon 24-cü Polis Bölməsinə, Nizami rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Bundan əlavə 11.05.2018-ci il Apelyasiya Məhkəməsində İddiaçı1 Məhkəmə qarşısında onun ilə barışmışdır. Amma işin əslində Məhkəmənidə aldatmışdır. Cavabdeh İddiaçı1 və İddiaçı2 iddiaları əsassızdır. Belə ki, cavabdehlər ona məxsus qızıl ziynət və cehiz əşyalarını ondan icazəsiz, xəbəri olmadan oğurlanmışlar. Həmin əşyaların daşınması və hər ay 150 AZN ödənilməsi qanuna ziddir. Çünki, əşyalar ona məxsusdur və İddiaçı1 mülkiyyətinə sərəncam, təhvil təslim aktı və ya hər hansı müqavilə bağlamaq hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə iclasında Cavabdeh Nazim qızının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməməyəcəyini, işə onun iştirakı olmadan baxılıb, qanuni qərar qəbul edilməsini, ilkin iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir xahiş etmişdir. Məhkəmə iddiaçı Cavabdeh Nazim qızının nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-297/2020 saylı, 16.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, İlkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia cavabdeh İddiaçı1 münasibətdə qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 sandıq – 1 ədəd, qonaq dəsti İtalyan klassik mebel – 16.000 manat, yataq dəsti İtalyan klassik mebel – 9.000, künc divan – 1650 manat, “Arçelik” markalı soyuducu – 999 manat, “Arçelik” markalı paltaryuyan – 759 manat, “Beko” markalı tozsoran – 620 manat, “Arçelik” markalı televizor – 1663 manat, farfor çılçıraq (Almaniya) 2 ədəd – 1250 manat, ağgül xalça (Çiçi) – 1800 manat, xalça (Türk) 2 ədəd – 1 ədədi 500 manat, xalça (babasının hədiyyəsi)- dəyəri ölçülməyən, serviz (ağ zərli, obedni 12 predimet) – 1800 manat, serviz (ağ 12 predmet), serviz (qara madonna 12 predmet), serviz (ağ madonna, içi zərli 6 predimet -çay), serviz (qara zərli, kofeyni, 6 predimet), boşqablar – 18 ədəd, bulud- 6 ədəd, qara zərli boşqablar – 12 ədəd, bagema vaza (yaşıl böyük) – 2 ədəd, bagema vaza (ağ böyük) – 2 ədəd, ördək vazalar – 2 ədəd, xurustal vazalar (böyük ayaqlı) – 2 ədəd, xurustal vaz (alçaq enli) – 4 ədəd, xurustal lotka – 2 ədəd, ləbləbi qabı (xurustal gümüş) – 2 ədəd, qaşlı zərli hündür bakal – 12 ədəd, qara şəkli bakal – 12 ədəd, xurustal bakal şanpan üçün – 12 ədəd, xurustal bakal limonad üçün – 12 ədəd, xurustal bakal araq üçün – 12 ədəd, bogema yaşıl dolça – 6 bakal ilə, ağ ağac şəkilli bogema dolça – 6 ədəd bakal ilə, sarı lepkalı qapaqlı dolça – 6 bakal, xurustal böyük güldan – 4 ədəd, bagema külqabı – 1 ədəd, xurustal qrafinka – 1 ədəd, konfetnisa xurustal alçaq – 2 ədəd, xurustal stəkan böyük – 48 ədəd, nəlbəki qara zərli – 12 ədəd, somavar od – 1 ədəd, somavar tok rosiyya – 1 ədəd, qazan tefal aş üçün böyük – 1 ədəd, Tefal tava böyük – 1 ədəd, tava balaca – 1 ədəd, qazan balaca bardovu – 1 ədəd, qazan nikel komplekt germaniya – 1 karopka, qazan şüşə qapalı nikel komplekt – 6 ədəd, qazan şirli qırmızı-6 ədəd, qazan sarı komplekt rosiyya – 5 ədəd, qazan alminium böyük – 2 ədəd, qazan alminium balaca – 2 ədəd, qazan böyük çügün – 1 ədəd, qazan nikel rosiyya – 1 ədəd, tava çügün böyük – 1 ədəd, vedrə şirli – 2 ədəd, vedrə alminium – 2 ədəd, teşt böyük – 1 ədəd, teşt balaca – 1 ədəd, qaşıq naboru camadan hərəsindən – 12 predmet, duxovka qırmızı arı – 1 ədəd, pakrıval göy pələng şəkilli- 2 ədəd, yorğan yun taxt üçün üzəri mirvari muncuqlu əl işləməsi – 2 ədəd, yorğan bir nəfərlik – 4 ədəd, döşək tək – 1 ədəd, döşək taxt üçün – 1 ədəd, uşaq çarpayısı – 480 manat, yastıq böyük – 4 ədəd, yastıq dar uzun – 2 ədəd, ütü tefal – 1 ədəd, ütü rosiyya – 1 ədəd, elektrikli ət çəkən – 1 ədəd, müxaniki ət çəkən – 1 ədəd, sok çəkən elektirik – 2 ədəd, qırmızı uzun paltar atlas toyluq – 160 manat, qırmızı toyluq kaşelok – 25 manat, qara paltar sarı qısa qaşlı – 165 manat, qara qısa qaroşkalı paltar – 118 manat, ağ paltar qısa – 80 manat, qırmızı kastum yupka – 250 manat, qara paltar qolları tül – 60 manat, tünd sürməyi paltar ramaşka güllü – 70 manat, çəhrayı pilisi paltar – 75 manat, pünyar dəsti güpurlu tül – 85 manat, cins şalvar 4 ədəd- hərəsi 45 manat, qara şalvar 3 ədəd – hərəsi 30 manat, boz şalvar – 1 ədəd- 28 manat, göy kofta paloskalı – 35 manat, kofta qırmızı paloskalı, ağ anqolka vadalaska – 85 manat, anqolka şərf – 70 manat, boz uzun jaket – 120 manat, kofta ağ cins güllü – 30 manat, kafota kariçnivi qolu kəpənəkli – 60 manat, yaşıl saroçka – 55 manat, saroçka göy damalı – 40 manat, kofta boz biserli – 30 manat, qara kofta qabağı güllü – 35 manat, ağ kofta qırmızı güllü – 28 manat, boz qalın yupka – 55 manat, ağ qara kofta sancaqlı – 40 manat,qara paltar ağ damalı qısa – 88 manat, ağ paltar güllü-12 manat, göy paltar güllü -12 manat, qara laklı tüfli – 75 manat, qara qaşlı basanoçka – 60 manat, qara laklı tufli – 30 manat, ağ tufli gəlinlik – 12 manat, qara zamuj sapaçki – 78 manat, alçaq ayaqqabı qabağı açıq – 12 manat, alçaq ayaqqabı – 10 manat, alçaq sapaçki – 40 manat, krasofka - 20 manat, qara qaroşkalı tufli – 90 manat, sarı qısa kurtka layka – 160 manat,qısa şuba qaynanası alan, ağ uzun toxunma jiletka – 20 manat, çəhrayı toxunma jiletka – 18 manat, pejama dəsti 6 ədəd cəmi – 160 manat, digər paltarları – 700 manat, sumka ağ göy kletkalı – 30 manat, sumka sarı kaşelok toyluq – 45 manat, sumka qara laklı, sumka ağ laklı, uşaq sumkaları 4 ədəd – 810 manat, ağ alçaq basanoçka, ağ laklı ayaqqabıdan ibarət olan cehiz və geyim əşyaları alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia İddiaçı2 və X6 münasibətdə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan 03 sentyabr 2017-ci il tarixli müqaviləsindən görünür ki, İddiaçı1 ilə "xxxx" MMC arasında hər ay 150 manat məbləğində saxlama haqqı ödəməklə müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 6(007)-8/2019 saylı, 19.03.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin təhqiqatçısı Nəsrəddin Əliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27.07.2018-ci il tarixli və 29.12.2018-ci il tarixli qərarları ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayevin 10.09.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh müraciəti əsasında Nizami RPİ-nin 24-cü PŞ-də toplanmış 555/18 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə təhqiqatçı, polis leytenantı Nəsrəddin Əliyevin 19.04.2018-ci il tarixli qərarı ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(105)-1872/2020 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 297/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, qarşılıqlı iddia tələbinin 5000 manat dəyərində komplektin cavabdehdən alınıb ona qaytarılmasının təmin edilməyən hissəsində ləğv edilmiş, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilmiş, 5000 (beş min) manat dəyərində qızıl komplekt qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar və "xxxx" MMC arasında bağlanmış 03.09.2017-ci il tarixli anbarda saxlama müqaviləsi əsasında cavabdehə məxsus əmlakın (əşyaların) saxlanılması üçün MMC-yə təhvil verilmiş və müqavilə iddiaçılar və "xxxx" MMC arasında bağlanmışdır. Həmin Müqavilənin 3.1-ci bəndində əsasən saxlama xidmətinə görə aylıq 150 manat məbləğində saxlama haqqı müəyyən edilmişdir. Lakin, iddiaçılar və MMC arasında müqavilə bağlanılarkən əmlak (əşyaların) sahibi cavabdeh həmin müqavilənin bağlanılmasında iştirak etməmiş və müqavilədə tərəf kimi çıxış etməmişdir. Cavabdehin xəbəri olmadan iddiaçılar MMC ilə müqavilə bağlamış və cavabdehə məxsus əmlak "xxxx" MMC-nin saxlancına yerləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh iddiaçılar və "xxxx" MMC arasında bağlanmış 03.09.2017-ci il tarixli anbarda saxlama müqavilə üzrə öz üzərinə heç bir öhdəlik götürməmişdir. Ona görə də, həmin müqavilənin icrasını təmin etmək və müqavilə üzrə üzrələrinə düşən öhdəlikləri yerinə yetirmək məhz iddiaçılara məxsus olduğundan iddia həmin hissə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 823.1-ci maddəsinə əsasən tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.(823.3-cü maddə) Həmin Məcəllənin 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.(830.3-cü maddə). Bundan başqa iddiaçıların digər tələbləri ilə Cavabdeh "xxxx" MMC-nin anbarında saxlanılan cehiz əşyalarının götürməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-297/2020 saylı, 16.01.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh məxsus cehiz əşyalarının İddiaçı1 alınaraq ona verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus cehiz əşyaları hal-hazırda "xxxx" MMC-nin saxlancında saxlanılır. Həmin əşyaların saxlanc anbarından çıxarılması barədə iddia tələbi ilə yalnız "xxxx" MMC məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, iddiaçıların bununla bağlı məhkəmədə hər hansı tələb irəli sürmələri əsassızdır. Çünki, iddiaçıların "xxxx" MMC-nin saxlanc anbarında saxlanılan əşyaların çıxarılması ilə bağlı heç bir subyektiv hüquqları mövcud deyildir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıları hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehı qızı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı1 və İddiaçı2 Məhkəməyə yalan danışma, əmlakın oğurlanması və ya mənimsənilməsi, X10 barədə mənzil toxunulmamazlığı pozma, özgə əmlakını oğurlama və mənimsəməsi barədə xüsusi qərardad qəbul edilməsi, bu zaman ərzində ona və körpələrinə dəyən maddi və mənəvi ziyanın ödənilməsini barədə qətnamə qəbul edilməsi və X5 onu döyməsi faktına görə qanuni cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X7 qarşılıqlı iddiası təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh İddiaçı1 və İddiaçı2 Məhkəməyə yalan danışma, əmlakın oğurlanması və ya mənimsənilməsi, X10 barədə mənzil toxunulmamazlığı pozma, özgə əmlakını oğurlama və mənimsəməsi barədə xüsusi qərardad qəbul edilməsi və və X5 onu döyməsi faktına görə qanuni cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi faktlarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, Cavabdeh bu zaman ərzində ona və körpələrinə dəyən maddi və mənəvi ziyanın iddiaçılardan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, tələbində hansı zaman ərzində və ona hansı məbləğdə maddi və ya mənəvi ziyan dəyməsini qeyd etməmiş və bununla da, bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus saxlanca qoyulmuş əmlakın götürülməsi və əmlakın saxlanılmasına çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdehlər İddiaçı1, İddiaçı2, X10 və X4 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus saxlanca qoyulmuş əmlakın götürülməsi və əmlakın saxlanılmasına çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdehlər İddiaçı1, İddiaçı2, X10 və X4 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1341/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1341/2021
30.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver