Məhkəmə qərarları › İş №2(027)-1385/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1385/2020

16.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1385/2020 16.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun yəni Ərizəçi xx xxxxxx 1948-ci ildə Quba rayonu Çartəpə kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Ərizəçi, doğum tarixi qrafasında xx xxxxxx 1948-ci il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında X5, anası qrafasında isə X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X7 ərizəsi müdafiə edərək göstərdi ki, Ərizəçi oğlu xx xxxxxx 1948-ci ildə Quba rayonu, Çartəpə kəndində anadan olmuş. Atası X5, anası X3r. Quba rayonu Çartəpə kəndində anadan olduqdan sonra adıa doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında ərizəçi Azərbaycan SSR pasportu almış və həmin pasport əsasında da adına ÄZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Evdən başqa yerə köçmə nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Hazırda sənədləşmə işləri ilə bağlı olaraq ərizəçidən doğum haqqında şəhadətnamə tələb olunur və doğum haqqında şəhadətnamə olmadığından müxtəlif dövlət orqanlarında maneələrlə rastlaşır və Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə ərizəçiyə verilən hüquqlardan asanlıqla istifadə edə bilmir. Ərizəçi anadan olarkən verilmiş və doğum haqqında şəhadətnamənin təkrarən verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş. Lakin həmin qeydiyyat orqanı tərəfindən doğum haqqında məlumatların saxlanılmadığı ilə bağlı ərizəçiyə rəsmi cavab verilmişdir. Göstərilənləri nəzərə alaraq, Ərizəçi xx xxxxxx 1948-ci ildə Quba rayonu Çartəpə kəndində doğumumun qeyd edilməsi faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Ərizəçi, doğum tarixi qrafasında xx xxxxxx 1948-ci il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında X5, anası qrafasında isə X1 qeyd olunması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X8 bildirdi ki, ərizəçi ilə həmkəndlidirlər. Ərizəçi dörd bacı, dörd qardaş olublar, X17 bacısı ilə həmyaşıd olmaqla bir sinifdə oxumuşlar. Atasının adı Şalbuz, anasının adı Nərgizdir. Məhkəmədə şahid X9 bildirdi ki, ərizəçi ilə həmkəndlidirlər. Ərizəçi atasının adı Şalbuz, anasının adı Nərgiz olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi nümayəndəsi X4 və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu, Çartəpə kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, müvafiq sənəd təqdim edilmədiyindən Ərizəçi doğumunun qeydə alınmasında imtina edilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan Seriya AZE N 0******* vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə Quba rayonu, Çartəpə kəndində anadan olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edəlməli, Ərizəçi xx xxxxxx 1948-ci ildə Quba rayonu Çartəpə kəndində doğumumun qeyd edilməsi faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Ərizəçi, doğum tarixi qrafasında xx xxxxxx 1948-ci il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında X5, anası qrafasında isə X1 qeyd olunması barədə qətnamə çıxarılması məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi xx xxxxxx 1948-ci ildə Quba rayonu Çartəpə kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “Ərizəçi”, doğum tarixi qrafasında xx xxxxxx 1948-ci il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında “X5”, anası qrafasında isə “X6” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar