Məhkəmə qərarları › İş №2(027)-1400/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1400/2021

27.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1400/2021 27.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 və qarşılıqlı iddia üzrə cavabdeh X4 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdehlər X12 və İddiaçı qarşı “cehiz və qızıl-ziynət əşyalarının” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkməyə müraciət edərək, Cavabdeh məxsus olan yataq dəsti: taxt -1 ədəd, şifoner -1 ədəd, termo -1 ədəd, tumba - 2 ədəd, xalça (2x3) - 1 ədəd, lüstur -1 ədəd, tül-dekorativ, döşək (taxt) -1 ədəd, yorğan (taxt) -1 ədəd, pokrıval - 2 ədəd, uşaq yatağı - 1 ədəd, divar saatı - 1 ədəd, divan -1 ədəd, kreslo-2 ədəd, televizor -1 ədəd, 2 qapılı servant - 1 ədəd, 1 qapılı servant-1 ədəd, güzgülü servant- 1 ədəd, obedni stol- 1 ədəd stul - 5 ədəd, lüstür -1 ədəd, xalça (3x5)- 1 ədəd, pərdə və dekorativ - 1 ədəd, soyuducu -1 ədəd, tozsoran -1 ədəd, mətbəx qabları və xırdavat əşyaların mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun gəlinidir. Beləki, cavabdehlə oğlu Hüseynağa Ağayev 06 avqust 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 11 may 2019-cu il tarixdə Nuray və 08 dekabr 2020ci il tarixdə Nuran adlı uşaqları anadan olmuşdur. Oğlu ilə gəlini arasında olan narazılıqlara görə gəlini 2020-ci ilin 02 iyun tarixində ona məxsus evdən çıxıb getmiş, dəfələrlə evə qayıtmaq məqsədilə ona və ailələrinə müraciət etməsinə baxmayaraq evə qayıtmaqdan imtina etmişdir. Cavabdeh evindən çıxıb getdikdən sonra X13 adında 08 dekabr 2020-ci il tarixdə uşaq dünyaya gəlmişdir. O, və digər ailə üzvləri indiyə qədər həmin uşağı görməmişlər. Uşağı görmək üçün getdikdə isə uşağı onlara göstərməmişlər. ünvan 2 ünvanda yerləşən ev ona məxsusdur. O, gəlini ilə oğlu nikaha daxil olan vaxtı onlara evdə yaşamaq üçün heç bir şərt qoymamış və öhdəlik götürməmişdir. Cavabdehə məxsus əmlaklar onun mülkiyyətində olan mənzildə qaldığı üçün onun mülkiyyət hüquqlarını pozur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X7 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, gəlin köçdüyü evdən özünə məxsus olan: ümumilikdə bütün mebellər yataq, qonaq dəsti -4500 azn, divan kreslolar - 800 azn, Yataq otağı - Taxt- 1 ədəd, lampalı tumbuçka - 2 ədəd, şifaner (2 qapılı) - 1 ədəd, güzgülü termo – 1 ədəd, oturacaq tumbo 1 ədəd - 25 azn, bənövşəyi rəngli tül pərdə, qapı - 300 azn, 2x3 bənövşəyi xalça 1 ədəd - 180 azn,oval kiçik ölçülü xalça 1 ədəd- 50 azn, əl dəsmalı 14 ədəd - 80 azn, ehram dəsmal 4 ədəd - 180 azn, hamam xalat dəsti - 110 azn, taxt pakrvalı - 3 ədəd, qış yorğanı 1 ədəd - 120 azn, sintifon yorğan 1 ədəd - 50 azn, taxt döşək 1 ədəd – 200 azn, sintifon yastıq - 4 ədəd, Pastel dəsti 8 ədəd - 315 azn, kəpənəkli divar saatı 1 ədəd - 25 azn, spotlu xrustal lüstür 1 ədəd - 330 azn, xonçalıq səbətlərimiz, çay dəsmalı 12 ədəd - 36 azn, tutağac 6 ədəd - 10 azn, sadə süfrə 6 ədəd -120 azn, tül süfrə 1 ədəd - 65 azn, dekorativ süfrə 1 ədəd - 130 azn, Toppuzlu 1 ədəd - 30 azn, qış ədyalı - 160 azn, tüllü dekorativ - 160 azn, ütü - 1 ədəd (qutuda) - 70 azn, mikser - 1 ədəd (qutuda) - 55 azn, soyuducu 1 ədəd - 900 azn, txovka 1 ədəd - 170 azn, sokçəkən maşın 1 ədəd – 170 azn, ətçəkən maşın 1 ədəd - 130 azn, qırmızı güllü qazan dəsti qəfədan çaynikli - 250 azn, nikel qazan dəsti 6 ədəd (qara plastmas qaşıqlı) - 180 azn, madonna servis yemək dəsti 6 nəfərlik -120 azn, boz qazan dəsti – 3 ədəd -35 azn, tozsoran maşın 1 ədəd - 110 azn, bənövşəyi rəngli bıçaq dəsti 6 ədədli - 35 azn, 1 çaydanlı 6 ədədli çaşka nəlbəki dəsti çəhrayı güllü - 30 azn, 6 ədədli plastmas, 3 ədədli çini ədviyyat dəsti - 20 azn, 3 ədədli göyərti taxtası - 15 azn, bənövşəyi saplı nikel qəfədan 1 ədəd - 35 azn, dəm çayniki 1 ədəd - 8 azn, aş süzən 1 ədəd (nikel) - 15 azn, pol silən şvabra 1 ədəd - 14 azn, süpürgə xəkəndaz plastmas dəsti - 18 azn, Kariçnivi paltar yığan yeşik – 1 ədəd, mətbəx saatı - 1 ədəd, duz istiot qabı və salfet qabı 3 ədəd, stol və 6 ədəd stul – 250 azn, kvadrat divar saatı – 30 azn, tısbağa suvenir - 3 ədəd, 2 qapılı şüşəli kamut – 1 ədəd, 1 qapılı şüşəli kamut, televizor altlığı – 1 ədəd, güzgülü kamut – 1 ədəd, pultlu xurustal lüstür – 1 ədəd 480 azn, kariçnivi səhnəli tül pərdə - 450 azn, 5x3 ağ xalça - 470 azn, 1 divan, 2 kreslo, 5 yastıqlı, 2 döşəkçəli – 800 azn, mavi kafeni servis qədimi, zərli çay servisi - 6 nəfərlik qədimi, iri xurustal güldan - 1 ədəd qədimi, dar xurustal güldan - 2 ədəd qədimi, xurustal güldan (tülpan) – 2 ədəd qədimi, 2 ədəd böyük, 2 ədəd orta xurustal mürəbbə qabı, 6 ədəd xurustal kanbot stəkanı, Xurustal zəng – 1 ədəd, güllü içində toplu kanpot bakalı - 6 ədəd, dervis böyük - ağ xırda güllü həm xörək həm çay dəsti birlikdə - 430 azn, 2 böyük, 2 orta kənarları dalğalı göy vazlar, qırmızı bagema 1 güldan, 2 meyvə qabı -150 azn, 1 qrafınka 6 bakalı ilə üzəri qaşlı - 75 azn, ağ rəngli, qaşlı 2 balaca, ml böyük səbət formasında qab -145 azn, ağ rəngli qaşlı rulet qabı 3 ədəd - 25 azn, hemsan qablar - 4 ədəd (müxtəlif ölçülərdə) - 180 azn, 2 böyük, 2 orta xurustal lotka qədimi, təmiz xurustal dəst - 1 qrafınka, 6 rumka, 2 qab 6 iri bakal, meyvə qabı – 1 ədəd, rəngli güldan, şərbət qabı xurustal – 1 ədəd, 2 böyük, 12 balaca göy dərin dovğa boşqabı, 18 ədəd böyük, 18 orta, 18 kişmiş göy bəzəkli boşqab - 140 azn, sarı aş buludu - 2 qədimi, 24 nəlbəki, 2 böyük yarpaq formalı, 2 ədəd kənarları deşikli çerez qabı - 50 azn, kvadrat formalı ağ çay dəsti - 25 azn, vilka - qaşıq dəsti - 120 azn, 2 ədəd təzə ədviyyat seti- 20 azn, 2 şüşə balıq qabı qədimi, xurustal külqabı - 25 azn, 1 meyvə qabı, 2 orta konfet qabı. 2 balaca konfet qabı (xurustal dəst), 6 ədədi i ayaqsız konfet qabı - 12 azn, Qızıl ziynət əşyaları kompilekt (toyda taxılan) – 5000 azn, nişan üzüyü 1 ədəd – 1500 azn, sonsuzluq üzüyü 1 ədəd – 150 azn, uşaq qolbağı – 100 azn, kəpənək sırğa 2 taylı – 100 azn olan qızıl-ziynət və cehiz əşyalarının və ya dəyərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X12 ilə 2018-ci il avqust ayında rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. O, 2020-ci ildən iyun ayında həyat yoldaşının və qaynanasının kobud davranışlarına görə qardaşına zəng edərək onu burdan aparmalarını xahiş etmişdir. Həmin gün gecə 23:30-da radələrində qardaşı onu və qızı Nurayı götürərək atasının evinə aparmışdır. O, ər evindən çıxdıqda hamilə olmuşdur. Bununla belə nə əri, nədə ki onun valideyinləri onun getməməsi üçün heç bir addım atmamışlar. Həmin tarixdən etibarən atası evində qalır. Atasının evində olduğu 6-cı ayında ikinci övladı Nuran dünyaya gəlmişdir. Hal-hazırda atasının himayəsində yaşayır. İddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz avadanlıqları tam şəkildə qeyd edilməmişdir. Ona görə də, cehiz və qızıl-ziynət əşyalarının onun təqdim etdiyi siyahı üzrə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qismən qəbul edərək, qarşılıqlı iddianın qızıl-ziynət əşyaları hissəsində təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 ilkin iddia tələbini qəbul etməyərək təmin olunmamasını və qarşılıqlı iddia tələbini isə müdafiə edərək, qızıl-ziynət əşyalarının bacısı Aynurədə olduğunu, sonradan qızıl-ziynət əşyalarını qaynanasına verdiyini qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X12 qarşılıqlı iddia tələbini qismən qəbul edərək, qızıl-ziynət əşyalarının onlarda olmadığını və iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin olunmalı və qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-630/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, 11 may 2019-cu il tarixdə doğulmuş X9 və 08 dekabr 2020-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh xeyrinə cavabdeh X2 10 fevral 2021-ci il tarixdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment və uşaqların 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar hər uşağa görə ayda 25 manat olmaqla, hər ay iki uşağa görə 50 manat məbləğində pul tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-nin MH seriyalı, ******* saylı çıxarışından görünür ki, Quba şəhəri, Hacıbaba Əliyev küçəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 arasında 06.08.2018-ci il tarixdə nikahları bağlanmış və nikah Quba regional “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 356 akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 birgə nikahından 11.05.2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, cehiz əşyalarının tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci- tələb olunan əşya mövcuddur; İkinci- tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü- tələb olunan əşya cavabdehdədir; Dördüncü- tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.) Əşyanın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.) Bununla belə, iddiaçı tərəfindən birinci üç halın-əşyanın mövcud olmasının, onun iddiaçıya məxsus olmasının və nəhayət onun cavabdehdə qalmasının- sübut olunması, hələ öz-özlüyündə iddianın təmini üçün yetərli sayıla bilməz. Bunun üçün sonuncu halın, yəni əşyanın cavabdehdə qalmasının, başqa sözlə, iddiaçının tələb etdiyi əşyanı cavabdehin özündə saxlamasının qanunsuz olması da sübut olunmalıdır. Çünki qanun yalnız qanunsuz sahiblikdən əşyanın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əşya cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əşyaya sahibliyi qanuni olsun. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-nin MH seriyalı, ******* saylı çıxarışa əsasən Quba şəhəri, Hacıbaba Əliyev küçəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh gəlin köçərkən cehiz əmlakını iddiaçının mülkiyyətində olan evə aparmış və cavabdeh o evdən çıxarkən qeyd edilən cehiz əmlakı iddiaçının mülkiyyətində olan evdə qalmışdır. İddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh məxsus olan yataq dəsti: taxt -1 ədəd, şifoner -1 ədəd, termo -1 ədəd, tumba - 2 ədəd, xalça (2x3) - 1 ədəd, lüstur -1 ədəd, tül-dekorativ, döşək (taxt) -1 ədəd, yorğan (taxt) -1 ədəd, pokrıval - 2 ədəd, uşaq yatağı - 1 ədəd, divar saatı - 1 ədəd, divan -1 ədəd, kreslo-2 ədəd, televizor -1 ədəd, 2 qapılı servant - 1 ədəd, 1 qapılı servant-1 ədəd, güzgülü servant- 1 ədəd, obedni stol- 1 ədəd stul - 5 ədəd, lüstür -1 ədəd, xalça (3x5)- 1 ədəd, pərdə və dekorativ - 1 ədəd, soyuducu -1 ədəd, tozsoran -1 ədəd, mətbəx qabları və xırdavat əşyaların İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cehiz əşyalarının qaytarılması üçün həmin əşyaların mövcud olması, onların iddiaçıya məxsus olması və cavabdehdə olması sübuta yetirilməli idi. Mübahisənin predmeti olan cehiz əşyaları əşyaları cavabdehin yaşadığı evdə saxlanılmışdır. Qarşılıqlı iddia üzrə cavabdehlər isə iddianı qismən qəbul edərək, cehiz əşyalarının hal-hazırda onların istifadəsində olmasını etraf etmişlər. İddiaçı evi tərk etdikdən sonra həmin əşyaların saxlanıldığı yer cavabdehin sahibliyində qalmışdır. İddia tələbində adları qeyd olunan əşyaların cavabdehin sahibliyində olması öz təsdiqini tapmışdır. Bu səbəbdən iddiaçı həmin əşyaları və ya onların dəyərini tələb etməkdə haqlıdır. Lakin, Cavabdeh iddia tələbində qızıl-ziynət əşyalarının cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qızılların iddiaçıda olmasını qeyd etmişdir. Sonradan həmin qızılların iddiaçı tərəfindən öz qayınanasına verildiyi qeyd edilsə də, verilmiş tələbdə həmin şəxsə qarşı iddia qaldırılmamışdır. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh məxsus olan yataq dəsti: taxt -1 ədəd, şifoner -1 ədəd, termo -1 ədəd, tumba - 2 ədəd, xalça (2x3) - 1 ədəd, lüstur -1 ədəd, tül-dekorativ, döşək (taxt) -1 ədəd, yorğan (taxt) -1 ədəd, pokrıval - 2 ədəd, uşaq yatağı - 1 ədəd, divar saatı - 1 ədəd, divan -1 ədəd, kreslo-2 ədəd, televizor -1 ədəd, 2 qapılı servant - 1 ədəd, 1 qapılı servant-1 ədəd, güzgülü servant- 1 ədəd, obedni stol- 1 ədəd stul - 5 ədəd, lüstür -1 ədəd, xalça (3x5)- 1 ədəd, pərdə və dekorativ - 1 ədəd, soyuducu -1 ədəd, tozsoran -1 ədəd, mətbəx qabları və xırdavat əşyaların İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılmalı, məhkəmə iclasında cavabdeh X14 olması sübuta yetirilmiş həmin əşyalar İddiaçı və X2 alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Sadalanlara əsasən, məhkəmə iclasında cavabdeh İddiaçı və X6 olması sübuta yetirilmiş ümumilikdə bütün mebellər yataq, qonaq dəsti -4500 azn, divan kreslolar - 800 azn, Yataq otağı - Taxt- 1 ədəd, lampalı tumbuçka - 2 ədəd, şifaner (2 qapılı) - 1 ədəd, güzgülü termo – 1 ədəd, oturacaq tumbo 1 ədəd - 25 azn, bənövşəyi rəngli tül pərdə, qapı - 300 azn, 2x3 bənövşəyi xalça 1 ədəd - 180 azn,oval kiçik ölçülü xalça 1 ədəd- 50 azn, əl dəsmalı 14 ədəd - 80 azn, ehram dəsmal 4 ədəd - 180 azn, hamam xalat dəsti - 110 azn, taxt pakrvalı - 3 ədəd, qış yorğanı 1 ədəd - 120 azn, sintifon yorğan 1 ədəd - 50 azn, taxt döşək 1 ədəd – 200 azn, sintifon yastıq - 4 ədəd, Pastel dəsti 8 ədəd - 315 azn, kəpənəkli divar saatı 1 ədəd - 25 azn, spotlu xrustal lüstür 1 ədəd - 330 azn, xonçalıq səbətlərimiz, çay dəsmalı 12 ədəd - 36 azn, tutağac 6 ədəd - 10 azn, sadə süfrə 6 ədəd -120 azn, tül süfrə 1 ədəd - 65 azn, dekorativ süfrə 1 ədəd - 130 azn, Toppuzlu 1 ədəd - 30 azn, qış ədyalı - 160 azn, tüllü dekorativ - 160 azn, ütü - 1 ədəd (qutuda) - 70 azn, mikser - 1 ədəd (qutuda) - 55 azn, soyuducu 1 ədəd - 900 azn, txovka 1 ədəd - 170 azn, sokçəkən maşın 1 ədəd – 170 azn, ətçəkən maşın 1 ədəd - 130 azn, qırmızı güllü qazan dəsti qəfədan çaynikli - 250 azn, nikel qazan dəsti 6 ədəd (qara plastmas qaşıqlı) - 180 azn, madonna servis yemək dəsti 6 nəfərlik -120 azn, boz qazan dəsti – 3 ədəd -35 azn, tozsoran maşın 1 ədəd - 110 azn, bənövşəyi rəngli bıçaq dəsti 6 ədədli - 35 azn, 1 çaydanlı 6 ədədli çaşka nəlbəki dəsti çəhrayı güllü - 30 azn, 6 ədədli plastmas, 3 ədədli çini ədviyyat dəsti - 20 azn, 3 ədədli göyərti taxtası - 15 azn, bənövşəyi saplı nikel qəfədan 1 ədəd - 35 azn, dəm çayniki 1 ədəd - 8 azn, aş süzən 1 ədəd (nikel) - 15 azn, pol silən şvabra 1 ədəd - 14 azn, süpürgə xəkəndaz plastmas dəsti - 18 azn, Kariçnivi paltar yığan yeşik – 1 ədəd, mətbəx saatı - 1 ədəd, duz istiot qabı və salfet qabı 3 ədəd, stol və 6 ədəd stul – 250 azn, kvadrat divar saatı – 30 azn, tısbağa suvenir - 3 ədəd, 2 qapılı şüşəli kamut – 1 ədəd, 1 qapılı şüşəli kamut, televizor altlığı – 1 ədəd, güzgülü kamut – 1 ədəd, pultlu xurustal lüstür – 1 ədəd 480 azn, kariçnivi səhnəli tül pərdə - 450 azn, 5x3 ağ xalça - 470 azn, 1 divan, 2 kreslo, 5 yastıqlı, 2 döşəkçəli – 800 azn, mavi kafeni servis qədimi, zərli çay servisi - 6 nəfərlik qədimi, iri xurustal güldan - 1 ədəd qədimi, dar xurustal güldan - 2 ədəd qədimi, xurustal güldan (tülpan) – 2 ədəd qədimi, 2 ədəd böyük, 2 ədəd orta xurustal mürəbbə qabı, 6 ədəd xurustal kanbot stəkanı, Xurustal zəng – 1 ədəd, güllü içində toplu kanpot bakalı - 6 ədəd, dervis böyük - ağ xırda güllü həm xörək həm çay dəsti birlikdə - 430 azn, 2 böyük, 2 orta kənarları dalğalı göy vazlar, qırmızı bagema 1 güldan, 2 meyvə qabı -150 azn, 1 qrafınka 6 bakalı ilə üzəri qaşlı - 75 azn, ağ rəngli, qaşlı 2 balaca, ml böyük səbət formasında qab -145 azn, ağ rəngli qaşlı rulet qabı 3 ədəd - 25 azn, hemsan qablar - 4 ədəd (müxtəlif ölçülərdə) - 180 azn, 2 böyük, 2 orta xurustal lotka qədimi, təmiz xurustal dəst - 1 qrafınka, 6 rumka, 2 qab 6 iri bakal, meyvə qabı – 1 ədəd, rəngli güldan, şərbət qabı xurustal – 1 ədəd, 2 böyük, 12 balaca göy dərin dovğa boşqabı, 18 ədəd böyük, 18 orta, 18 kişmiş göy bəzəkli boşqab - 140 azn, sarı aş buludu - 2 qədimi, 24 nəlbəki, 2 böyük yarpaq formalı, 2 ədəd kənarları deşikli çerez qabı - 50 azn, kvadrat formalı ağ çay dəsti - 25 azn, vilka - qaşıq dəsti - 120 azn, 2 ədəd təzə ədviyyat seti- 20 azn, 2 şüşə balıq qabı qədimi, xurustal külqabı - 25 azn, 1 meyvə qabı, 2 orta konfet qabı. 2 balaca konfet qabı (xurustal dəst), 6 ədədi ayaqsız konfet qabı - 12 manatdan ibarət olan cehiz və geyim əşyalarının cavabdeh İddiaçı və X2 alınaraq iddiaçı Cavabdeh verilməsinə dair qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh məxsus olan yataq dəsti: taxt -1 ədəd, şifoner -1 ədəd, termo -1 ədəd, tumba - 2 ədəd, xalça (2x3) - 1 ədəd, lüstur -1 ədəd, tül-dekorativ, döşək (taxt) -1 ədəd, yorğan (taxt) -1 ədəd, pokrıval - 2 ədəd, uşaq yatağı - 1 ədəd, divar saatı - 1 ədəd, divan - 1 ədəd, kreslo-2 ədəd, televizor -1 ədəd, 2 qapılı servant - 1 ədəd, 1 qapılı servant-1 ədəd, güzgülü servant- 1 ədəd, obedni stol- 1 ədəd stul - 5 ədəd, lüstür -1 ədəd, xalça (3x5)- 1 ədəd, pərdə və dekorativ - 1 ədəd, soyuducu -1 ədəd, tozsoran -1 ədəd, mətbəx qabları və xırdavat əşyaların İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılsın. Cavabdehlər İddiaçı və X7 qarşı “cehiz və qızıl-ziynət əşyalarının” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X2 ümumilikdə bütün mebellər yataq, qonaq dəsti -4500 azn, divan kreslolar - 800 azn, Yataq otağı - Taxt- 1 ədəd, lampalı tumbuçka - 2 ədəd, şifaner (2 qapılı) - 1 ədəd, güzgülü termo – 1 ədəd, oturacaq tumbo 1 ədəd - 25 azn, bənövşəyi rəngli tül pərdə, qapı - 300 azn, 2x3 bənövşəyi xalça 1 ədəd - 180 azn,oval kiçik ölçülü xalça 1 ədəd- 50 azn, əl dəsmalı 14 ədəd - 80 azn, ehram dəsmal 4 ədəd - 180 azn, hamam xalat dəsti - 110 azn, taxt pakrvalı - 3 ədəd, qış yorğanı 1 ədəd - 120 azn, sintifon yorğan 1 ədəd - 50 azn, taxt döşək 1 ədəd – 200 azn, sintifon yastıq - 4 ədəd, Pastel dəsti 8 ədəd - 315 azn, kəpənəkli divar saatı 1 ədəd - 25 azn, spotlu xrustal lüstür 1 ədəd - 330 azn, xonçalıq səbətlərimiz, çay dəsmalı 12 ədəd - 36 azn, tutağac 6 ədəd - 10 azn, sadə süfrə 6 ədəd -120 azn, tül süfrə 1 ədəd - 65 azn, dekorativ süfrə 1 ədəd - 130 azn, Toppuzlu 1 ədəd - 30 azn, qış ədyalı - 160 azn, tüllü dekorativ - 160 azn, ütü - 1 ədəd (qutuda) - 70 azn, mikser - 1 ədəd (qutuda) - 55 azn, soyuducu 1 ədəd - 900 azn, txovka 1 ədəd - 170 azn, sokçəkən maşın 1 ədəd – 170 azn, ətçəkən maşın 1 ədəd - 130 azn, qırmızı güllü qazan dəsti qəfədan çaynikli - 250 azn, nikel qazan dəsti 6 ədəd (qara plastmas qaşıqlı) - 180 azn, madonna servis yemək dəsti 6 nəfərlik -120 azn, boz qazan dəsti – 3 ədəd -35 azn, tozsoran maşın 1 ədəd - 110 azn, bənövşəyi rəngli bıçaq dəsti 6 ədədli - 35 azn, 1 çaydanlı 6 ədədli çaşka nəlbəki dəsti çəhrayı güllü - 30 azn, 6 ədədli plastmas, 3 ədədli çini ədviyyat dəsti - 20 azn, 3 ədədli göyərti taxtası - 15 azn, bənövşəyi saplı nikel qəfədan 1 ədəd - 35 azn, dəm çayniki 1 ədəd - 8 azn, aş süzən 1 ədəd (nikel) - 15 azn, pol silən şvabra 1 ədəd - 14 azn, süpürgə xəkəndaz plastmas dəsti - 18 azn, Kariçnivi paltar yığan yeşik – 1 ədəd, mətbəx saatı - 1 ədəd, duz istiot qabı və salfet qabı 3 ədəd, stol və 6 ədəd stul – 250 azn, kvadrat divar saatı – 30 azn, tısbağa suvenir - 3 ədəd, 2 qapılı şüşəli kamut – 1 ədəd, 1 qapılı şüşəli kamut, televizor altlığı – 1 ədəd, güzgülü kamut – 1 ədəd, pultlu xurustal lüstür – 1 ədəd 480 azn, kariçnivi səhnəli tül pərdə - 450 azn, 5x3 ağ xalça - 470 azn, 1 divan, 2 kreslo, 5 yastıqlı, 2 döşəkçəli – 800 azn, mavi kafeni servis qədimi, zərli çay servisi - 6 nəfərlik qədimi, iri xurustal güldan - 1 ədəd qədimi, dar xurustal güldan - 2 ədəd qədimi, xurustal güldan (tülpan) – 2 ədəd qədimi, 2 ədəd böyük, 2 ədəd orta xurustal mürəbbə qabı, 6 ədəd xurustal kanbot stəkanı, Xurustal zəng – 1 ədəd, güllü içində toplu kanpot bakalı - 6 ədəd, dervis böyük - ağ xırda güllü həm xörək həm çay dəsti birlikdə - 430 azn, 2 böyük, 2 orta kənarları dalğalı göy vazlar, qırmızı bagema 1 güldan, 2 meyvə qabı -150 azn, 1 qrafınka 6 bakalı ilə üzəri qaşlı - 75 azn, ağ rəngli, qaşlı 2 balaca, ml böyük səbət formasında qab -145 azn, ağ rəngli qaşlı rulet qabı 3 ədəd - 25 azn, hemsan qablar - 4 ədəd (müxtəlif ölçülərdə) - 180 azn, 2 böyük, 2 orta xurustal lotka qədimi, təmiz xurustal dəst - 1 qrafınka, 6 rumka, 2 qab 6 iri bakal, meyvə qabı – 1 ədəd, rəngli güldan, şərbət qabı xurustal – 1 ədəd, 2 böyük, 12 balaca göy dərin dovğa boşqabı, 18 ədəd böyük, 18 orta, 18 kişmiş göy bəzəkli boşqab - 140 azn, sarı aş buludu - 2 qədimi, 24 nəlbəki, 2 böyük yarpaq formalı, 2 ədəd kənarları deşikli çerez qabı - 50 azn, kvadrat formalı ağ çay dəsti - 25 azn, vilka - qaşıq dəsti - 120 azn, 2 ədəd təzə ədviyyat seti- 20 azn, 2 şüşə balıq qabı qədimi, xurustal külqabı - 25 azn, 1 meyvə qabı, 2 orta konfet qabı. 2 balaca konfet qabı (xurustal dəst), 6 ədədi i ayaqsız konfet qabı - 12 azn cehiz və geyim əşyaları alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Həmin əmlakların naturada hər hansı biri qətnamə icra olunan vaxt mövcud olmasa-qeyd olunan dəyəri cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar