Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1402/2021 29.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasına” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 19.05.2020-ci il tarixli 0235 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, həmin akt qeydində mərhum atası X9 əvəzinə X3 düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 ilə anası X14 29 dekabr 1976-cı il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşlar. Birgə nikahlarından o, Ərizəçi və digər bacı və qardaşları doğulmuşlar. Ona məxsus doğum haqqında şəhadətnaməyə əsasən X2, anası X14 yazılmışdır. X2 08 may 2020-ci il tarixdə, anası X14 isə 01 aprel 1990-cı il tarixdə ölmüşlər. X2 öldükdən sonra onlara 19.05.2020-ci il tarixdə Quba regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən AZ-İİ 079856 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. X1 ölüm haqqında şəhadətnaməsində ata adı Şixbaba əvəzinə “Şahbaba” kimi yazılmışdır. Lakin X1 digər bütün sənədlərində ata adı “Şixbaba” kimi yazılmışdır. O, X1 ölüm haqqında şəhadətnaməsində atasının adının “Şahbala”dan “Şixbaba” ya düzəliş edilməsi üçün Quba regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsinin 19 mart 2021-ci il tarixli məktubu ilə Quba rayonu Zərdabi kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 27.12.1946-cı il tarixli 23 saylı doğum haqqında akt qeydində soyadı “Zamanlı’ kimi düzəliş olduğundan ölüm haqqında akt qeydinə düzəliş edilməklə yeni ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda o, X2ndan qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Lakin atası X6 ölüm haqqında şəhadətnaməsində ata adının “Şahbala” kimi yazılması səbəbindən maneələrlə rastlaşır. O, atası X7 ölüm haqqında akt qeydində ata adının “Şahbala”dan “Şixbala”ya düzəliş edə bilmir. O, qohumluq faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 08 may 2020-ci ildə ölmüş X7 onun atası olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işin baxılması zamanı hazırkı iddia ilə işə baxılmasının mümkün olmaması, yalnız akt qeydinin düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edəcəyi təqdirdə işə baxılmasının mümkün olması ona bildirilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Onun X2, anası isə X12r. Həmin doğum haqqında şəhadətnamədə onun atasının atasının adı “Şixbaba” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 08.05.2020-ci il tarixdə Quba rayonu, Barlı kəndində vəfat etmişdir. Həmin ölüm haqqında şəhadətnamədə onun atasının adı “Şahbaba” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə və İlyasova (Qasımova) Nəzakət Əli qızı arasında 20.11.1976-cı il tarixdə nikah bağlanmışdır. Həmin nikah haqqında şəhadətnamə də Zülfüqar Qasımovun atasının adı “Şixbaba” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27.12.1927-ci il tarixdə anadan olmuşdur. Həmin şəhadətnamədə onun atasının adı “Şixbaba” olaraq qeyd edilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X8 və onun ailə üzvlərinə Quba rayon AİK-nın 01.02.1999-cu il tarixli, 115 saylı qərarına əsasən 1,56 ha torpaq sahəsi verilmişdir. X11 Qasımovun atasının adı “Şixbaba” olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Onun X2, anası isə X12r. Ərizəçinin X2 08.05.2020-ci il tarixdə vəfat etmişdir. 19.05.2020-ci il tarixli 0235 saylı ölüm haqqında akt qeydində ərizəçinin məhrum atasının adı “X10” əvəzinə “X9” kimi qeyd edilmişdir. Buna görə də, Ərizəçi Quba regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 19.05.2020ci il tarixli 0235 saylı ölüm haqqında akt qeydində atasının adının “X9” əvəzinə “X10” kimi düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni Quba regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 19.05.2020-ci il tarixli 0235 saylı ölüm haqqında akt qeydində “X9” əvəzinə “X10” kimi düzəliş aparılması ilə bağlı ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Quba Regional "ASAN" Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 19.05.2020-ci il tarixli 0235 nömrəli ölüm haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin akt qeydində X5 ölüm qeydində atasının adı “Şixbaba” kimi qeyd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1402/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1402/2021
29.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver