Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1473/2024 05.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh, həmçinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 nümayəndəsi Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab ediməsi və Reyestr Çıxarışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qız və Cavabdeh6 Quba rayon AİK-nın 01 noyabr 1997-ci i tarixli 14 saylı qərarı ilə Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfat məhsullarının istehsalı məqsədilə verilmiş və AR DT və XK-nın Quba rayon şöbəs tərəfindən adlarına tərtib olunmuş JN-650 Kod 30320018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2.25 ha torpaq sahəsini 10 noyabr 2004-cü il tarixdə Quba rayon Dövlət notariat kontorunda ona satmalarına dair reyestrdə 4ə/693 nömrə ilə qeydə alınmış torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və cavabdehlərin mülkiyyət hüquqlarının qeydiyyatı haqında Reyestr Çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, Quba rayon AİK-nın 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş və AR DT və XK-nın Quba rayon şöbəsi tərəfindən adlarına tərtib olunmuş JN-650 Kod 30320018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2.25 ha torpaq sahəsini 10 noyabr 2004-cü il tarixdə Quba rayon Dövlət notariat kontorunda ona satmışlar və pullarını tam şəkildə almışlar. Həmin alqı-satqı reyestrdə 4ə/693 nömrə ilə qeydə alınmışdır. Torpaq sahəsi də aldığı vaxtdan hal-hazıradək faktiki olaraq istifadəsindədir. Qeyd olunan torpaq sahəsini aldıqdan sonra, Quba rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə-693 və 694 saylı alqı-satqı müqavilələri əsasında ümumilikdə 4.68 ha torpaq sahəsinə dair Quba rayon Dövlət Torpaq və xəritəçəkmə komitəsi tərəfindən adına JN 2618 Kod 30320018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktı verilmişdir. Qeyd olunan torpaq sahəsinə Çıxarış almaq üçün AR ƏMDK yanında DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, Quba rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə- 693 və 694 saylı alqı-satqı müqavilələri və həmin müqavilələr əsasında adına tərtib olunmuş Dövlət Aktı qeydiyyata alınmamışdır. Bu səbəblə də, ona çıxarış verilməsindən imtina olunmuşdur. AR ƏN-nin Dövlət Notariat arxivinə müraciəti əsasında 31 may 2023-ci tarixli ona bildirilmişdir ki, Quba rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4- Ə-693 və 694 saylı alqı satqı müqavilələrinin aşkar olunmadığı həmin Quba rayon Dövlət Notariat Kontorunun 4-Ə-693 və 964 saylı alqı saylı müavilələrinin xx.xx.2004-cü il tarixdə başqa şəxslər arasında bağlanılmışdır. Bundan sonra o, 4-Ə-693 reyestr nömrəli, 10 noyabr 2004-cü il tarxli alqı-satqı müqaviləsi əsasında 2,25 ha həmin torpaq sahəsini ona satan şəxslər X7, Cavabdeh2, Cavabdeh3 Ağasəli oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə danışaraq, həmin torpaq sahəsini yenidən ona satmaq üçün onların razılığı əsasında adlarına qeyd olunan torpaq sahəsinə dair 02.12.202 ci il tarixdə Çıxarış aldı. Cavabdeh1 və ailə üzvləri torpaq sahəsin qiymətində yüksəliş olduğundan, Quba rayon Dövlət Notariat Kontoru xx.xx.2004-cü il tarixli 4-Ə-693 saylı alqı-satqı müqaviləsi əsasında satdıqları torpaq sahəsini ona satmaqdan imtina edirlər. Halbu ki, cavabdehlər satdıqları torpaq sahəsinin pulunu tam şəkildə almışlar. Ona görə də, o pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraci etməli oldu. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, iddiaçı 10 noyabr 2004-cü il tarixdə cavabdehlərlə razılaşdıqları pulunu tam ödəyərək torpaq sahəsini onlardan satın almışdır. Torpaq sahəsi də aldığı vaxtdan hal-hazıradək faktiki olaraq İddiaçı istifadəsindədir. Hazırda iddia tələbində göstərilənləri əsaslı hsab edir, tələbin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh həmçinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 nümayəndəsi Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, 10 noyabr 2004-cü il tarixdə özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini İddiaçı sataraq pulunu almışlar. Torpaq sahəsini o vaxt 1000 ABŞ dollarına satmışdır və pulunu da tam şəkildə almışdır. Hal-hazırda həmin torpaq sahəsindən İddiaçı istifadə edir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək, göstərmişdir ki, onun payına düşən torpaq sahəsi satılmayıb. 2004-cü ildə ailə üzvlərinə məxsus torpaq sahəsi 20 illik müddətinə iddiaçıya icarəyə verilmişdir. 2004-cü ildə azyaşlı olduğundan hazırki mübahisəli torpaq sahəsinə dair öz iradə ifadəsini bildirə bilməmişdir. Onun razılığı alınmadan atası torpaq sahələrini satmışdır. Özlərinə məxsus torpaq sahələrini tanıyır, bu illər ərzində torpaq vergisini kim ödəyibsə onu bilmir. Hazırda iddianın təmin olunmasına etiraz edir, özünə məxsus pay torpağının ayrılmasını xahiş edir. Mülki işin materiallarında olan Quba rayon İHB-nın İkinci Nügədi İƏD üzrə nümayəndəsinin 16 iyun 2023-cü il tarixli 697 №li arayışından görünür ki, İddiaçı Quba rayonu, İİ-Nügədi kənd sakini olub, həmin kənddə yaşayır. Mülki işin materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-650 KOD 30320018 saylı Dövlət Aktından görünür ki, Quba rayonu X4 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,25 hektar torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2004-cü il tarixdə tərtib olunmuş və Notariat Kontorunda reyestrdə 4-ə-693 nömrə ilə qeyd edilmiş torpaq alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Torpağa mülkiyyət hüququna dair JN-650 KOD 30320018 nömrəli dövlət aktı əsasında Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 01 noyabr tarixli 14 nömrəli qərarı ilə verilmiş onlara məxsus 2,25 ha torpaq sahəsini İddiaçı satmışlar və İddiaçı həmin torpağın dəyərini ödəmişdir. Mülki işin materiallarında olan Dövlət Notariat Arxivinin İddiaçı ünvanlanan 31 may 2023-cü il tarixli 3-16-5/6-13A-91-6/23 saylı cavab məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisində 10 noyabr 2004-cü il tarixdə 4Ə-693 və 4Ə-694 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanıldıqdan sonra dublikatının istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2004-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən adlarna notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildiririr ki, qeyd olunan müqavilənin Dövlət notariat arxivində saxlanılan nüsxələrində 693 və 694 reyestr nömrəli müqavilələrin 18 dekabr 2004-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Mülki işin materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 18 iyul 2023-cü il tarixli 2244 №li məktubundan görünür ki, Dövlət notariat arxivinin məlumatına əsasən 693 və 694 reyestr nömrəli müqavilələr xx.xx.2004-cü il tarixdə deyil, 18 dekabr 2004-cü il tarixdə digər şəxslər barəsində rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın alqısatqı müqavilələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsində, Notariat fəaliyyəti haqqında Qanunun 46-cı maddəsində və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 2-ci fəslində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. Mülki işin materiallarında olan Quba rayon İİ-Nügədi bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 05 №li məktubundan görünür ki, İkinci Nügədi bələdiyyəsinin ərazisində kənd sakini Cavabdeh1 JN:650 nömrəli Dövlət aktı ilə verilmiş 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayon dövlət notariat kontorunda 10 noyabr 2004-cü ildə 4-Ə-693 reyestr nömrısi ilə İddiaçı adına özgəninkiləşdirilmişdir və həmin tarixdən 2.25 ha torpaq sahəsinin vergisi bələdiyyənin hesabına İddiaçı tərəfindən ödənilir. İş materiallarına əlavə olunmuş olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, Quba rayonu İİ-Nügədi kəndində yerləşən 2,2499 ha torpaq sahəsinə dair Cavabdeh1 Abzər oğlunun və ailə üzvlərinin mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət reyestri xidmətində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 arasında torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin olması, həmin alqı-satqının Notariat Kontorunda reyestrdə 4ə/693 nömrə ilə qeydə alınması, alıcı İddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Dövlət notariat arxivinin məlumatına əsasən 693 və 694 reyestr nömrəli müqavilələrin xx.xx.2004-cü il tarixdə deyil, 18 dekabr 2004-cü il tarixdə digər şəxslər barəsində rəsmiləşdirilməsi sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu tələb üzrə tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılışmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçilərin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Qanunvericiliyin tələbinə əsasən 10 noyabr 2004-cü il tarixdə ümumi mülkiyyətçilərin razılığı əsasında (ailə başçısı kimi) Cavabdeh1 mülkiyyətində olan mübahisəli torpaq sahəsini İddiaçı satmasına dair yazılı əqd bağladığından, həmin əqd qanunvericiliyə zidd olmadığından, alıcı əqd üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlərdən Cavabdeh5 hazırda özünə münasibətdə yaranmış əlverişli şəraitdən yararlanaraq iddiaya etiraz edərək hüquqdan sui-istifadə etməsi məhz cavabdeh tərəfin təqsiri üzündən baş tutmadığından, həmin əqd məhkəmə tərəfindən bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə hazırki işlə əlaqədar Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinə və «X1» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən beynəlxalq müqavilələr Azərbaycan Respublikası Qanunvericiliyinin tərkib hissəsidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyasıyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvenisya və onun protokollarının təfsiri və tətbiqi məsələlri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Belə ki, «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür «Payn Velli developments Ltd» şirkəti İrlandiyaya qarşı işdə Avropa İnsan hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. İşin faktiki hallarına göstərilən qanun normalarının işığında qiymət verən məhkəmə hesab edir ki, mübahisəli torpaqla bağlı iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, iddiaçı həmin torpağı qanunvericiliyə uyğun olaraq əldə edib dəyərini ödədiyindən, torpaq faktiki sahiblik və istifadəsində olduğundan mülkiyyət hüququnun elementlərindən olan sahiblik və istifadəni həyata keçirmiş, İddiaçı həmin 2,25 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı onun gözlənilən hüququ olmuşdur. Belə ki, iddiaçının həmin torpağa titul sahibliyi onun həmin torpaq üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün hüquqi fakt kimi çıxış etmişdir. Cavabdehlər arasında mübahisəli əqd bağlanması nəticəsində torpağı alan şəxsin həmin torpaq üzərində hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materialarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbinq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Quba rayon AİK-nın 01 noyabr 1997-ci i tarixli 14 saylı qərarı ilə Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfat məhsullarının istehsalı məqsədilə verilmiş və AR DT və XK-nın Quba rayon şöbəs tərəfindən adlarına tərtib olunmuş JN-650 Kod 30320018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2.25 ha torpaq sahəsini 10 noyabr 2004-cü il tarixdə Quba rayon Dövlət notariat kontorunda İddiaçı satmalarına dair reyestrdə 4ə/693 nömrə ilə qeydə alınmış torpaq alqı-satqı müqaviləsi etibarlı hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehlərin mülkiyyət hüquqlarının qeydiyyatı haqında Reyestr Çıxarışının ləğv edilməsi” hissəsi aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən iddia tələbinə həmin hissədə xitam verilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 262 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Quba rayon AİK-nın 01 noyabr 1997-ci i tarixli 14 saylı qərarı ilə Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfat məhsullarının istehsalı məqsədilə verilmiş və AR DT və XK-nın Quba rayon şöbəs tərəfindən adlarına tərtib olunmuş JN-650 Kod 30320018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2.25 ha torpaq sahəsini 10 noyabr 2004-cü il tarixdə Quba rayon Dövlət notariat kontorunda İddiaçı satmalarına dair reyestrdə 4ə/693 nömrə ilə qeydə alınmış torpaq alqı-satqı müqaviləsi etibarlı hesab edilsin. İddia tələbi “cavabdehlərin mülkiyyət hüquqlarının qeydiyyatı haqında Reyestr Çıxarışının ləğv edilməsi” hissəsi aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən iddia tələbinə həmin hissədə xitam verilsin və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1473/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1473/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver