Məhkəmə qərarları › İş №2(027)-148/2023

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-148/2023

25.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-148/2023 25.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddaçılar İddiaçı1 və İddiaçı2 səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, **********16 reyestr nömrəli ********** saylı və **********02 reyestr nömrəli ********* saylı Çıxarışlara əsasən ümumilikdə 2,15 ha torpaq sahəsinin müəyyən olunmuş 3/8 hissə İddiaçı1, 1/8 hissə X1, 2/8 hissə İddiaçı2 paylarının həmsərhəd olmaqla bitişik, 2/8 hissə Cavabdeh payların naturada ayrılması, payların hər birinə mülkiyyət hüquqlarına dair ayrıca Çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən 29 mart 1997-ci il tarixdə verilmiş JN-108 Kod 30310048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən Quba rayonu İsnovqışlaq kəndində yerləşən 2,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, İddiaçı1, İddiaçı2 və X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair AR ƏM DK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********16 reyestr nömrəli ********** saylı və **********02 reyestr nömrəli ********* saylı Çıxarışlara əsasən 1,28401 ha əkin və 0,8692 ha bağ sahəsi olmaqla ümumilikdə 2,15 ha torpaq sahəsi 3/8 hissədə İddiaçı1, 1/8 hissədə X4, 2/8 hissədə İddiaçı2 və 2/8 hissədə Cavabdeh paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Payları məlum olduğu paylı mülkiyyətlərində naturada ayrılaraq bölünmədiyindən mülkiyyətçi kimi paylarına düşən torpaq sahəsinə dair müstəqil şəkildə, yəni digər payçılardan asılı olmadan sərəncam verə bilmirlər. Mülkiyyətçilərdən X4 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, Cavabdeh isə uzun müddətdir ki, torpaq sahəsi ilə ümumiyyətlə maraqlanmır, əkilib becərilməsində, aqrotexniki qulluq göstərilməsində iştirak etmir, heç bir vəsaitlə də yardım göstərmir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, **********16 reyestr nömrəli ********** saylı və **********02 reyestr nömrəli ********* saylı Çıxarışlara əsasən ümumilikdə 2,15 ha torpaq sahəsinin müəyyən olunmuş 3/8 hissə İddiaçı1, 1/8 hissə X1, 2/8 hissə İddiaçı2 paylarının həmsərhəd olmaqla bitişik, 2/8 hissə Cavabdeh paylarının naturada ayrılması, payların hər birinə mülkiyyət hüquqlarına dair ayrıca Çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, həmçinin ərizə təqdim edərək, ərizəsində Quba rayonu, İsnovqışlaq kəndində yerləşən sahəsi 1,28401 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5 X6 (TEKUİS) 1,2347 ha ölçüdə əksini tapdığından azalmış hissənin İddiaçı1 Əyyub qızı və İddiaçı2 aid hissədə azaldılmasına razılıq verdiyini və bölgünün bu razılığın nəzərə alınması ilə aparılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-108 KOD 30310048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayon Aqrar islahat Komissiyasının 1997-ci il 29 mart tarixli, 03 nömrəli qərarı ilə Cavabdeh, İddiaçı1 Eyyub qızı, İddiaçı2, X2 Quba rayon, İsnovqışlaq kəndi ərazisində 2.15 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 1,284401 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 3/8 hissə İddiaçı1, 1/8 hissə açıq saxlanılır X4, 2/8 hissə İddiaçı2 və 2/8 hissə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,8692 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 3/8 hissə İddiaçı1, 1/8 hissə açıq saxlanılır X4, 2/8 hissə İddiaçı2 və 2/8 hissə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 952935 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan məhkəmə ekspertizasının 23 avqust 2023-cü il tarixli, 10/6020 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********16 reyestr nömrəli ********** saylı Çıxarışa əsasən Cavabdeh, İddiaçı1, İddiaçı2 və X2 paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu İsnovqışlaq kəndində yerləşən sahəsi 1,28401 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 X6 (TEKUİS) 1.2347 ha ölçüdə öz əksini tapmışdır. Mülkiyyətçilərin azalmaya razılıq ərizəsi olduğu halda həmin torpaq sahəsinin bölünməsi mümkündür. **********02 reyestr nömrəli 28208461 saylı əsasən Cavabdeh, İddiaçı1, İddiaçı2 və X2 paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu İsnovqışlaq kəndində yerləşən sahəsi 0.8692 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hərbiri ayrı-ayrılıqda olmaqla (0.10865 ha) səkkiz bərabər hissəyə bölünməklə tərəflərindən hazırlanmışdır. Lakin hansı payların hansı mülkiyyətçiyə məxsus olmasını müəyyənləşdirmək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, JN-108 KOD 30310048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Quba rayon Aqrar islahat Komissiyasının 1997-ci il 29 mart tarixli 03 nömrəli qərarı ilə Cavabdeh, İddiaçı1, İddiaçı2 və X2 Quba rayon, İsnovqışlaq kəndi ərazisində 2.15 ha (********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən 1,284401 ha və ********** nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən 0,8692 ha) kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Hazırda iddiaçılarla cavabdeh tərəfindən Quba rayon, İsnovqışlaq kəndi ərazisində 2.15 ha kənd təsərrüfatı torpaq sahəsinin birgə təsərrüfatda idarə edilməsi mümkün olmadığından iddiaçı tərəf həmin torpaq sahəsinin tərəflər arasında naturada bölünməsi tələbini qoymuşdur. İşin materiallarında olan ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********16 reyestr nömrəli ********** saylı Çıxarışa əsasən Cavabdeh, İddiaçı1, İddiaçı2 və X2 paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu İsnovqışlaq kəndində yerləşən sahəsi 1,28401 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 X6 (TEKUİS) 1.2347 ha ölçüdə öz əksini tapmışdır. Mülkiyyətçilərin azalmaya razılıq ərizəsi olduğu halda həmin torpaq sahəsinin bölünməsi mümkün hesab edilmişdir. **********02 reyestr nömrəli 28208461 saylı əsasən Cavabdeh, İddiaçı1, İddiaçı2 və X2 paylı mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu İsnovqışlaq kəndində yerləşən sahəsi 0.8692 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hərbiri ayrı-ayrılıqda olmaqla (0.10865 ha) səkkiz bərabər hissəyə bölünməklə tərəflərindən hazırlanmışdır. Lakin hansı payların hansı mülkiyyətçiyə məxsus olmasını müəyyənləşdirmək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətində deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********16 reyestr nömrəli ********** saylı və **********02 reyestr nömrəli ********* saylı Çıxarışlara əsasən ümumilikdə 2,15 ha torpaq sahəsinin müəyyən olunmuş 3/8 hissə İddiaçı1, 1/8 hissə X1, 2/8 hissə İddiaçı2 paylarının həmsərhəd olmaqla bitişik, 2/8 hissə Cavabdeh payları naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220-ci 241, 242, 244, 253-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, **********16 reyestr nömrəli ********** saylı və **********02 reyestr nömrəli ********* saylı Çıxarışlara əsasən ümumilikdə 2,15 ha torpaq sahəsinin müəyyən olunmuş 3/8 hissə İddiaçı1, 1/8 hissə X1, 2/8 hissə İddiaçı2 paylarının həmsərhəd olmaqla bitişik, 2/8 hissə Cavabdeh payları naturada ayrılsın. Qiyabi qətnamədən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar