Məhkəmə qərarları › İş №2(027)-1481/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1481/2021

30.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1481/2021 30.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba RİHB-nın Buduq İƏD-nin tərtib etdiyi 08.04.1980-ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adının “Əlbrus” cinsi “qadın” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi, Quba RİHB-nın Buduq İƏD-nin tərtib etdiyi 08 aprel 1980-ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adının “Əlbrus”dan "Elbrus'a cinsinin “qadın”dan “kişi”yə düzəlişinin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx xxxx 1980-ci ildə Quba rayonu, Buduq kəndində anadan olub. İlk dəfə doğum haqqında şəhadətnamə alan zaman ad, soyad və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Bundan sonra həmin doğum şəhadətnaməsi əsasında ona şəxsiyyət vəsiqəsi verilmiş, bütün sənədlərində sürücülük vəsiqəsində, fərdi yaşayış evinin çıxarışında, hərbi biletində, təhsil haqqında diplomunda, uşaqlarının doğum haqqında akt qeydlərində və eləcə də nikah akt qeydində adı “Elbrus” kimi qeyd edilmişdir. Həmçinin ona verilmiş AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsində düzgün olaraq cinsi kişi kimi qeyd edilmişdir. Vərəsəlik işləri ilə bağlı sənədləşmə üçün ona doğum haqqında şəhadətnamə lazım olmuşdur. Doğum haqqında şəhadətnamə axtarsa da tapa bilmədiyi üçün, doğum haqqında şəhadətnaməni itdiyindən yenidən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 14 iyun 2020-ci il tarixli imtina məktubuna əsasən ona təkrar doğum haqqında şəhadətnamə verməkdən imtina edilmiş və bildirilib ki, şəxsiyyət vəsiqəsində, sürücülük vəsiqəsində, hərbi biletində, təhsil haqqında diplomunda, uşaqlarının doğum haqqında akt qeydlərində və eləcədə nikah akt qeydində adı “Elbrus” kimi yazılsa da, Quba RİHB-nin Buduq İƏD-nin tərtib etdiyi 08.04.1980-ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adı “Əlbrus” cinsi “qadın” kimi qeyd olunmuşdur. Maraqlı şəxsndə yanlışlıqların düzəldilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmiş, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə ablaraq Quba RİHB-nm Buduq İƏD-nin tərtib etdiyi 08.04.1980-ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adı “Əlbrus” cinsi “qadın” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi, Quba RİHB-nin Buduq İƏD-nin tərtib etdiyi 08.04. 1980-ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adının “Əlbrus”dan "Elbrus'a cinsinin “qadın”dan “kişi”yə düzəlişinin aparılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir.Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş üzrə şahid X3 bildirdi ki, Elbrus onun əmisi oğludur. Uşağlığdan onu Elbrus kimi tanıyır. Məhkəmə Ərizəçi və iş üzrə şahid X1 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan AZE 05966307 seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, şəxsiyyət vəsiqəsinin ad soyad ata adı qrafasında Ərizəçi, “cinsi” qrafasında “kişi”qeyd olunmuşdur. İşdə olan AZ-İ 099636 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 arasında 26.07.2004-cü rəsmi nikah bağlanmış, 07 nömrə ilə qeyd edilmişdir. İşdə olan AO 01534476 nömrəli hərbi biletin surətindən görünür ki, biletin ad soyad ata adı qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan AR ƏMDK yanında DƏDRX RX seriyalı ******* nömrəli çıxarışının “hüququ rəsmləşdirilən şəxs” qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan AB-İİ 009982 nömrəli diplomun surətindən görünür ki, diplom verilir qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan AZ-İ 494597 və AZ-İ 713319 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki şəhadətnamələrin “atası” qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 14.06.2021-ci il tarixli 05/Q-319 saylı məktubundan görünür ki, Quba RİHB-nin Buduq İƏD-nin tərtib etdiyi 08 aprel 1980ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adının “Əlbrus”dan "Elbrus'a cinsinin “qadın”dan “kişi”yə düzəlişinin aparılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi Ərizəçi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba RİHB-nm Buduq İƏD-nin tərtib etdiyi 08.04.1980-ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adı “Əlbrus” cinsi “qadın” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi, Quba RİHB-nin Buduq İƏD-nin tərtib etdiyi 08 aprel 1980-ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adının “Əlbrus”dan "Elbrus'a cinsinin “qadın”dan “kişi”yə düzəliş edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişiliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 339, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba RİHB-nın Buduq İƏV üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 08.04.1980-ci il tarixli 10 saylı doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin akt qeydində “Əlbrus” əvəzinə “Elbrus” və “qadın” əvəzinə “kişi” kimi düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar