Məhkəmə qərarları › İş №2(027)-1526/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1526/2020

08.10.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1526/2020 08.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktı qeydiyyatının düzgün olmasının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Alekseyevka İƏD-da bağlanmış xx xxxxxxx 1992-ci il tarixli nikah haqqında akt qeydində nikah bağlandıqdan sonra ona verilmiş “Xəlilova” soyadının düzgün olmamasının müəyyən edilməsi, həmin nikah haqqında akt qeydində nikah bağlandıqdan sonra onun soyadının “Xəlilova”dan “Əkbərova”ya düzəlişin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, xx xxx 1962-ci ildə Quba rayonu, Zizik kəndində anadan olmuş. Ona AZ 222964 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə qızlıq soyadı Xəlilova kimi göstərilmişdir. O, xx xxxxxxx 1992-ci ildə X3 ilə ailə qurmuş və Əkbərova soyadını soyadını qəbul etmişdir. Bu barədə onlara Vİ-JQ 278862 nömrəli nikahın bağlannfası haqqında şəhadətnamə verilmişdir. Nikah haqqında aktda soyadı Əkbərova əvəzinə səhfən Xəlilova kimi qeyd edilmişdir. X1 ilə nikahlarından xx xxxx 1993-cü ildə X6 və xx xxxx 1998-ci ildə X7 adında iki övladları anadan olmuşdur. Hər iki uşaqlarının doğum şəhadətnamələrində soyadı Əkbərova kimi yazılmışdır. Hətta ona verilmiş şəxsiyyət vəsiqələrində də soyadı Əkbərova kimi qeyd edilmişdir. X2 xx xxx 2018 vəfat etmişdir. Ərinin vəfatında sonra ondan qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat kontoruna müraciət etmiş. Elektron sistemdə nikah bağlanan zaman onun soyadının dəyişmədiyini, yəni nikah bağlandıqdan sonra onun qızlıq soyadının (Xəlilova) qaldığını müəyyən etmişdi. Lakin onda olan nikahın bağlanması barədə şəhadətnamədə soyadı Əkbərovaya dəyişdiyi üçün bu məlumatı dəqiqləşdirməkdən ötrü Maraqlı şəxsnə müraciət etmiş. Aparılan araşdırmalar zamanı, onun ilə X9 arasında nikah bağlanan zaman onlara verilmiş nikahın bağlanması haqqında şəhadətnamədə soyadı Əkbərova kimi yazılsa da, Maraqlı şəxsndən olan nikahın bağlanması haqqında akt qeydləri kitabında soyadının, qızlıq soyadı olan Xəlilova kimi qaldığını müəyyən edilmişdi. Maraqlı şəxsndə yanlışlıqların düzəldilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Göstərilənləri nəzərə alaraq, Quba rayon Alekseyevka İƏD-da bağlanmış xx xxxxxxx 1992-ci il tarixli nikah haqqında akt qeydində nikah bağlandıqdan sonra ona verilmiş “Xəlilova” soyadının düzgün olmamasının müəyyən edilməsi, həmin nikah haqqında akt qeydində nikah bağlandıqdan sonra onun soyadının “Xəlilova”dan “Əkbərova”ya düzəlişin aparılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi onun bacısıdır. Mənsurə 1992-ci ildə X3 ilə ailə qurmuş və Əkbərova soyadını soyadını qəbul etmişdir. Onların birgə nikahlarından iki övladları var və onların doğum haqqında şəhadətnamələrində analarının soyadı Əkbərova kimi qeyd edilmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında nikah xx.xx.1992-ci il tarixdə bağlanmış və 53 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı Əkbərov,arvadın soyadı Əkbərova kimi qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci ildə 53 sayla qeydə alınmış nikah haqqında akt qeydində nikahdan sonrakı soyadının “Əkbərova”ya düzəliş edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1962-ci ildə anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxx 1993-cü il təvəllüdlü X6 və xx xxxx 1998-ci il təvəllüdlü X5 anası Ərizəçi kimi qeyd olunmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X3 ilə Ərizəçi arasında nikah xx.xx.1992-ci il tarixdə bağlanmış və 53 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı Əkbərov,arvadın soyadı Əkbərova kimi qeyd edilməsinə baxmayaraq, nikah haqqında akt qeydində Ərizəçi soyadı səhv olaraq Xəlilova kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişiklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqinda işlərə baxır. Həmin Məcəllənin 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Quba RİHB-nın Alaksayevka İƏD tərəfindən xx.xx.1992-ci ildə 53 sayla qeydə alınmış nikah haqqında akt qeydində nikah bağlandıqdan sonra Ərizəçi verilmiş “Xəlilova” soyadının düzgün olmamasının müəyyən edilməli və həmin nikah haqqında akt qeydində Ərizəçi soyadının “Xəlilova”dan “Əkbərova”ya düzəliş aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-308, 339.1, 341.1, 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Quba RİHB-nın Alaksayevka İƏD tərəfindən xx.xx.1992-ci ildə 53 sayla qeydə alınmış nikah haqqında akt qeydində nikah bağlandıqdan sonra Ərizəçi verilmiş “Xəlilova” soyadının düzgün olmaması müəyyən edilsin və həmin nikah haqqında akt qeydində Ərizəçi soyadı “Xəlilova”dan “Əkbərova”ya düzəliş aparılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar