Məhkəmə qərarları › İş №2(027)-1590/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1590/2023

20.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1590/2023 20.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “Cavabdeh1”ə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində və sahibliyində olan 11 ədəd sütundan ibarət dəmir anbar konstruksiyasının Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində və sahibliyində olan 11 ədəd sütundan ibarət dəmir anbar konstruksiyasının Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona verilməsi, bu mümkün olmadıqda həmin dəmir konstruksiyanın alınması üçün verdiyi 30.000 ABŞ dollarının Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsii xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Cavabdeh1 inşa edilən zaman 2012-ci il tarixdə “ZQAN” Holding bağlanan vaxt həmin şirkətdən 30.000 ABŞ dollara anbar almışdır. Anbara daxil olmuşdur: iki ədəd dəmir konstruqsiyadan ibarət komplekt və palatka. Həmin zaman orada 3 ədəd anbar olmuş anbarlardan birini Cavabdeh2 satın almışdır. Cavabdeh2 dediyinə görə həmin anbarın sökülməsi 6 günə başa çatmışdır. Bu zaman həmin anbarın sökülməsində 7 ədəd işçi, 1 səbət yük maşını, 2 ədəd kran işləmişdir. Anbarın yüklənib ərazidən çıxarılması 4 ədəd tır yük maşını ilə mümkün olmuşdur. Daha sonra 2018-ci ildə o, həmin anbara daxil olan dəmir konstruqsiyadan ibarət olan komplekti Cavabdeh2 25000 manata almışdır. Bir müddət sonra həmin əmlak lazım olmadığı üçün internet vasitəsi ilə satışa çıxarmışdır. Elə əsas məsələ o, həmin dəmir anbar konstruksiyanı internet vasitəsi ilə satışa qoyduqdan sonra başladı. Belə ki, polis əməkdaşları Cavabdeh1 şikayəti əsasında onu, oğlunu və qardaşı oğlunu polis şöbəsinə aparmış, orada heç bir əsas olmadan saxlamışlar. Onlar polis şöbəsində olan zaman anbar konstruksiya ondan icazə almadan polis əməkdaşları tərəfindən götürülmüşdür. Lakin, Cavabdeh1 7 ədəd dəmir çatışmamazlığı əsasında şikayət etmişdir. Ona Cavabdeh2 tərəfindən satılan dəmir anbar 11 ədəd sütundan ibarətdir. Hazırda əmlakının hara olmasından xəbəri yoxdur. Qanunsuz olaraq onun sahibliyində və mülkiyyətində olan dəmir anbarı aparmışlar. Qeyd olunan dəmir anbar oğurluq olmamışdır. Əmlakı əsassız olaraq ondan alınmışdır. Bununla bağlı Quba rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, dəmir konstruksiyanı 25.000 manata Cavabdeh2 almışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, mübahisə predmetini təşkil edən dəmir konstruksiya onun tərəfindən iddiaçıya satılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və “Cavabdeh1”in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırkı mülki iş üzrə mübahisə predmeti olan metal konstruksiyalı fermanın "xxxx" MMC-yə məxsus olduğu barədə faktlar mövcuddur. Belə ki, 2017-ci ilin aprel ayının 1-də "xxxx" MMC-yə məxsus torpaq səhəsi "xxxx" MMC-yə təhvil verilərkən torpaq sahəsinin üzərində Almaniya istehsalı olan paslanmayan metal konstruksiyalı 2 ədəd ferma da "xxxx"nin sahibliyinə verilmişdir. Daxili qeydiyyata alınması məqsədilə "xxxx" MMC tərəfindən həmin paslanmayan metal konstruksiyalı 2 ədəd fermanın şəkilləri çəkilmişdir. Bir müddət sonra metal konstruksiyalı həmin 2 ədəd ferma "xxxx" MMC-yə məxsus ərazidən oğurlanmışdır. Hadisə ilə bağlı tərəflərindən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, qeyd olunan metal konstruksiyalar www.tap.az saytında Nicat adlı şəxs (telefon **********) tərəfindən 23 fevral 2022-ci il tarixində saat 19:37-də 31438409 nömrəli elanla 40000 (qırx min) AZN dəyərində satışa çıxarılmışdır. Qeyd olunan metal konstruksiyaların onlara məxsus olduğu sayta qoyulmuş şəkildən bəllidir. Çünki metal konsturksiyalar cinayətkarlar tərəfindən demontaj edildiyinə görə əllərində metal konstruksiyanın hazır vəziyyətdəki başqa fotoşəkili olmadığından demontajdan əvvəl "xxxx" MMC-nin ərazisində çəkilən fotoşəkli sayta yerləşdirmək məcburiyyətində qalmışlar. Tərəflərindən oğurluq faktı barədə Quba rayon polis şöbəsinə 008 nömrəli xx.xx.2022 tarixli, 019 nömrəli xx.xx.2023-cü il tarixli və 020 nömrəli xx.xx.2023 tarixli şikayət məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-572.2-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 573.1-573.2-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Həmin Məcəllənin 574.1-574.3-cü maddəsinə əsasən əgər üçüncü şəxs alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsas üzrə alıcıya qarşı əşyanın geri alınması barədə iddia irəli sürərsə, alıcı satıcını işdə iştiraka cəlb etməyə, satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur. Alıcının satıcını işdə iştiraka cəlb etməməsi satıcını alıcı qarşısında məsuliyyətdən azad edir, bu şərtlə ki, satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geri alınmasına yol verməyə biləcəyini sübuta yetirsin. Alıcının işdə iştiraka cəlb etdiyi, lakin işdə iştirak etməmiş satıcı alıcının işi yanlış apardığını sübuta yetirmək hüququndan məhrum olur. Məhkəmə iclasında sübuta yetilir ki, iddiaçı cavabdehlərdən onun mülkiyyətində və sahibliyində olan 11 ədəd sütundan ibarət dəmir anbar konstruksiyasının Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona verilməsi, bu mümkün olmadıqda həmin dəmir konstruksiyanın alınması üçün verdiyi pulun Cavabdeh2 alınaraq ona verilməsini tələb edir. İş materillarından görünür ki, həmin əmlak “Cavabdeh1” yəni, "xxxx" MMC-yə məxsusdur. Cavabdeh2 həmin əmlak üzərində hüququnu təsdiq edəcək heç bir sübut mövcud deyil. Cavabdeh2 özünə məxsus olmayan əmlakı İddiaçı satmışdır. İddiaçı həmin əmlak üçün Cavabdeh2 25000 manat pul ödəmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia “Cavabdeh1” yəni, "xxxx" MMC-yə münasibətdə təmin edilməməlidir. Lakin, mübahisə predmetini təşkil edən dəmir konstruksiya Cavabdeh2 tərəfindən iddiaçıya 25.000 manata satıldığından məhkəmə hesab edir ki, 25.000 manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Çünki Cavabdeh2 “Cavabdeh1” yəni, "xxxx" MMC-yə məxsus əmlakı onun icazəsi olmadan başqa şəxsə satmışdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, 25.000 manat məbləğində pulu Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 25.000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar