Məhkəmə qərarları › İş №2(027)-1600/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1600/2021

25.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1600/2021 25.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti akt qeydlərində düzəliş edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 04.11.2002-ci il tarixdə Xaçmaz rayon Aşağı-Zeyid icra nümayəndəliyində onun adına tərtib edilmiş 04 saylı doğum akt qeydində adının Fəridədən Səbinəyə düzəliş edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.2002-ci ildə Xaçmaz rayon Şıxhaput kəndində anadan olmuşdur, hal-hazırda həmin kənddə yaşayır. Valideyinləri tərəfindən Xaçmaz rayon Aşağı-Zeyid icra nümayəndəliyindən alınmış doğum şəhadətnaməsində adı Səbinə yazılmışdı. Lakin, o, təkrar doğum şəhadətnaməsi almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət edərkən məlum olmuşdur ki, barəsində Xaçmaz rayon Aşağı-Zeyid icra nümayəndəliyində tərtib edilmiş xx.xx.2002-ci il tarixli doğum akt qeydində adı Fəridə qeyd edilmişdir. Hal-hazırda yaranmış ziddiyətin ucbatından şəxsiyyət vəsiqəsi ala bilmir. Qeyd edir ki, nikaha daxil olmaq istəyir. Həmçinin bu səbəbdən nikahada daxil ola bilmir. İlkin doğum şəhadətnaməsindən başqa Şəbinə adı ilə 27.11.2015-ci il tarixdə Quba rayon Polis şöbəsində verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində vardır. 04.07.1997-ci il tarixdə doğulmuş böyük bacısınında adı Fəridədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 27.11.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı və atasının adı müvafiq olaraq Ərizəçidır. İş materiallarında olan doğum haqqında 04 noyabr 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 292854 №-li şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuş, şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı X1 göstərilmişdir. İş materiallarında olan tibbi kartadan görünür ki, xx.xx.2002-ci il tarixdə anadan olmuş uşağın soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan doğum haqqında 25 may 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı,169636 №-li şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuş, şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı X1 göstərilmişdir. İş materiallarında olan 23 iyul 2018-ci il tarixdə verilmiş C 206591№li ümumi orta təhsil haqqında atesstatdan görünür ki, ərizəçi Quba rayonu, İqriq kənd tam orta məktəbini bitirmiş, attestatda soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, 345 №-li Arayışdan görünür ki, xx xxxx 2002-ci il tarixdə anadan olmuş Ərizəçi adı 04 noyabr 2002-ci il tarixdə Xaçmaz rayon Aşağı-zeyid icra nümayənədliyində 04№li doğum haqqında akt qeydində Əliməmmədova Fəridə Zahid qızı kimi qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 14.06.2021-ci il tarixli məktubundan görünür ki, qeydiyyat şöbəsində saxlanılan akt qeydi Əliməmmədova Fəridə Zahid qızı barəsində olduğu üçün həmin doğum akt qeydinin Səbinəyə aid olmasını müəyyən etmək mümkün deyil, həmin müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə təhqiqatı zamanı ərizəçinin şəxsiyyət vəsiqəsindəki adının (soyadı, adı və atasının adı) Ərizəçi olması, 04.11.2002-ci il tarixli, Xaçmaz rayon Aşağı-Zeyid icra nümayəndəliyində 04 №li doğum haqqında akt qeydində ərizəçinin adının Fəridə kimi qeyd olunması, ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamə verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən şikayət edilə bilər. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Xaçmaz rayon Aşağı-Zeyid İƏV tərəfindən 04 noyabr 2002-ci il tarixdə X2 adına verilmiş AZ-İ 292854 nömrəli doğum haqqında şəhadətnamənin vətəndaş qrafasında yazılmış Fəridə adının düzgün olmaması müəyyən edilsin; X2 adına verilmiş doğum haqqında akt qeydləri kitabında 04 noyabr 2002-ci il tarixdə, 04 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində vətəndaş qrafasında adı Səbinə kimi qeyd edilsin. 04 noyabr 2002-ci il tarixdə, 04 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində qalan qrafalar olduğu kimi saxlanılsın. Qətnamə Ərizəçi adına yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar