Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1635/2021 27.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X10 oğlunun iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba RİHB-nın İİ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.08.1965-ci il tarixli 230 saylı doğum haqqında akt qeydində adının “Bənövşə” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi, Quba RİHBnın İİ Nügədi İƏV üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.08.1965-ci il tarixli 230 saylı doğum haqqında akt qeydində adının “Bənovşə”dən "Bəşarət”ə düzəlişinin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X10 oğlu ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, o, xx xxxx 1965-ci ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, ilk dəfə doğum haqqında şəhadətnamə alan zaman ad soyadı və ata adı X1 qeyd olunmuşdur. Lakin nikaha daxil olduğdan sonra soyadı Mehrəliyevadan Şabanova keçib. Bundan sonra həmin doğum şəhadətnaməsi əsasında bütün sənədlərində xarici pasportunda, pasportunda, nikah akt qeydində adı “Bəşarət” kimi qeyd edilmişdir. Vərəsəlik işləri ilə bağlı sənədləşmə üçün ona doğum haqqında şəhadətnamə lazım olmuşdur. Doğum haqqında şəhadətnamənin verilmə tarixində qaralama olduğu üçün, yenidən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 07 iyul 2021-ci il tarixli imtina məktubuna əsasən ona təkrar doğum haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Quba İİ Nügədi İƏD-nin tərtib etdiyi 20.08.1965-ci il tarixli 230 saylı doğum haqqında akt qeydində adı “Bənövşə” kimi qeyd olunmuşdur. Maraqlı şəxsndə yanlışlıqların düzəldilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə ablaraq Quba RİHB-nın İİ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.08.1965-ci il tarixli 230 saylı doğum haqqında akt qeydində adının “Bənövşə” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi, Quba RİHB-nın İİ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.08.1965-ci il tarixli 230 saylı doğum haqqında akt qeydində adının “Bənovşə”dən "Bəşarət”ə düzəlişinin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş üzrə şahid X9 bildirdi ki, Ərizəçi onun bacısıdı. Ailədə beş bacı dörd qardaş olublar. Onu Bənövşə adında bacısı yoxdu. Bacısının adı Bəşarətdi. Doğum haqqında akt qeydində Bəşarətin əvəzinə səhvən Bənövşə qeyd edilib. Məhkəmə Ərizəçi nümayəndəsi X3 və iş üzrə şahid X7 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən Ərizəçi məxsus olan pasportun təsdiq olunmuş surətindən görünür ki, pasportun ad soyad ata adı qrafasında Ərizəçi qeyd olunmuşdur. İşdə olan İİİ-ЖГ 315382 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X6 arasında 03.09.1983-cü ildə rəsmi nikah bağlanmış, 75 nömrə ilə qeyd edilmişdir. İşdə olan A3-0936307 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamə Ərizəçi məxsusdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 07.07.2021-ci il tarixli 05/Q-361 saylı məktubundan görünür ki, Quba RİHB-nın İİ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.08.1965-ci il tarixli 230 saylı doğum haqqında akt qeydində adının “Bənovşə”dən "Bəşarət”ə düzəlişinin aparılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi Ərizəçin qızına tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba RİHB-nın İİ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.08.1965-ci il tarixli 230 saylı doğum haqqında akt qeydində adının “Bənövşə” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi, Quba RİHB-nın İİ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.08.1965ci il tarixli 230 saylı doğum haqqında akt qeydində adının “Bənovşə”dən "Bəşarət”ə düzəliş edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişiliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 339, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba RİHB-nın İİ Nügədi İƏV üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 20.08.1965-ci il tarixli 230 saylı doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin akt qeydində “Bənövşə” əvəzinə “Bəşarət” kimi düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1635/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1635/2021
27.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver