Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1652/2022 27.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı MMC-nin direktoru X1 iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı MMC-nin direktoru X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona böhtan atan Mərkəzi Bankın qeyri peşəkar məmurlarından ona dəyən təxminən 10000 (on min) manat məbləğində maddi və mənəvi zərərin ona təzminat ödənilməsi haqqında iddia qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə ərizəçi iddia ərizəsində işdə iştirak edən şəxs kimi cavabdehin adını və poçt ünvanını göstərməli olduğu halda, cavabdehin adını və poçt ünvanını göstərməmişdir. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci və 150.0.5-ci maddələrinə əsasən iddia tələbini əsaslandırdığı halla dair sənədləri ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsi iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədləri həmin Məcəllənin 149.2.5-ci maddəsində göstərilmiş ərizəyə əlavə edilməli olan sənədlərin siyahısına aid etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən ödəniş qəbzi əlavə olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı MMC-nin direktoru X1 iddia ərizəsi geri qaytarılsın; İddiaçıya izah edilsin ki, ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1652/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1652/2022
27.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver