Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1664/2023 16.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və iddiaçılar X3, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızının nümayəndəsi İddiaçı1, İddiaçı1 nümayəndəsi qismində vəkili Vəkil, Cavabdeh və digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştiraklı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızının X3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən paylara uyğun kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızı və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən paylara uyğun Cavabdeh1 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə, Cavabdeh2 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə, Cavabdeh3 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə və Cavabdeh4 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə kompensasiya ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən mülkiyyət hüququ əsasında fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X7, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh2, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 məxsusdur. İş üzrə Cavabdeh1 mərhum qardaşı X4 həyat yoldaşıdır. X2 xəstə olduğu üçün onunla bir ailədə yaşamaq istəmədiklərindən X19 2008-ci ildə həyat yoldaşı Cavabdeh1 və uşaqları-Nəzrin, Nərmin və Cavabdeh4lar ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə köçüb getmişdir. X19 04 iyun 2016-cı il tarixdə vəfat etmiş, onun ölümündən sonra xəbərləri olmuşdur ki, 2008-ci ildə Cavabdeh1 onlara məxsus pay torpaq sahələrini onların razılığı və xəbəri olmadan satmışdır. Daha sonra analarının xəstəliyindən istifadə edərək saxta vəsiyyətnamə alıb onların yaşayış evini oğlu Cahangirin adına rəsmiləşdirmiş və həmin vaxtdan da Xuraman Quba rayonu İ Nügədi kəndinə qayıtmamış, yaşayış evi ilə heç bir əlaqəsi olmamış, 2008-ci ildən hal-hazıradək Bakı şəhərində yaşayır. Cavabdehin aldığı saxta vəsiyyətnamə Quba rayon Məhkəməsinin qətnaməsi əsasında ləğv olunmuşdur. 09 mart 2011-ci il tarixdə yaşadığları evin 2-ci mərtəbəsi elektrik naqillərinin qısaqapanma nəticəsində alışaraq təmamilə yanmış, evi onlar (iddiaçılar) öz vəsaitləri hesabına təmir etdirmişdilər. Hətta cavabdeh yaşayış evi yanarkən belə hadisədən xəbəri olmuş, əmlaklarının yerləşdiyi yaşayış otağının vəziyyəti ilə maraqlanmamış, evin bərpasında iştirak etməmişdir. Cavabdeh onlara öz evlərində rahat yaşamağa imkan vermir. Onları təhqir edir, şər-böhtan atır, iş yerlərinə gələrək söyüşlərlə ləyaqətlərini alçaldır. Bundan başqa Xuraman polis şöbəsinə şikayət edərək bildirmişdir ki, güya onu evə buraxmırlar və ona məxsus əşyaları oğurlayıb satırlar. Halbu ki, yaşayış evi yandığı zaman cavabdehin onların evdə olan əşyalarını polisə göstərmişdir. Evlərinin ikinci mərtəbəsi yanarkən cavabdehin əmlakları müvəqqəti olaraq evin birinci mərtəbəsinə düşürülmüşdür. Cavabdeh1 onlarla bir evdə yaşamasa da, onları evlərindən çıxarmaq üçün hədə qorxu gəlir, mübahisələr yaradır. Bildiririk ki, yaşayış evi iki otaqdan ibarətdir. Həmin evdə İddiaçı1 və Könül Nadirov yaşayır. Xuraman və digər cavabdehlər olan uşaqları ilə birlikdə tezliklə qayıdıb evdə yaşayacağlarını bildirirlər. Ev olduqca darısqaldır. Xuraman və üç uşağı ilə birlikdə bir evdə yaşamağı qeyri mümkündür. Ona görə də, yaşayış evinin və həyətyanı torpaq sahəsinin Çıxarışda göstərilən paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. 17 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən Quba rayonu, 1-ci Nügədi kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127.6 kv.m olan yaşayış evi və həyətyanı torpaq sahəsinin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Quba rayon məhkəməsinin 2(027)-219/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd edir ki, cavabdehlərlə bir evdə yaşamaq qeyrimümkündür. Cavabdeh1 onlarla səbəsiz mübahisələr və münaqişələr yaradır, onları şərləyir. Ona görə də, cavabdehlərln payına uyğun olaraq, kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməli olublar. Cavabdehlər etiraz ərizəsini məhkəməyə təqdim edərək, ərizədə göstərmişdilər ki, iddiaçılar mübahisəli paylı mülkiyyətin onlara naturada pay ayrılması əvəzinə qalan iddiaçılar tərəfindən kompensasiya ödənilməsinə onların öz razılığı ilə yol verilir, onlar isə, əmlakdan paylarının əvəzinə kompensasiyanın ödənilməsinə razı deyillər. İddiaçılar yalnız öz paylarının ayrılmasını tələb edə bilərlər və ya həmin payın əvəzinə onlardan kompensasiya istəyə bilərlər. Digər tərəfdən iş materiallarından göründüyü kimi, mübahisəli əmlakdan onların payı cüzi deyildir. Bu səbəbdən iddiaçılar onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş çıxarışda göstərilən, Cavabdeh1 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40, Cavabdeh2 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40, Cavabdeh3 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 və X5 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə, kompensasiya ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdilər. Daha sonra iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilər arasında hərrac keçirərək, pulunun mülkiyyətçilərin paylarına uyğun olaraq bölünməsi, satın almaqda üstünlük hüququndan istifadə etməklə istəyən mülkiyyətçi digər mülkiyyətçilərin pulunu hərrac vasitəsilə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nünümayəndəsi, İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi qismində vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddianın dəqiqləşdirilməsi ilə bağlı verilən ərizə nəzərə alınmaqla, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər cavabdehlərin nümayəndəsi, Cavabdeh1 etraz ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, iddianı qəbul etmir, göstərilən tələblərin heç biri ilə razı deyillər, o evdən çıxmır, başqa yaşayış yeri yoxdur, ona görədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunan Quba İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 1050 saylı arayışından məlum olur ki, nümayəndəlikdə qeydyyatda olmuş Cavabdeh4 Qurban oğlu 1930-cu ildən 1968-ci ilədək Quba rayonu, İ Nügədi kəndində yaşamış.xx.xx.1968-ci il tarixdə həmin kənddə vəfat etmişdir və X15 (2012-ci il tarixdə vəfat edib), X8, İddiaçı3, İddiaçı1, X10 və X9 adlı vərəsələri qalmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,059 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş daşınmaz əmlakın ümumi sahəsi 127.6 kvm olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə X11 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023cü il tarixli 10/8320 nömrəli “Ekspert rəyi”ndən görünür ki, fərdi yaşayış evinin yerləşmə vəziyyətinə uyğun olaraq rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, Quba rayonu 1-ci Nügədi kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127.6 kv.m olan yaşayış evi və həyətyanı torpaq sahəsinin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun---2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 219/2023 saylı qətnaməsinə əsasən, iddiaçılar İddiaçı1, X9, İddiaçı3 və Nemanova (Nadirova) Yeganə Cahangir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə olunan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)- 1502/2022 saylı qətnaməsinə əsasən X9, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızı və İddiaçı1 Cavabdeh1 qarşı əmlakın evdən çıxarılmaqla evin boşaldılması tələbinə dair iddia ərizəsi və Cavabdeh1 X9, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızı və İddiaçı1 qarşı əqdin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi tələbinə dair qarşlılqlı iddia ərizəsi üzrə İlkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh1 qzına məxsus daşınar əmlaklar və əmlakların saxlanıldığı otaqdan ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər, X3, İddiaçı3, Nemanova (Nadirova) Yeganə Cahangir qızının və İddiaçı1 istifadə etmələri qadağan edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 219/2023 saylı qətnaməsindən göründüyü kiimi, reyestr nömrəsi **********76-10301 olan, çıxarışa əsasən Quba rayonu, 1-ci Nügədi kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,60 kv.m sahədən ibarət fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissədə İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh2, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 və fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə X1 adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayonu, 1-ci Nügədi kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,60 kv.m sahədən ibarət fərdi yaşayış evi tərəflər arasında paylı mülkiyyətdə olmaqla mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş və payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, mülkiyyətçilər olan iddiaçılar digər mülkiyyətçilər olan cavabehlərə paylarının kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsini təklif etsələr də, paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər müvafiq razılıq bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasənp paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına əsasən ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması miimkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi qanunvericiliyə əsasən ümumi mülkiyyət barəsində sərəncam hüququnun həyata keçirilməsi isə Mülki Məcəllənin 215.5-ci maddəsinə uyğun olaraq bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin həmmülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu halda paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılmalı olan payı, ona müvafiq olan pul məbləğinin ödənilməsi və ya başqa kompensasiyanın verilməsi ilə əvəz olunur. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər ki, mülkiyyətçi do kompensasiya aldığı andan ümumi əmlakdakı paya olan hüququnu itirmiş olur. Yalnız ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq - aşkar mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. 2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhəhkəmə belə qənaətə gəlir ki, iddia yaşayış evinin mülkiyyətçilər arasında hərrac keçirərək əldə ediləcək pulun mülkiyyətçilərin paylarına uyğun olaraq bölünməsi hissəsində təmin olunmalıdır. İddianın satın almaqda üstünlük hüququndan istifadə etməklə istəyən mülkiyyətçi digər mülkiyyətçilərin pulunu hərrac vasitəsilə ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, payı satın almaqda üstünlük hüququ ümumi mülkiyyət hüququna xitam verildikdə itirilmiş olduğundan iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi açıq hərrac keçirməklə satılsın və satış pulu mülkiyyətçilər - fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissədə İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh2, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 arasında paylarına mütənasib surətdə bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1664/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1664/2023
16.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver