Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1766/2024 28.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu Ərizəçi İddiaçı Məhəməd oğlunun Maraqlı şəxs cəlb olunmaqla vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmaması müəyyən edilərək doğum akt qeydinə düzəliş edilməsi barədə ərizəni nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi İddiaçı Məhəməd oğlu Maraqlı şəxs cəlb olunmaqla vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmaması müəyyən edilərək doğum akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, tələbin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə ərizəni və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, Ərizəçi İddiaçı Məhəməd oğlu tərəfindən inzibati orqan olan Maraqlı şəxs üzərinə müəyyən hərəkətlərin edilməsinə dair vəzifənin qoyulması barədə müraciət etmiş, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğu nəzərə alınmamışdır. Belə ki, 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 713) ilə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 305.1.7-ci, 305.1.8-ci və 339-341-ci maddələri ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi İddiaçı Məhəməd oğlunun Maraqlı şəxs cəlb olunmaqla vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmaması müəyyən edilərək doğum akt qeydinə düzəliş edilməsi barədə ərizəinin və ona əlavə edilmiş sənədlərin tələbin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (ödəyicinin adı: İddiaçı Məhəməd oğlu”, mədaxil qəbz **********, Rüsum nömrəsi ********) geri qaytarılması üçün əsasdır. Ərizəçi İddiaçı Məhəməd oğluna izah edilsin ki, qeyd olunan iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) QUBA Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1766/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1766/2024
28.06.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver