Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-178/2023 18.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddaçı İddiaçı və onun nümayəndəsi vəkili Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə Quba şəhərində anadan olmuş Cavabdeh1 və xx.xx.1991-ci ildə anadan olmuş Cavabdeh2 mən kirayəçisi olduğu Quba şəhəri Fətəlixan küçəsi, 129 saylı evin 17 nömrəli mənzildə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildə anadan olmuş və həmin gündən indiyə qədər ünvan 1, mənzil 17 də yaşamışdır. Yaşadığı evi özəlləşdirmək məqsədi ilə, Maraqlı şəxsndən arayış aldıqdan sonra, ona məlum olmuş ki, ona kirayə verilmiş evdə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə qeydiyyatdadırlar. Deməli onlar həmin mənzildə istifadə hüququna malikdirlər. Mənzil sahəsi tərəfindən verilmiş arayışda cavabdehlərin qeyd olunması onun hüququnu pozduğu üçün, həmin şəxslər qeyd olunan səbəblərə görə mənzildən istifadə hüququndan məhrum edilməlidirlər. Ona xx.xx.2022-ci il tarixli 2 nömrəli forma arayışında göstərilmişdir ki, Cavabdeh1 1984cü ildə anadan olmuş 2005-ci ildə qeydiyyata alınmışdır. Həmçinin həmin arayışda göstərilmişdir ki, Cavabdeh2 1991-ci ildə anadan olmuş və 2011-ci ildə qeydiyyata alınmışdır. Ona verilmiş arayışda göstərilir ki, guya cavabdehlər onun qardaşı uşaqlarıdırlar. Əslində isə Əli əmisi oğlu, Afət isə əmisi qızıdır. Cavabdehlərin atası olan X4 onun əmisidir və 2004-cü ildə vəfat etmişdir. Cavabdehlər təxminən 30 ilə yaxındır ki, onun yaşadığı evdə yaşamırlar. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlarda göstərilir ki, Cavabdeh1 xx.xx.1984-cü ildə anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır. Ona 20 dekabr 2019-cu il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin həmin şöbə tərəfindən verilmiş digər arayışda göstərilir ki, Cavabdeh2 xx.xx.1991-ci ildə anadan olmuş, Quba şəhəri, Fətəlixan küçəsi ev 129-da qeydiyyatdadır. Ona xx.xx.2019-cu il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Cavabdehlərin 2019-cu ildə qeydiyyat vəsiqəsi verilərkən o, onlara yaşayış sahəsi verilmək üçün razılıq ərizəsi verməmişdir. Cavabdehlər təxminən 30-ilə yaxındır ki, onun kirayəçi olduğu mənzildə yaşamadıqları halda onlar həmin mənzildə saxta yolla istifadə hüququna malikdirlər. Cavabdehlər onun ailə üzvü olmadığına və cavabdehlərin onun kirayəçisi olduğu mənzildə yaşayış sahəsinə köçürülməsinə razılıq vermədiyinə görə onlar həmin mənzildə istifadə hüququna malik ola bilməzlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, həmin evdə doğulub böyümüşlər. Onların valideynləri orada yaşamış, anaları o evə gəlin köçmüşdür. İddiaçı mübahisə predmeti olan evə sonradan köçmüşdür. Kompensasiya verilərsə qeydiyyatda çıxmağa razı ola bilərlər. Hazırki, vəziyyətdə iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Maraqlı şəxs 28 iyul 2022-ci il tarixli 56 nömrəli arayışından görünür ki, Cavabdeh1 1984-cü ildə anadan olmuş 2005-ci ildə mübahisəli mənzilə qeydiyyata alınmış, Cavabdeh2 1991-ci ildə anadan olmuş və mübahisəli mənzilə 2011-ci ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Quba rayon MİKT Departamentinin balansında olan evlərin kirayəsi haqda xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Mənzil İstismar Kommunal Təsərrüfatı Departamenti ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nənələrinin istifadəsində olmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisə predmeti olan mənzildə valideynləri ilə birlikdə orada yaşamışlar. İşdəki sübutlarla həmçinin cavabdehlərin iradəsindən asılı olmayaraq həmin evdən istifadə edə bilməmələri, kirayədə yaşamaları sübuta yetirilir. Cavabdeh2 və Cavabdeh1 Quba şəhəri, Fətəlixan küçəsi 129 saylı evin 17 nömrəli mənzildə yerləşən evə istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respulikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X qərarı) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. Avropa İnsan Hüquqları Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X qərarı) və X1rşı iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Məhkəmə qeyd edir ki, ilkin olaraq cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyacı var. Çünki hər iki şəxs kirayədə yaşadıqlarını bildirmişlər. İddiaçı da, qeyd edilən halı inkar etməmişdir. Qüvvədə olan qanunvericilik əmlakdan istifadə hüququnun müdafiəsini təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayani şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yuxarıda istinad olunan qanun normalarına əsasən mübahisəli Quba şəhəri, Fətəlixan küçəsi 129 saylı evin 17 nömrəli mənzildən istifadə hüquqları əldə etmişlər. Ona görə də onların mübahisəli evdə yaşaması üçün qanuni əsaslar vardır. Cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsi üçün də heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi və «Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mulki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilməklə xitam verilməsi təsbit olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən də onlara evdən istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı kompensasiya təklif edilməmiş və ya ödənilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ““istifadə hüququnun itirilməsi” barədə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-178/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-178/2023
18.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver