Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1787/2020 23.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi Cavabdeh nümayəndəsi X10 və üçüncü şəxs “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs “xxxxxxxxxx” ASC-yə qarşı “Cavabdeh qanunsuz hərəkət və hərəkətsizliyi, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tədbiq olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə və üçüncü şəxs “xxxxxxxxxx” ASC-yə qarşı “Cavabdeh qanunsuz hərəkət və hərəkətsizliyi, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tədbiq olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinə dair rəsmi sənəd təqdim etməmişdir. Məhkəmədə iştirak edən iş üzrə Cavabdeh nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, bildirdi ki, işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində İddiaçı əvəzinə onun nümayəndəsi kimi özünü təqdim edən X6 tərəfindən imza edilmişdir. X2 tərəfindən müxtəlif vaxtlarda verilən ərizələrdən, vəsatətlərdən görmək olar, bu hala diqqət yetirməyi məhkəmədn xahiş etdi. Məhkəmədə iştirak edən üçüncü şəxs “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X7 bildirdi ki, işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Məhkəmədə müəyyən edildi ki, iddia ərizəsində İddiaçı əvəzinə onun nümayəndəsi kimi özünü təqdim edən X6 tərəfindən imza edilmişdir. Bundan başqa məhkəmənin hazırlıq iclası zamanı İddiaçı nümayəndəsi kimi özünü təqdim edən X1 Dilarə Şirinbala qızı tərəfindən ona verilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin surətini məhkəməyə təqdim etsə də iddiaçı ilə yaxın qohum olmasına dair sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə xx xxxxxxx 2017-ci il tarixli Qanunla əlavə edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-cı maddəsinə əsasən, X3 İddiaçı nümayəndəsi kimi məhkəmədə işi aparmaq səlahiyyətinə malik olmadığı qənaətinə gələrək, onu İddiaçı nümayəndəsi kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzamadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3 və 259.0.7-ci maddələrinə əsasən hesab edir ki, hazırki 2(027)-1787/2020 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3 və 259.0.7, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə və üçüncü şəxs “xxxxxxxxxx” ASC-yə qarşı “Cavabdeh qanunsuz hərəkət və hərəkətsizliyi, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tədbiq olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1787/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1787/2020
23.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver