Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1835/2020 17.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qəsdən törədilmiş qanunsuz hərəkətləri nəticəsində “X1 26+1” markalı, 9O-JM-211 dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş maddi ziyana görə nəqliyyat vasitəsinin sahibi “xxxxxxxxx" MMC-yə "İddiaçı” ASC-nin ödədiyi 100 (bir yüz) manatı və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “X1 26+1” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobus sahibi “xxxxxxxxxx” MMC tərəfindən AZ/MOT/2600/022 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnamə ilə xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək sığortalanmışdır. Cavabdeh xx.xx.2013-cü il tarixdə saat 13 radələrində yaşadığı Quba rayonu Timiryazev qəsəbəsində yerləşən evdə nahar zamanı spirtkli içik qəbul edərək, qəsəbənin dayanacağına çıxmışdır. Bu zaman Quba şəhərindən Xaçmaz rayon istiqamətinə hərəkətdə olan “xxxxxxxxxx” MMC-yə məxsus olan “X1 26+1” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobus, sürücüsü tərəfindən dayanacaqda olmuş cavabdehin bacısının yükünü qəbul etməkdən imtina etdiyi üçün cavabdeh yerdən daş götürüb avtobusun qabaq alın şüşəsinə atmışdır. Bunun nəticəsində avtobusun alın şüşəsi sınmış və nəqliyyat vasitəsinin sahibinə 600 manat məbləğində ziyan dəymişdir. Faktla bağlı Quba rayonu Polis şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı cavabdeh etdiyi hərəkəti etiraf etmiş, lakin avtobusa vurulmuş maddi ziyan az olduğundan cinayət işinin başlanmasında imtina edilməsi barədə xx xxxxx 2013-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı ASC “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən sığorta məbləğindən 500 manat azaldılma məbləği çıxaraq avtobusun sahibinə 100 (bir yüz) manat məbləğində sığorta ödənişini etmişdir. Cavabdeh qəsdən törədilmiş qanunsuz hərəkətləri nəticəsində “X1 26+1” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş maddi ziyana görə nəqliyyat vasitəsinin sahibi “xxxxxxxxxx” MMC-yə İddiaçı ASC ödədiyi 100 (bir yüz) manatı cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5133 nömrəli, xx.xx.2013-cü il tarixli ekspert rəyinə əsasən, “X1 26+1” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı avtobusa məxsus qabaq görünüş şüşəsinin 2013-cü il mart ayına orta bazar qiyməti 300 (üç yüz) manat, sağ yan şüşəsinin qiyməti isə təxminən 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 2164/CM-0257/2013 saylı sığorta aktından görünür ki, xx.xx.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxxxxxxxxxxx” MMC-yə məxsus “X1 26+1” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 600 manat məbləğində ziyan dəymiş, müəyyən edilmiş zərər məbləğindən 500 manat azadolma çıxılaraq, 100 manat AZ/MOT/2600/022 saylı sığorta şəhadətnaməsinə əsasən İddiaçı ASC tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli, 7035 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən sığorta ödənişi qismində 100 manat pul “xxxxxxxxxxxxx” ASC-nin hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş Quba RPŞ-nin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin əlamətləri olmadığından və onun əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Quba RPŞ-nin xx.xx.2013-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından da göründüyü kimi Cavabdeh qəsdən törədilmiş qanunsuz hərəkətləri nəticəsində “X1 26+1” markalı, 9O-JM-211 dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan vurulması sübuta yetirilmişdir. Beləliklə, Cavabdeh qəsdən törədilmiş qanunsuz hərəkətləri nəticəsində “X1 26+1” markalı, 9O-JM-211 dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş maddi ziyana görə nəqliyyat vasitəsinin sahibi “xxxxxxxxx" MMC-yə "İddiaçı” ASC-nin ödədiyi 100 (bir yüz) manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh qəsdən törədilmiş qanunsuz hərəkətləri nəticəsində “X1 26+1” markalı, 9O-JM- 211 dövlət qeydiyyat nişanlı avtobusa vurulmuş maddi ziyana görə nəqliyyat vasitəsinin sahibi “xxxxxxxxx" MMC-yə "İddiaçı” ASC-nin ödədiyi 100 (bir yüz) manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1835/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1835/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver