Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1907/2022 08.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 ilə paylı mülkiyyətdə olan iddiaçı Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızı üçün müəyyən edilmiş Quba rayonu, Qaraçay kəndində yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 9/32 hissəsinin (0,3295 ha) və 0,10 ha fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin 9/32 hissəsinin (0,028 ha) və İddiaçı2 üçün müəyyən edilmiş Quba rayonu, Qaraçay kəndində yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/32 hissəsinin (0,036 ha) və 0,10 ha fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin 1/32 hissəsinin (0,003 ha) ölçərək naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin, iddiaçılar cavabdeh olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 mülki işə cəlb etmiş və hər iki iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbini bir iddia ərizəsində qeyd etmiş və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda iddia ərizəsilə məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin149-cu maddəsinin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla iddiaçılara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1907/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1907/2022
08.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver