Məhkəmə qərarları › İş №2(027)-191/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-191/2020

31.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-191/2020 31.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs7 və Maraqlı şəxs6 qarşı “torpaq sahəsindən payların naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktı əsasında onlara məxsus 4,15 ha torpaq sahəsinin Dövlət Aktındakı sxem və cizgilər üzrə bərabər şəkildə bölünməklə 0,461 ha hissəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlara Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktına əsasən Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Quba rayonu, Digah kəndi ərazisindən 4,15 ha torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi ümumi mülkiyyət olduğundan və cavabdehlə münasibətləri olmadığından ondan istədiyi kimi sahiblik və istifadə edə bilmir. Həmçinin torpaq sahəsinə dair tək başına sərəncam vermək hüququ yoxdur. Qeyd olunalara əsasən ümumi paylı mülkiyyət hüququ əsasında onlara verilmiş 4,15 ha torpaq sahəsindən ona düşən payın – 0,461 ha torpaq sahəsinin naturada bölünərək ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktnın surətindən görünür ki, Cavabdeh, Aydəmirova (Şirinova) Nəsibə Əlfəddin qızı, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs7 və Maraqlı şəxs6 Quba rayon AİKnın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktı tərtib edilərək 4,15 ha torpaq sahəsi verilmişdir. İş materiallarıda olan Quba rayon Məhkəməsinin 2-163/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı və Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktına əsasən Cavabdeh və 9 nəfər ailə üzvü ilə birlikdə verilmiş 4,15 ha torpaq sahəsi və 0,08 ha həyətyanı torpaq sahəsinin 4/9 hissəsi 3 uşağı ilə birlikdə İddiaçı və 5/9 hissəsi isə 4 uşağı ilə birlikdə Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. İş materiallarında olan “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh X1 ilə nikahları xx.xx.1998-ci il tarixdə ləğv edilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/271 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktına əsasən Quba rayonu, Digah kəndində yerləşən 4,15 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/9 hissədə (0,461 ha ölçüdə) naturada ayrılan hissəsi 0, 461 ha olmaqla xəritə 1-də göstərilən forma və cədvəl 1-də qeyd olunan ölçülər daxilində mümkündür. İş üzrə təyin edilmiş Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/1316 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xxxxxxxx” MMC-nin 01/271 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin naturada bölünməsinin mümkün olduğu və iddiaçının payının 1/9 hissədə (0,461 ha ölçüdə) naturada ayrılan hissəsi 0,461 ha olmaqla mütəxəssis rəyinə əlavə edilmiş xəritə 1-də göstərilən forma və mütəxəssis rəyinə əlavə edilmiş cədvəl 1-də qeyd olunan ölçülər daxilində mümkün olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən Cavabdeh, Aydəmirova (Şirinova) Nəsibə Əlfəddin qızı, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs7 və Maraqlı şəxs6 Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktı tərtib edilərək 4,15 ha torpaq sahəsi verilmişdir. İddiaçı Quba rayonu, Digah kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətdə olan 4,15 ha torpaq sahəsinə payının müəyyən edilərək naturada ayrılmasını xahiş etmişdir. 01/271 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və 10/1316 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktına əsasən Quba rayonu, Digah kəndində yerləşən 4,15 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/9 hissədə (0,461 ha ölçüdə) naturada ayrılan hissəsi 0, 461 ha olmaqla naturada bölgüsü mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlarn arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş mütəxəssis rəyi və ekspert rəyindən müəyyən olunur ki, Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktına əsasən İddiaçı Quba rayonu, Digah kəndində yerləşən 4,15 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/9 hissədə (0,461 ha ölçüdə) naturada ayrılan hissəsi 0, 461 ha olmaqla payı müyyən edilməli və torpaq sahəsinin bölünməsi “xxxxxxxx” MMC-nin 01/271 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sexm əsasında naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN:0023, KOD 30307038 nömrəli Dövlət Aktına əsasən İddiaçı Quba rayonu, Digah kəndində yerləşən 4,15 ha torpaq sahəsi üzərində iddiaçının payının 1/9 hissədə (0,461 ha ölçüdə) naturada ayrılan hissəsi 0,461 ha olmaqla payı müyyən edilsin və torpaq sahəsinin bölünməsi “xxxxxxxx” MMC-nin 01/271 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sexm əsasında naturada ayrılsın. Qətnamədən bir ay müddətində Yasamal rayon Məhkəməsi vasitəsi Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar