Məhkəmə qərarları › İş №2(027)-1938/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1938/2025

11.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1938/2025 11.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı1 (həmçinin digər İddiaçı2 nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün müddətin uzadılması» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1999-cu il tarixdə atası İddiaçı1 və xx.xx.2022-ci il tarixdə anası X3 ölümündən sonra, Quba şəhəri, Səbətlər kəndində yerləşən daşınmaz əmlak və torpaq sahəsi, həmçinin Quba rayonu, Səbətlər kəndində olan ünvanda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mirası qəbul etmək üçün müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayonu, Səbətlər kəndində qardaşı oğlu X6 adına xx.xx.2024-cü il tarixdə valideynlərindən miras qalalmış həm ev, həm də torpaq sahəsi, Quba rayonu, Səbətlər kəndində pay torpaqları ilə bağlı qardaşı oğlu Oktay İlyasovun adına xx.xx.2025-ci il tarixdə çıxarış verilmiş, lakin validenlərinin payları açıq qalmışdır. Mərhum valideynləri atası İddiaçı1 oğlu və anası X9 tərəfindən vaxtı ilə ailələri ilə birlikdə yaşadığı Quba rayonu, Səbətlər kəndində yerləşən daşınmaz ev və torpaq sahəsi, həmçinin vaxtı ilə dövlət tərəfindən Quba rayonu, Səbətlər kəndində pay torpaqları miras qalmışdır. Bu barədə onlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X27 Xidmət Mərkəzində Notariat ofisinə valideynlərindən miras qalmış həm ev, həm də, torpaq sahəsi ilə bağlı rəsmi olaraq müraciət etmişlər. 19 mart 2025-ci il tarixli, № 1193 nömrəli və 19 mart 2025-ci il tarixli, № 1194 nömrəli miras qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən X27 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən imtina edilmişdir. Mərhum valideynləri atası İddiaçı1 və anası X9 tərəfindən vəsiyyətnamə qoyulmamışdır. Əvvəl Quba rayonu, Səbətlər kəndində daşınmaz əmlak torpaqla, eyni zamanda vaxtı ilə dövlət tərəfindən paylanmış pay torpaqlarının sənədləşdirməsi ilə güclü problemlər var idi. O vaxtdan problemlər var idi. Nəhayət qardaşı oğlu X2 rayonu, Səbətlər kəndində daşınmaz əmlak torpaqla, eyni zamanda vaxtı ilə dövlət tərəfindən paylanmış pay torpaqlarının sənənləşdirməsini öz payına olan hissəni rəsmiləşdirərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarışlar almışdır. Məhz vaxtı ilə sənədlər qaydasında olmadığına görə 6 ay olan müddəti ötürmüşdür. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: A3 ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Onun atası – X12, anası – X4r. A3 ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı1 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Onun atası – X12, anası – X4r. Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən X12 ilə X13 arasında xx.xx.1974-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada “İlyasova” soyadı verilmişdir. AZ-İİ 352035 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.1999-cu ildə vəfat etmişdir. AZ-İİ 259380 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2022-ci ildə vəfat etmişdir. Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, **********93 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Səbətlər kəndində yerləşən 1.23 ha torpaq sahəsi X14, X9 və X5 birgə mülkiyyətindədir. Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, **********51 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Səbətlər kəndində yerləşən 179.3 kv.m-dən ibarət fərdi yaşayış evi X14, X9, İddiaçı1 oğlu, X15, X16, X17 və X1 birgə mülkiyyətindədir. Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, AR Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürdüyündən, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıların atası X12 xx.xx.1999cu il tarixdə, anası X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər.Quba rayonu, Səbətlər kəndində sözügedən şəxslərin ümumi birgə mülkiyyətində 1.23 ha torpaq sahəsi, eyni zamanda ümumi sahəsi 179.3 kv.m təşkil edən fərdi yaşayış evi mövcuddur. Hazırda hər iki iddiaçı valideynlərindən qalan miras əmlakdan onlara məxsus olan payın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları) Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının hazırki işə şamil olunmadığı barədə hüquqi mövqeyi əsas götürüb, qeyd edir ki, iddiaçılar vaxtında miras əmlakın qəbulu üçün müraciət etməmələrinin səbəblərini məhz daşınmaz əmlaklarla bağlı sənədləşmə işlərinin aparılması ilə əlaqələndirmişlər. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına dair sənədlərin tarixinə nəzər yetirildikdə həqiqətən də sənədləşmənin yaxın tarixdə aparıldığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 göstərdiyi hallar, yəni Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2 ha torpaq sahəsində yerləşən 179.3 kv.m-dən ibarət fərdi yaşayış evinə və X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, **********93 reyestr nömrəli Çıxarışa əsasən 1.23 ha torpaq sahəsinin miras qoyan anası X9 və atası X7 düşən hissəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzrlü sayılaraq uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2 ha torpaq sahəsində yerləşən 179.3 kv.m-dən ibarət fərdi yaşayış evi və X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, **********93 reyestr nömrəli Çıxarışa əsasən 1.23 ha torpaq sahəsinin miras qoyan anası X9 və atası X7 düşən hissəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzrlü sayılaraq uzadılsın. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar