Məhkəmə qərarları › İş №2(027)-195/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-195/2023

25.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-195/2023 25.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızının iştirakı ilə, İddiaçı Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı“ paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə mülkiyyətdə olan payın müəyyən edilməsi və payın naturada ayrılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə ümumi birgə mülkiyyətdə olan Quba rayonu Birinci Nügədi kəndi ərazisində yerləşən 1,5599 ha ərazisi olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə iddiaçı Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızının payının müəyyən edilməsinə və Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızına ayrılmış payın ölçülərək naturada verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu Birinci Nügədi kəndində yerləşən 1,5599 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2022 nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh1, X5, Cavabdeh2 və X2 birgə mülkiyyətindədir. Torpaq sahəsi naturada bölünmədiyi üçün ondan istifadə edə bilmir, mülkiyyət hüquqları pozulur, ona görə də torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququ üzrə paylı mülkiyyət müəyyən edilməli və ayrılmış pay naturada bölünməlidir. Məhkəmə iclasında iddiaçı Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN:0025 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh1, X4, Cavabdeh2 və Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızına Quba rayonu İ Nügədi kəndi ərazisində 1.56 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********29 reyestr nömrəli Çıxarışdan görünür ki, Quba rayonu İ Nügədi kəndi ərazisində 1.56 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X4, Cavabdeh2 və Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızına məxsusdur. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3954 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, JN:0025 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarına və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 1.56 ha torpaq sahəsindən İddiaçı payının naturada və ümumi birgə mülkiyyət hüququndakı paya uyğun bölgüsü “Torpaqların elektron kadastrı uçotu informasiya sistemində” 1.39 ha ölçüdə öz əksini tapdığından və azalma ərazisi olacağı halda mümkündür. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, JN:0025 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********29 reyestr nömrəli Çıxarış əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh1, X4, Cavabdeh2 və Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızına Quba rayonu İ Nügədi kəndi ərazisində 1.56 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3954 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən JN:0025 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarına və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 1.56 ha torpaq sahəsindən İddiaçı payının naturada və ümumi birgə mülkiyyət hüququndakı paya uyğun bölgüsü “Torpaqların elektron kadastrı uçotu informasiya sistemində” 1.39 ha ölçüdə öz əksini tapdığından və azalma ərazisi olacağı halda mümkündür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1.56 ha torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan iddia təmin edilməli və iddiaçı Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızının Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1.56 ha torpaq sahəsində payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1- və 220.2-ci maddələrinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər və paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Məhkəmə qeyd edilən normaların tələbini rəhbər tutaraq hesab edir ki, JN:0025 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən 1.56 ha torpaq sahəsindən Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızının payına düşən 0.39 ha hissə naturada ayrılmalıdır. Bundan başqa 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN:0025 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən 1.56 ha torpaq sahəsindən Qasımova (Əsədullayeva) Zeynəb Qaflan qızının payına düşən 0.39 ha hissəsi naturada ayrılsın. Ekspertiza xərci olan 50 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X3 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar