Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1955/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş maddi zərərin əvəzi olaraq 10000 manat miqdarında və mənəvi zərərin əvəzi olaraq 150000 manat miqadrında pulun ona ödənilməsi barədə, 30 manat dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, ona və oğlu Tosoyev Eminə qarşı qəsdi-qərəzlik edərək, Cavabdeh1 atası X4 onu əllil və şikəst qoyaraq, maddi və mənəvi ziyan vurduğuna görə Quba Rayon Məhkəməsinin 1(027)- 28/2019-cu il tarixli hökmü, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-164/2019-cu il tarixli Qərarı, Ali Məhkəmənin 1(102)-793/2020-ci il tarixli Qətnaməsini icra etmədiklərinə görə, Cavabdeh1, və dostu Cavabdeh2 ilə birlikdə, ona və oğlu Tosoyev Eminə qarşı qəsdi qərəzlik edərək, şər böhtan ataraq 147.2 və 148 ci madəsi ilə məhkəməyə vermişdir. Özlərinin etdiyi hərəkətlərini, onun üstünə ataraq onu məsuliyyətə cəlb etdirirdilər. 20.11.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və dostu Cavabdeh2 Quba Rayon Məhkəməsinə AR CM 147.2 və 148-ci maddələrilə, xüsusi itiham qaydasında məhkəməyə şikayət verərək ona cinayət məsüliyyətinə cəlb edilməsi barədə höküm çıxarılmasını xahiş etmişlər. Şikayəti onunla əsaslandırırlar ki, güya ki, o, Cavabdeh1 və Cavabdeh2 şərəf və laqiyyətini alçaltmışdır. O, Cavabdeh1 və Cavabdeh2 şərəf və laqiyətini necə alçalda bilər ki, o, 1 ci qrup əlildir. Cavabdeh1 və Cavabdeh2 Quba Rayon Məhkəməsinə AR CM 147.2 və 148-ci maddələrilə xüsusi itiham qaydasında məhkəməyə şikayət verərək ona qarşı cinayət məsüliyyətinə cəlb edilməsi barədə höküm çıxarılmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsi Cavabdeh1 və Cavabdeh2 xüsusi itiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin qəbul edilməsindən imtina olunması barədə 20.11.2020-ci №li (027) -128/2020 ci il tarixli Qərarı var. Cavabdehlərin hərəkətləri nəticəsində o, arzu olunmaz vəziyyətə düşmüşdür. Özü əsəb və stresdən əziyyət çəkərək əsəb xəstəliyi tutmuş, o, hal-hazırda hemodializ xəstəsidir. Cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Cavabdehlərin bu səbəblərinə görə çəkdiyi mənəvi iztirablar nəticəsində əsəb xəstəliyinə tutulmuş və hemodializ xəstəsidir, həfdədə 3 dəfə 3 saat hemodializ alır, müddətsiz xəstəlik olmadığından əmək qabilyətini itirmişdir. Həmçinin cavabdehlərin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da, mənəvi zərər dəymişdir. Cavabdehlər Cavabdeh1, və Cavabdeh2 tərəfindən ona dəymiş mənəvi zərəri 150000 manat dəyərində qiymətləndirir, çünki o, əlil dializ xəstəsidir. Hər həftənin üç günü dializə gedir, sağ tərəfdə sinəsinin üstündə katater olduğundan dializlə yaşayır, səbəbkarlarıda, Cavabdeh1, Cavabdeh2dur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, o, iddiaçının oğlu X7 eyni iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən iddiası rədd olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Quba rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddianı əssasız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, o, İddiaçı şər və böhtan atmamış, onun xəbər olmadan video çəklib ki, güya o, iddiaçı və ailəsini Azərbaycandan qovmaq istəmişdir. İddianı əssasız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 1(027)-28/2019 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, iş üzrə mülki iddia qismən təmin edilmiş, X1 vurduğu maddi ziyana görə 17.500 manat və mənəvi ziyana görə 1.000 manat məbləğində pul alınaraq, İddiaçı Adil oğluna verilməlidir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2019-cu il tarixli, qərarından görünür ki, Quba rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilmiş, mənəvi ziyana görə Əzizov Rəcəb Allahqulu oğlundan alınaraq İddiaçı Adil oğluna verilməli olan pulun məbləği 1000 manatdan 4000 manata qədər artırılmışdır. -Quba Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli 1(027)-128/2020 saylı qərarından görünür ki, X7, İddiaçı Adil oğlu və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Cavabdeh1 və Cavabdeh2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir; -Sumqayıt Apellyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli, 1(105)-207/2021 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Quba rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, qərarı dəyişdirilmədən saxlanmışdır. -Quba rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(027)-462/2021 saylı qətnaməsindən görünür ki, X5 Cavabdeh1 və Ağayev Asəf Məmməd oğluna qarşı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1492/2021 saylı qətnaməsindən görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-462/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi “X6 Mərkəzi” publik hüquqi şəxsin 30.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 15.01.2021-ci il tarixdən həftədə 3 gün olmaqla Tibbi Ərazi Bölmələrinin İdarərtmə Birliyi “X6 Mərkəzi” publik hüquqi şəxsin Hemodializ şöbəsində proqramlı hemodializ müalicə alır. -30.08.2021-ci il tarixli 18352 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə ilk olaraq izah edir ki, şərəf və ləyaqət oxşar anlayışlar olsalar da, birbirindən ayrılmalıdır. Şərəf – şəxsə kənardan verilən qiymət olduğu halda, ləyaqət onun özünün özünə verdiyi qiymətdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələnməsini qeyd etsə də, sonuncunun bunu hansı üsullarla etməsi və nədə ifadə olunmasını əsaslandırmamışdır. Belə ki, məhkəmə hesab edir ki, şəfər – şəxsə kənardan verilən qiymət, ləyaqət isə özünün ona verildiyi qiymət olduğu üçün iddiaçı tərəfindən məhz ona verilən qiymətin ləkələnməsi əsaslandırılmalı və sübut edilməlidir. Hazırki iş üzrə iddiaçı iddia tələbində şərəf və ləyaqətinin ləkələnməsini bildirsə də, yalnız cavabdehlərin onun barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət etmələrini, bununla da ona mənfi təsir etmələrini göstərmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, cavabdehlər öz pozulmuş hüquqlarnın bərpası məqsədilə qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmişlər, bununla belə həmin şikayətə mahiyyəti üzrə baxılmamış və məhkəmənin müvafiq əsaslandırıcı qərarı ilə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. İddiaçı bu halı onun şərəf və ləyaqətini alçaldan hal kimi qiymətləndirmiş, lakin cavabdehlərin konkret olaraq ona necə ziyan yetirdiyini nə iddia ərizəsində, nə də ki, məhkəmə iclasında verilən izahatda konkretləşdirilməmiş və açıqlanmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının müalicə alması, sonuncuya cavabdehlərin hərəkətləri nəticəsində zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçının mənəvi ziyana görə pul tələbini də əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında izah olunmuşdur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 manat maddi və 150000 manat miqdarında mənəvi zərərin tutulmasına dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1955/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1955/2021
01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver