Məhkəmə qərarları › İş №2(027)-1984/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1984/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1984/2022 18.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı idda ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1700 (min yeddi yüz) manat pulun və ödənilmiş 37 (otuz yeddi) manat 40 qəpik dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin subroqasiya şöbəsinin aparıcı hüquşünası Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, mülkü iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixində “Mercedes Benz 220” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh idarə etdiyi avtomobil “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı dəymiş ziyanı aradan qaldıraraq, “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1700 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixdə yolnəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, 1700 manat pul Cavabdeh İddiaçı-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1700 manat pulun və ödənilmiş 37.40 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş sənədlərində olan icbari sığorta şəhadətnaməsinə əsasən cavabdeh X3 məxsus “Mercedes Benz 220” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2016cı il tarixdən xx.xx.2017-ci il tarixinədək bir il müddətə İddiaçı tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş sənədlərində olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, xx.xx.2016-cı il tarixli “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin məbləği 1700 (min yeddi yüz) manat məbləğində müəyyən edilmişdir. İş sənədlərində olan İddiaçı-nin xx.xx.2016-cı il tarixli 032740 saylı sığorta aktına əsasən “Mercedes Benz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın məbləği 1700 ( min yeddi yüz) manat təşkil edir. İş sənədlərində olan 16 noyabr 2016-cı il tarixli 6087 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli 032740 saylı sığorta aktına əsasən Bank of Baku ASC vasitəsilə X1 "xxxx" QSC Xaçmaz filialındakı hesabına 1700 (min yeddi yüz) manat məbləğdə sığorta ödənilmişdir. İş sənədlərində olan 30 sentyabr 2016-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh və X2 barəsində cinayət işinin başlanılması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1-ci və X2 barəsində 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan, toplanmış material aidiyyatı üzrə Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. 03 iyun 2022-ci il tarixli, O-AP-2022-2049 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 10 (on) iş günü müddətində 1700 (min yeddi yüz) manat məbləğində sığorta ödənişinin şirkətin hesabına ödənilməsini tələb etmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlığ etmişdir. Məktub və bağlamanın daşınması xidməti üzrə Azəri Expressin bildirişin göndərilməsi barədə qəbzindən görünür ki, İddiaçı tərəfindən 03 iyun 2022-ci il tarixdə məktub göndərilmiş, həmin məktub Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Məktubun qəbul edilməsi imza ilə təsdiq edilmişdir. İş materiallarında olan MAPS arayışının surətindən görünür ki, Cavabdeh Quba rayonu, Bərqov kəndində qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 37 (otuz yeddi) manat 40 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 37 (otuz yeddi) manat 40 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar