Məhkəmə qərarları › İş №2(027)-2053/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2053/2022

10.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2053/2022 10.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X14 oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Məmmədyarova (Almasova) Sahilə Əmrah qızının cavabdeh Məcidli X18 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Məmmədyarova (Almasova) Sahilə Əmrah qızı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-011A JN-011A KOD 30317038 saylı Şəhadətnaməyə əsasən mülkiyyətlərində olan Quba rayonu, Küsnətqazma kəndi ərazisində yerləşən 0,46 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, torpağın Mülkiyyətə Verilməsinə Dair JN-011A KOD 30317038 saylı Şəhadətnaməyə əsasən onların mülkiyyətlərində Quba rayonunun Küsnətqazma kəndində 0,46 hektar torpaq sahəsi vardır. Hazırda həmin torpaq sahəsində cavabdeh tərəfindən onların etirazlarına baxmayaraq qanunsuz olaraq qeyriyaşayış obyekti tikilmişdir. Yəni faktiki olaraq torpaq sahələri cavabdehin qeyri-qanuni sahibliyindədir. Cavabdehin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən cavabdeh Məcidli X18 məhkəməyə teleqram göndərərək, həmin teleqramda yolun uzaqlığını və səhhətində olan problemləri nəzərə alaraq təyin olunmuş mıhkmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə xitam verilməsini xahiş etmişdir. İş üzrə digər iddiaçı Məmmədyarova (Almasova) Sahilə Əmrah qızı və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə həmin iddiaçının və maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İş üzrə cavabdeh Məcidli X18 iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, o, iddianı qəbul etmir, iddia tələbləri əsassız və qanunsuzdur, iddiaçılar məqsədi ona hədə-qorxu gəlmək, heç bir əsas olmadan ondan şantaj yolu ilə pul tələb etməkdir. Ona görə ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. O öz torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi, **********36-10301 reyestr nömrəli çıxarışa əsasən sahiblik edir. Bundan əlavə onu da qeyd etmək istəyir ki, iddiaçılar hələ 2014-cü ildə eyni tələblə cavabdeh X3 və X4 qarşı JN-011A KOD 30317038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə özlərinə məxsus olan 0,25 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq, onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, Quba Rayon Məhkəməsinin 15 may 2014-cü il tarixli 2(027)-253/2014 saylı Qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra o, həmin iddia ərizəsində göstərilən mülkiyyətçi X2 Bakı şəhəri 1 saylı Notariat Ofisində bağlanmış 24 sentyabr 2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almış və həmin torpaq sahəsi və tikiliyə yuxarıda qeyd etdiyi qaydada dövlət reyestrindən çıxarış almışdır. Göründüyü kimi iddiaçıların hazırkı tələbi 2014-cü ildə məhkəməyə müraciət etdiyi tələbə eynidir və mübahisə iddiada göstərilən torpaq sahəsi ilə bağlıdır. Həmin iddia tələbi ilə bağlı iddiaları rədd edilmişdir. Yenidən eyni tələblə məhkəməyə müraciət etməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etməmişdir. İddiaçılar İddiaçı1 İddiaçı2, İddiaçı3, İddiaçı4, X5 və Məmmədyarova (Almasova) Sahilə Əmrah qızı ona qarşı “torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddialarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə Dair xx.xx.2004-cü il tarixli, JN-011A Kod 30317038 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X10, İddiaçı5, İddiaçı4 və İddiaçı3 mülkiyyətinə 0,46 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-253/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı5 X7, X8 və X4 qarşı torpağın özgə sahiblikdən geri alınması tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 Quba rayonu, Küsnət-Qazma kəndində yerləşən 140,8 kv/m olan fərdi yaşayış evini Cavabdeh satmışdır. İş materiallarına əlavə olunmuş olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********36-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışdan görünür ki, Quba rayonu Küsnət-Qazma kəndində olan 1,41 ha torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət reyestri xidmətində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fizki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normanın tətbiqi üçün üç dispozitiv şərtin mövcudluğu zəruridir:1) əmlak şəxsin mülkiyyətində olmalı; 2) həmin əmlak başqasının sahibliyində olmalı və 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İddiaçılar mübahisəli 0,46 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən geri alınması barədə iddia tələbinin əsası kimi mülkiyyətlərində olan torpağın cavabdeh tərəfindən iradələrinə zidd istifadə etməsini və cavabdehin qanunsuz sahibliyində olmasını göstərsələr də, həmin torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahiblyində olmasını təsdiq edən heç bir sübutu məhkəmə təqdim edə bilməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respubllikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Əksinə, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinə cavabdehin heç bir aidiyyətinin olmaması, həmin torpağın alqı-satqı qaydasında Məcidli X11 mülkiyyətində olması müəyyən edilmişdir. İddiaçılar isə mübahisəli torpaqla bağlı Məcidli X11 adına olan mülkiyyət sənədini- Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi **********36-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışı mübahisələndirməmişlər. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarar. Qanunvericiliyin tələbinə əsasən iddiaçılar tərəfindən mübahisəli ərazi ilə bağlı Cavabdeh adına olan mülkiyyət hüququna dair sənədlər və digər yuxarıda göstərilən sənədlər mübahisələndirilmədiyindən, həmin sənədlərin qanunmüvafiq tərtib edilib-edilməməsinə məhkəmə qiymət verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Beləliklə, məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar