Məhkəmə qərarları › İş №2(027)-2073/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2073/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2073/2022 04.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MH 0024961, **********17- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında o, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və onun azyaşlı övladı X6, Cavabdeh7 ilə yanaşı övladları X9 və X13, Cavabdeh8 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH 0024961, **********17- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona- İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və onun azyaşlı övladı X6, Cavabdeh7 ilə yanaşı övladları X9 və X13, Cavabdeh8 yaxın qohumları olmaqla ona məxsus yaşayış evimdə pasport qeydiyyatındadırlar. Cavabdehlər ona məxsus yaşayış evində qeydiyyatda olsalar da, yaşayış evi ilə heç bir əlaqələri yoxdur və olmamışdır. Belə ki, Cavabdeh1, Cavabdeh9, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və onun azyaşlı övladı X6, Cavabdeh7 ilə yanaşı övladları X9 və X13, Cavabdeh8 daimi başqa yaşayış yerləri vardır. Bu səbəbdən də, cavabdehlər bir gündə olsa ona məxsus yaşayış evində yaşamamışlar. Onlar formal olaraq ona məxsus evdə pasport qeydiyyatındadırlar. İş üzrə cavabdehlərin yaşayış evindən qeydiyyatdan çıxmaları və istifadə hüquqlarına xitam verilməsi üçün Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi məsələsinin məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğu izah olunaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyim bildirilmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və onun azyaşlı övladı X6, Cavabdeh7 ilə yanaşı övladları X9 və X13, Cavabdeh8 pasport qeydiyyatında olduqları və onların yaşayış evimdən istifadə hüquqlarına xitam verilmədiyindən o, öz mülkiyyət hüquqlarımı həyata keçirə bilmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişlər ki, onlar başqa evdə yaşayır, lakin buna baxmayaraq, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən evdən qeydiyyatdan çıxmamışlar. Onların həmin evdə qeydiyyatı formal xarakter daşıyır. Onların, başqa yaşayış evi vardır. İddianın təmin olunmasına etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən cavadehlər Cavabdeh9, Cavabdeh2 Nəcəfail qızı, Cavabdeh6 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiklərini, səhhətləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, hazırki işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Quba şəhəri, Ağamalıoğlu kçüəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83,0 kv.m yaşayış, 32,20 kv.m köməkçi sahədən ibarət 66 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabınn 108 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X10, X8, X13, Cavabdeh1, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh4, X3, X7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X1 şəhəri, Ağamalıoğlu küçəsi ev 66 saylı ünvanda qeydiyyatdadır. Beləliklə, faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qeyd olunan evdə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq başqa ünvanda yaşayırlar. Cavabdehlərin hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri 2001-ci il tarixədək yarandığından, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə istifadə hüququ altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Quba şəhəri, Ağamalıoğlu kçüəsi ev 66 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan, həmin evdə faktiki yaşamayan cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə işin mübahisəsiz qəbul edilmiş hallarından biri cavabdehlərin iddiaçıya məxsus mənzilə 2000-ci ildən əvvəl həmin yaşayış evində yaşamağa başlaması faktıdır. Həmçinin, işin hallarından göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ümumiyyətlə mübahisə predmeti olan yaşayış evində yaşamamış, başqa mənzildə yaşamaqla mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İddiaçı məxsus ünvan 3 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. “İnsan hüququnın və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MH 0024961, **********17- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh2 Nəcəfali qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və onun azyaşlı övladı X6, Cavabdeh7 ilə yanaşı övladları X9 və X13, Cavabdeh8 istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar