Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2095/2023 29.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçılar İddiaçı1 Şıxseyid oğlu, İddiaçı2 Şıxseyid oğlu, İddiaçı3 Şıxseyid oğlu, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı5 Şıxseyid oğlunun cavabdehlər Cavabdeh1 və X3, üçüncü şəxslər Quba rayon Küpçal Bələdiyyəsinə, DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayonu Notariat Kontoruna qarşı “torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçılar İddiaçı1 Şıxseyid oğlu, İddiaçı2 Şıxseyid oğlu, İddiaçı3 Şıxseyid oğlu, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı5 Şıxseyid oğlunun cavabdehlər Cavabdeh1 və X3, üçüncü şəxslər Quba rayon Küpçal Bələdiyyəsinə, DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayonu Notariat Kontoruna qarşı “torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İİddiaçılar İddiaçı1 Şıxseyid oğlu, İddiaçı2 Şıxseyid oğlu, İddiaçı3 Şıxseyid oğlu, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı5 Şıxseyid oğlunun cavabdehlər Cavabdeh1 və X1 iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin, iddiaçılar cavabdeh olaraq Cavabdeh1 və X2 mülki işə cəlb etmiş və iddiaçılar bir-biri ilə əlaqədar olmayan tələblərini bir iddia ərizəsində qeyd etmiş və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin149-cu maddəsinin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla iddiaçılara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı1 Şıxseyid oğlu, İddiaçı2 Şıxseyid oğlu, İddiaçı3 Şıxseyid oğlu, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı5 Şıxseyid oğlunun cavabdehlər Cavabdeh1 və X3, üçüncü şəxslər Quba rayon Küpçal Bələdiyyəsinə, DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayonu Notariat Kontoruna qarşı “torpağa mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2095/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2095/2023
29.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver