Məhkəmə qərarları › İş №2(027)-2152/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2152/2021

27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2152/2021 27.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən 3143 (üç min yüz qırx üç) manat məbləğində əmlakına dəyən zərərin, 1500 (bir min beş yüz) manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 4643 (dörd min altı yüz qırx üç) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəməyə teleqramma ilə müraciət edərək, iddia ərizəsini müdafiə etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman iddiaçının nümayəndəsi Asif Ağakərimov iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, ”Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün, yəni etibarnamə üzrə səlahiyyətləri X1 verib. Etibarnamə üzrə nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyətlər verilən şəxs Elçin Şeydayev onun oğludur. 18.06.2021-ci il tarixdə saat təxminən 12:15 radələrində etibarnamə ilə idarə etdiyi mercedes markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri Vaqif küçəsi ilə üzü Asan Xidmət istiqamətində hərəkət edərkən ona məxsus avtomobilin arxasınca eyni istiqamətə hərəkət edən yol vərəqəsi ilə idarə etdiyi Cavabdeh2-yə məxsus Hyundai avtobus **-TA-*** nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 düzgün ara məsafəsi saxlamayaraq **-TU-*** dövlət nömrə nişanlı avtomobilin arxa tərəfi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin sxemi və fotoşəkilləti çəkilmişdir. Həmin baş vermiş hadisə ilə əlaqədar olaraq DİN-nin Təbliğat üzrə inspektor polis kapitanı X5 tərəfindən İnzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmişdir. Cavabdeh1 HYUNDAİ COUNTY AVTOBUS markalı **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Buna görə də onun barəsində 18.06.2021-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP4437026 saylı qərar qəbul edilmişdir. Cavabdeh1 təqsiri ucbatından yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə ona məxsus avtomaşına ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh2-yə məxsus avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibatı qaydada tədbir görülməsi üçün qərar qəbul olunmuşdur. Baş vermiş hadisə nəticəsində ona məxsus olan "Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) aktı tərtib edilmiş və həmin akta əsasən ona məxsus Mercedes Benz C 180 minik markalı avtomaşına dəymiş maddi ziyan 3143 (üç min yüz qırx üç) manat təşkil edib. Ona məxsus avtomobilinə dəymiş zərərlə əlaqədar olaraq, o şifahi surətdə həm şirkətə, həm də Cavabdeh1 müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət edib. Cavabdeh2-yə məxsus olan HYUNDAİ COUNTY AVTOBUS markalı **-TA-*** qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh1 təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına 3143 (üç min yüz qırx üç) manat ziyan dəymişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının törədilməsində təqsirli olan şəxslər qanunvericiliyi nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdehlər tərəfindən ona ödəməli olduğu ziyanın əsassız və qanunsuz olaraq ödəməməsi nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Hesab edir ki, cavabdehlər tərəfindən ona 1500 (bir min beş yüz) manat məbləğində mənəvi ziyan vurulmuşdur. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən 3143 (üç min yüz qırx üç) manat məbləğində əmlakına dəyən zərərin, 1500 (bir min beş yüz) manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 4643 (dörd min altı yüz qırx üç) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 bildirdi ki, o, iddia tələbini qəbul etmir və bu barədə etiraz ərizəsini məhkəməyə təqdim edərək, ərizədə göstərmişdi ki, 05.06.2021-ci il tarixdə Cavabdeh2-də sürücü olaraq işə qəbul olub və hadisə baş verən tarixədək heç bir xəta törətmədən işləyib. 18.06.2021-ci il tarixdə saat 12 radələrində Quba şəhəri, Vaqif küçəsi ilə X8 Xidmət mərkəzi istiqamətində hərəkətdə olarkən, araməsafəni düzgün təyin etmədiyi üçün, eləcə də, qarşıda hərəkətdə olan İddiaçı məxsus Mersedes benz C180 markalı avtomobil həmin zaman əyləcdən istifadə etdiyindən idarə etdiyi avtobus ilə toqquşmuşdur. Hadisə zamanı avtobusda sərnişin olmamış, eləcə də, Mersedes benz C180 markalı avtomobildə olan şəxslər xəsarət almamış, yalnız avtomobil arxa tərəfdən əzilmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair protokol tərtib olunmuş, araməsafə qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə olunmağı barədə həmin protokol əsasında qərar qəbul edilmişdir. Hadisə yerinə sığorta şirkətindan nümayəndə gələrək avtomobilə baxış keçirmişdir. Hadisə zamanı onun idarə etdiyi avtobusu da özü təmir etdirib. Təxminən 10-15 gündən sonra sığorta şirkətindən məlumat veriblər ki, zərərdəymiş avtomobilin sığorta təminatını etməyin mümkün olmamasını və səbəb olaraq idarə etdiyi avtobusun nömrə nişanının əslində başqa avtobusa məxsus olmasını bildiriblər. Qeyd edib ki, onun hadisə zamanı idarə etdiyi avtobusun dövlət nömrə nişanı **-TA-*** olmuşdur. Onun bundan sığorta şirkətindən ona məlumat veriləndən sonra xəbəri olmuşdur. Ona işə başlayarkən Cavabdeh2-dən yol vərəqəsi verilmiş, avtomobilin texniki pasportu verilməmişdir. O, avtobusu yol vərəqəsi əsasında idarə edib. Onun heç bir təqsiri yoxdur, bunun məsuliyyəti Cavabdeh2 -nin üzərinə düşür. Q. Hacıyev iddia tələbinin ona aid hissədə rədd edilməsinin məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə bir daha məhkəmədə iştirak edən zaman iddiaçının nümayəndəsinin verdiyi izahatlarına nəzər salıb və Cavabdeh1 dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN- VN 562961 seriya və nömrəli etibarnamədən görünür ki, İddiaçı ona məxsus olan "Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında səlahiyyətləri X1 verib. İş materiallarında olan AD N 561789 seriya və nömrəli X2 Şəhadətnaməsinin surətindən məlum olur ki, "Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. İş materiallarında olan AB N 432872 seriya və nömrəli X2 Şəhadətnaməsinin surətindən məlum olur ki, HYUNDAİ COUNTY AVTOBUS markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2-dir. İş materiallarında olan 13.07.2021-ci il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) aktından məlum olur ki, “Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair” SMETA (haqqı hesab) aktı tərtib edilmiş və həmin akta əsasən İddiaçı ona məxsus Mercedes Benz C 180 minik markalı avtomaşına dəymiş maddi ziyan 3143 (üç min yüz qırx üç) manat təşkil edir. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, yol vərəqəsi ilə idarə etdiyi Cavabdeh2-yə məxsus Hyundai avtobus **-TA-*** nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 düzgün ara məsafəsi saxlamayaraq İddiaçı məxsus "Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə hərəkət edərkən arxa hissədən həmin avtomobillə toqquşmuş və avtomobilə ziyan vurmuşdur. Ziyanın müəyyən edilməsi məqsədilə 13.07.2021-ci il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) aktı tərtib edilmiş və avtomobilə 3143 (üç min yüz qırx üç) manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilənlərə və işdə olan materiallara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən, müştərək qaydada, dəymiş zərərə görə 3143 (üç min yüz qırx üç) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. İddia tələbi mənəvi ziyan hissəsində təmin eilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən, müştərək qaydada, dəymiş zərərə görə 3143 (üç min yüz qırx üç) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar