Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-219/2023 31.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, həmçinin digər iddiaçılar X7, İddiaçı3 və Nemanova (Nadirova) Yeganə Cahangir qızının nümayəndəsi İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1, X7, İddiaçı3 və Nemanova (Nadirova) Yeganə Cahangir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, X7, İddiaçı3 və Nemanova (Nadirova) X9 rayonu, 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən paylara uyğun İddiaçı1 fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə, İddiaçı4 fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10, İddiaçı3 fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 X6 fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə, Cavabdeh1 qızma fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə, Cavabdeh2 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh3 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə və Cavabdeh4 fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə olmaqla naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən mülkiyyət hüququ əsasında fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 İddiaçı4 (Cahangir qızına, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 İddiaçı3 qızma, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X6, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh2, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 Cavabdeh3 və fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 məxsusdur. İş üzrə Cavabdeh1 mərhum qardaşı X3 həyal yoldaşıdır. X2 xəstə olduğu üçün onunla bir ailədə yaşamaq istəmədiklərindən qardaşı Vüqar Nadirov 2008-ci ildə həyat yoldaşı Cavabdeh1 və uşaqları-Nəzrin, Nərmin və Cavabdeh4lar ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə köçüb getmişdir. X11 04 iyun 2016-cı il tarixdə vəfat elmiş, onun ölümündən sonra xəbəri olmuşdur ki, 2008-ci ildə Cavabdeh1 onlara məxsus pay torpaq sahələri onların razılığı və xəbəri olmadan satmışdır. Daha sonra analarının xəstəliyindən istifadə edərək saxta vəsiyyətnamə alıb onların yaşayış evləri oğlu Cahangirin adına rəsmiləşdirmiş və həmin vaxidan da Xuraman Quba rayonu İ Nügədi kəndinə qayıtmamış, yaşayış evi ilə heç bir əlaqəsi olmamış, 2008-ci ildən halhazıradək Bakı şəhərində yaşayır. Cavabdehin aldığı saxta vəsiyyətnamə Quba rayon məhkəməsinin qətnaməsi əsasında ləğv olunmuşdur. 09 mart 2011-ci il tarixdə yaşadığları evin 2-ci mərtəbəsi elektrik naqillərinin qısaqapanma nəticəsində alışaraq təmamilə yanmış, evi onlar iddiaçılar öz vəsaiti hesabına təmir etdirmişlər. Hətta cavabdeh yaşayış evləri yanarkən belə hadisədən xəbəri olmuş, əmlaklarının yerləşdiyi yaşayış otağının vəziyyəti ilə maraqlanmamış, evin bərpasında iştirak elməmişdir. Cavabdeh bizə öz evlərində rahat yaşamağa imkan vermir. Onları təhqir edir, şər-böhtan atır, iş yerinə gələrək söyüşlərlə ləyaqətlərini alçaldır. Bundan başqa Xuraman pohoils şöbəsinə şikayət edərək bildirmişdir ki, güya onlar onu evə buraxmırlar və ona məxsus əşyaları oğurlayıb satırlar. Halbu ki, yaşayış evləri yandığı zaman cavabdehin onların evdə olan əşyalarını polisə göstərmişlər. Evlərinin ikinci mərtəbəsi yanarkən cavabdehin əmlakları müvəqqəti olaraq evin birinci mərtəbəsinə düşürülmüşdür. Cavabdeh1 onlarla bir evdə yaşamasalar da, onları evlərindən çıxarmaq üçün hədə qorxu gəlir, mübahisələr yaradır. Bildiririk ki, yaşayış evi iki otaqdan ibarətdir. Həmin evdə onlar İddiaçı1 və Könül Nadirov yaşayırlar. Xuraman, digər eavabdehlər olan uşaqları ilə birlikdə tezliklə qayıdıb evdə yaşayacağını bildirir. Ev olduqca darısqaldır. Xuraman və üç uşağı ilə birlikdə bir evdə yaşamağları qeyri mümkündür. Ona görə də, yaşayış evinin və həyətyanı torpaq sahəsinin çıxarışda göstərilən paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışlar ki, həmin iddia tələbi qanunsuz və əsassızdır, təmin edilməməlidir. Belə ki, işin hallarından göründüyü kimi mübahisəli ev bütün tərəflərin daimi yaşayış yeri olmaqla 07 (yeddi) nəfərin mülkiyyətindədir və vahid kommunal və məişət şəbəkədən ibarətdir. Yaşayış sahəsinin vahid kommunal və məişət şəbəkələrinin 07 (yeddi) nəfər mülkiyyətçi arasında bölünməsi ağlabatan mühakimə deyildir və belə bir bölgünün həyata keçirilməsi mümkün deyildir. İddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmədə iddiaçı həmçinin digər iddiaçılar X7, İddiaçı3 və Nemanova (Nadirova) Yeganə Cahangir qızının nümayəndəsi İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, bildirdi ki, tərəflər arasında illərdir ki mübahisəli yaşayış evi ilə bağlı məhkəmə mübahisələri mövcuddur ona görədə payları naturada ayrılmaqla mübahisəyə qismən də olmuş son qoyula bilər, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırkı işə həmin cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxin Çıxarışından görünür ki, reyestr nömrəsi **********76-10301 olan, çıxarışa əsasən Quba rayonu, 1-ci Nügədi kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,60 kv.m sahədən ibarət fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı1, fərdi yaşayış evi 1/5 hissə, torpaq sahəsi 1/10 hissədə İddiaçı4, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə İddiaçı3, fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 6/10 hissədə X4, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh1, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh2, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh3, fərdi yaşayış evi 1/20 hissədə, torpaq sahəsi 1/40 hissədə Cavabdeh4 və fərdi yaşayış evi 1/5 hissədə, torpaq sahəsi 1/10 hissədə X1 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə tikinti-texniki ekspertizası) xx.xx.2023-cü il tarixli 10/18320 nömrəli rəyindən görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127.6 kv.m olan yaşayış evi və həyətyanı torpaq sahəsinin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti- X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddiaçılar İddiaçı1, X7, İddiaçı3 və Nemanova (Nadirova) Yeganə Cahangir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, X7, İddiaçı3 və Nemanova (Nadirova) Yeganə Cahangir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-219/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-219/2023
31.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver