Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2194/2022 22.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka çıxarışın verilməsi ilə əlaqədar olaraq öhdəçiliyin müəyyən edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış, Quba rayonu Amsar kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinə dair, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsindən çıxarışın verilməsi öhdəçiliyi ilə bağlı məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şəxsin mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi « Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və ərazi idarələri inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən iddiaçı mülkiyyət hüququ haqqında çıxarışın alınmasından ötrü aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli, həmin müraciətin nəticəsi onu qane etmədikdə, həmin orqanın müvafiq qərarından, hərəkətindən (hərəkətsizliyindən) aidiyyatı inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də hesab edirəm ki, iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə mülkiyyət hüququ haqqında çıxarışın alınmasından ötrü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək, həmin müraciətin nəticəsi onu qane etmədikdə, həmin orqanının müvafiq qərarından, hərəkətindən (hərəkətsizliyindən) aidiyyatı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddianın yolverilməzliiynə görə İddiaçı mərhum mərhum atası X1 miras qalmış, Quba rayonu Amsar kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinə dair çıxarışın alınmasından ötrü Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmək, həmin müraciətin nəticəsi onu qane etmədikdə, həmin orqanının müvafiq qərarından, hərəkətindən (hərəkətsizliyindən) aidiyyatı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2194/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2194/2022
22.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver