Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2316/2025 27.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun silinməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Qaz İstismar İdarəsinin əməkdaşı cavabdeh Sair Müslümovun təqsiri üzündən X1 abonent kod hesabına vurulmuş 3447,36 manat borcun silinməsi və cavabdehin ona qarşı etdiyi qanunsuz hərəkətinə görə ondan maddi və mənəvi zərərin əvəzi olaraq 20000 manat miqdarında pul kompensasiya tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə verərək, iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının vəsatətinə əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı borcun silinməsi, maddi və mənəvi ziyan tələbinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 150 manat dövlət rüsumu iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2316/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2316/2025
27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver