Məhkəmə qərarları › İş №2(027)-2368/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2368/2022

14.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2368/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən sahəsi 73,60 kv.metr olan fərdi yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində edilmiş 20 avqust 2021-ci il tarixli, daşınmaz əmlakın **********79 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyddən və həmin qeyddən verilmiş çıxarışdan göründüyü kimi ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən sahəsi 73,60 kv.metr olan fərdi yaşayış evinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyddən çıxarış verilmişdir. Mülkiyyətində olan həmin yaşayış sahəsində kimlərin qeydiyyatda olduğu ona bəlli deyildir. Daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydi həyata keçirilərkən istifadəçilər barədə məlumat verilmir. Hazırda, “ASAN xidmət” mərkəzindən əldə etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından göründüyü kimi cavabdeh onun mülkiyyətində olan həmin fərdi yaşayış evinə daimi qeydiyyatdadır. Qeydiyyatdan çıxmağını cavabdehdən dəfələrlə xahiş etsə də və o, onun evindəki qeydiyyatdan çıxaraq özünə məxsus evə qeydiyyata alınacağına dəfələrlə vəd versə də vədinə əməl etməmişdir. Cavabdehin günahları səbəbindən öz mülkiyyəti üzərində onun hüquqları məhdudlaşdırılmışdır. Cavabdehin hərəkətləri qanunsuzdur, o, qanunla qorunan onun mülkiyyət hüququnu pozur, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində edilmiş 20 avqust 2021-ci il tarixli, **********79 - 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrə ilə qeydə və həmin qeyddən verilmiş çıxarış əsasında onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən sahəsi 73,60 kv.metr olan fərdi yaşayış evindən onun istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nın yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanda yerləşən yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində ünvan 3 ünvanda yerləşən mənzil vardır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Buna baxmayaraq Cavabdeh həmin evdə faktiki olaraq yaşamasa da, pasport qeydiyyatındadır. İddiaçı cavabdehin evə qeydiyyatının ləğv edilməsi üçün səy göstərsə də, bu məsələni həll etməyə nail olmamışdır. Cavabdeh həmin evdə yaşamır, mübahisəli evdə onun hər hansı əşyası yoxdur. Həmin evdə cavabdeh formal olaraq qeydiyyatdadır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan mənzildə faktiki olaraq yaşamadığına görə oradan istifadə hüquqlarını itirmişdir. Onun həmin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur və bu hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən sahəsi 73,60 kv.metr olan fərdi yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar