Məhkəmə qərarları › İş №2(027)-251/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-251/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-251/2021 10.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xəsəmməd oğlunun iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xəsəmməd oğluna qarşı “Subroqasiya tələbinin təmin edilməsinə” dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xəsəmməd oğluna qarşı “Subroqasiya tələbinin təmin edilməsinə” dair məhkəməyə müraciət edərək, İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil vurulan ziyanın əvəzində 2587 (iki min beş yüz səksən yeddi manat sıfır qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 2617.40 (iki min altı yüz on yeddi manat qırx qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasını onların iştirakı olmadan tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonunda ara məsafə saxlanılması qaydasını pozaraq, X4 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X4 maddi ziyan vurmuşdur. İcbari sığortalar haqqında qanunun 53.2 maddəsinə əsasən, “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı və X1 olmadan qeyd edilən nəqliyyat vasitəsini idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, iizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində X2 təqsirli olması DYPİ-nin YPXA-nın CYP 204498 nömrəli X6 Protokolunda öz əksini tapmışdır. Eyni zamanda AR DİN BDYPİ-nin xx.xx.2017-ci il tarixli, 016-142287-1217 saylı cavab məktubuna əsasən, “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni sahibliyində olmuşdur. İddiaçı bildirir ki, xx.xx.2014cü il tarixində “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən sonuncunun səlahiyyəti olmadan idarə edildiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə 2987 (iki min doqquz yüz səksən yeddi manat sıfır qəpik) manat zərər təyin edilmişdir. MİP-122560-B20 saylı sığorta Müqaviləsinin 009545 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 400 (dörd yüz manat sıfır qəpik) manat azadolma məbləği çıxmaqla 2587 (iki min beş yüz səksən yeddi manat sıfır qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə qalan 2587 (iki min beş yüz səksən yeddi manat sıfır qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xəsəmməd oğluna qarşı “Subroqasiya tələbinin təmin edilməsinə” dair Quba Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil vurulan ziyanın əvəzində 2587 (iki min beş yüz səksən yeddi manat sıfır qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 2617.40 (iki min altı yüz on yeddi manat qırx qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək və məhkəməyə yazılı ərizə ilə müraciət edərək bildirdiki, qardaşı X5 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonunda Hyundai Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurub əzmişdir və buna görə zərərçəkənlə razılaşaraq ona 600 manat məbləğində pul veriblər. Lakin həmin hadisədən 7 il ötür. Əvvəllər bu barədə onlara heç bir məlumat verilməyib və ona görə də iddia müddətin keçməsini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 Xəsəmməd oğlu iddianı qəbul etməyərək, bildirdi ki, “VAZ 21214” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün onda etibarnamə olub, lakin hadisə baş verən gün avtomobili Anar idarə edib və onlar zərərçəkənlə razılaşaraq ona 600 manat məbləğində pul veriblər. İddia müddətinin keçməsini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmamalıdır. Belə ki, ərizəyə əlavə olunmuş 009545 saylı sığorta aktına əsasən “Hyundai Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın məbləği 2987 ( iki min doqquz yüz səksən yeddi) manat təşkil edir. İşdə olan, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan görünürki, avtomobilə dəymiş zərər 2987 ( iki min doqquz yüz səksən yeddi) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası DİN-nin MAPS arayışından görünür ki, Şirinov X3 rayonu Qarxun kəndində doğulub, Xaçmaz rayonu Rəhimoba kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin MAPS arayışından görünür ki, Cavabdeh1 Quba rayonu Qarxun kəndində doğulub, həmin kənddə qeydiyyatdadır İş materiallarında olan 009545 saylı sığorta aktına əsasən xx xxxxxx 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünürki “Hyundai Sonata” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 dəymiş zərərə görə 2987 ( iki min doqquz yüz səksən yeddi) manat məbləğdə sığorta ödənilmişdir. İş matrialında olan Cavabdeh1 və Cavabdeh2 Xəsəmməd oğlunun ərizəsindən görünür ki,iddiaçı tərəfindən uzun müddət keçdikdən sonra məhkəməyə iddia verməsini nəzərə alıb iddia müddətini tədbiq edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xəsəmməd oğluna qarşı “Subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası müəyyən olunmuş iddia müddəti keçdikdən sonra verildiyi üçün iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xəsəmməd oğluna qarşı “Subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar