Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2564/2022 14.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Quba Ərazi İdarəsinə qarşı “naturada torpaq sahəsinin bölünməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Quba Ərazi İdarəsinə qarşı “naturada torpaq sahəsinin bölünməsi və çıxarışın ləğv edilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 ünvanı Bakı şəhəri, ünvan 1aşqa, cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Quba Ərazi İdarəsi qeyd edilsə də, həmin Ərazi İdarəsi mövcud olmadığından və onun əvəzinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi cavabdeh qismində cəlb edilməli idi. İddiaçının cavabdehlərin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Ərizəni və mülki işi nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Göstərilənlərə əsasən, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Quba Ərazi İdarəsinə qarşı “naturada torpaq sahəsinin bölünməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Quba rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Quba Ərazi İdarəsinə qarşı “naturada torpaq sahəsinin bölünməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə Quba rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2564/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2564/2022
14.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver