Məhkəmə qərarları › İş №2(027)-359/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-359/2020

13.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-359/2020 13.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın əvəzinə kompensasiya ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın 1/8 hissəsində payına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, İddiaçı iddianın dəqiqləşdirilməsin ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın 1/8 hissəsində payının naturada ayrılması, bu mümkün olmadıqda isə Cavabdeh Şamailovnanın 1/8 hissəsində payın kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsi onun və cavabdehin paylı mülkiyyətindədir. Paylı mülkiyyətində onun payı 7/8, cavabdehin payı isə 1/8 hissədir. Cavabdehin payı mülkiyyətdə cuzi olsa da, cavabdehlə payın ayrılması üsülü və şərtləri haqqında razılığa gələ bilməmişlər. Yəni, təklif etmişdir ki, paylı mülkiyyətdə olan payının dəyəri ona pul şəkilində ödəsin. Belə ki, onun payı 1/8 hissə təşkil etdiyindən naturada ayrılması qeyri-mümkündür. Evin sahəsi ümumilikdə 28,5 kv.m olduğu üçün 28,5 kv.m sahənin 1/8 hissəsi 3.56 kv.m təşkil edir. Evin yerləşdiyi 0.03 ha torpaq sahəsinin 1/8 hissəsi isə 0,00375 ha təşkil edir. Göründüyü kimi cavabdehin payı ümumi əmlakdan çox cuzidir. Cavabdehin ünvan 2 ünvanında hər cür şəraiti olan evi vardır. Onun mübahisə predmeti olan yaşayış evindən mühüm mənafeyi yoxdur. Cavabdeh onun təklifinə razı olmadığı üçün hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdirMəhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində yerləşən 28,5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi və yaşayış evinə İddiaçı 7/8 payı, Cavabdeh Şamailovnanın isə 1/8 payı müəyyən edilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/219 saylı, xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il çıxarışa əsasən İddiaçı və Cavabdeh Şamailovnaya məxsus olan ünvan 1 saylı yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçının payının (7/8 hissə) və cavabdehin payının (1/8 hissə) naturada bölgüsü mümkün deyildir.İş üzrə təyin edilmiş Məhkəmə Tikinti – Texnikası Ekspertizasının 10/693 saylı, xx.xx.2020-ci il tarixli ekspertiza rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il çıxarışa əsasən iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətində olan ünvan 1 saylı ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsindən Cavabdeh Şamailovnanın payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsünün İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/392 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 28,5 kv.m sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 16.000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsi iddiaçı və cavabdehin mülkiyyətlərinə verilmişdir. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə cavabdehin 1/8 payının ayrılmasını tələb etsə də, mülki iş üzrə təyin edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi və tikinti-texnika ekspertizasının xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh Şamailovnaya məxsus olan ünvan 1 saylı yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçının payının (7/8 hissə) və cavabdehin payının (1/8 hissə) naturada bölgüsü mümkün deyildir. Çünki, sözügedən 0.03 ha torpaq sahəsinin 1/8 pay bölgüsündən alınan 37.5 m2 hissəsinin və 28.5 m2 fərdi yaşayış evinin 1/8 pay bölgüsündən alınan 3.563 m2 hissəsinin beynəlxalq və yerli standartlara əsasən adam başına düşən minimum yaşayış sahəsi normalarından aşağı olduğundan mübahisələndirilən evin və onun yerləşdiyi torpaq sahəsinin 1/8 hissədə bölgüsü mümkün olmamışdır. Lakin, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin bazar dəyərinin müəyyən edilərək, cavabdehin payına düşən 1/8 hissəsinin kompensasiya ödənilməsi ilə əvəz edilməsini xahiş etmişdir. İş üzrə təyin edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 28,5 kv.m sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 16.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mübahisənin mahiyyəti üzrə Məhkəmə nəzərə alır ki, Mülki Məcəlləyəəsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlarn arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasınıtələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi vəya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylımülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələbedə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdəolan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi özpayının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsihüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinənaturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiqpul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylımülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilərtərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçininpayı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadəedilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığıolmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiyaödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiyaaldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsivə ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıqhərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasındaonların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər(220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdehin qeyd edilən əmlakda payı1/8 hissədir. İddiaçının payı isə 7/8 hissədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehin payı isə paylı mülkiyyətdə cüzidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş mütəxəssis və ekspertiza rəylərindən müəyyən olunur ki, paylı mülkiyyətdə olan payın iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hisəssinin naturada bölgüsü mümkün olmadığından, ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyəri 16.000 manat müəyyən edilməli, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh Şamailovnaya məxsus olan 1/8 hissəsi 2000 manat kompensasiya ilə əvəz edilməldir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə 100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hisəssinin naturada bölgüsü mümkün olmadığından, ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyəri 16.000 manat müəyyən edilsin, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh Şamailovnaya məxsus olan 1/8 hissəsi 2000 manat kompensasiya ilə əvəz edilsin. Keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizası xərci 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən bir ay müddətində Yasamal rayon Məhkəməsi vasitəsi Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar