Məhkəmə qərarları › İş №2(027)-37/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-37/2025

13.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-37/2025 13.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddaçı İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı 0.8499 ha torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınaraq, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından göründüyü kimi Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,8499 ha torpaq sahəsinə onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində **********82 reyestr və ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq həmin qeyddən onun adına çıxarış verilmişdir. Ona məxsus həmin torpaq sahəsini Quba şəhər sakini Cavabdeh 2023-cü ilin mart ayından qanunsuz zəbt etmişdir. O, onunla dəfələrlə görüşüb bu əməlindən əl çəkib qanunsuz olaraq zəbt etdiyi torpaq sahəni boşaltmasını tələb etsə də o, buna əməl etməmişdir. Cavabdehin özbaşına olaraq torpaq sahəni zəbt etməsinə son qoyulmalı, torpaq sahəsi özünə qaytarılmaqla hüquqları bərpa olunmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, mütəxəsis yalnışlığa yol vermiş, TEKİUS-a uyğun xəritə gətirməli idi. Əvvəlki mütəxəsislər də torpağa baxış keçirmişlər və qanunazidd rəylər verilib. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianı əsassız hesab edərək, rədd olunmasını xahiş etdi. İİİ. İşin faktiki halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,8499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 344 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi **********7, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,684 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan məhkəmə ekspertizasının 21 iyun 2024-cü il tarixli, 3-16- 16/2-10/4477 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı verilmiş 0.8499 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmişdir. Cavabdeh verilmiş 0.684 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmişdir. Elektron baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən İddiaçı məxsus 0.8499 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı özünə aid torpaq sahəsinin istifadə etməsində Cavabdeh tərəfindən hər hansısa maneə edilməsi halı aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının 28 aprel 2025-ci il tarixli, 10/626 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi Ağarza Paşayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı verilmiş 0.8499 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi. İddiaçı **********82 çıxarışla mülkiyyətinə verilmiş 0.8499 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli 40-2163 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 və ailə üzvlərindən alınmışdır. Həmin çıxarış torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən işlənmişdir. İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Xalıqovun və X1 adına işlənmiş çıxarışların koordinatları ilə (elektron bazada yerləşmə mövqeyinin koordinatları ilə) üstüstə düşmür. Cavabdeh verilmiş 0,684 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi. Cavabdeh verilmiş 0,684 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli 48-599 nömrəli alqı-satqı müqaviləsinə əsasən Tağıyev Babaşah Nəsrulla oğlu və ailə üzvlərindən alınmışdır və elektron baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən Cavabdeh **********47 reyestr nömrəli çıxarış verilmişdir ki, Cavabdeh verilmiş **********47 reyestr nömrəli çıxarışın elektron bazada yerləşmə mövqeyin koordinatları İddiaçı naturada iddia etdiyi ölçülmüş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Belə ki, Cavabdeh verilmiş çıxarış ilə İddiaçı verilmiş çıxarış naturada üst-üstə düşür. Lakin TEKUİS-də aparılmış düzəlişlərə əsasən iddiaçı və cavabdehin mülkiyyətlərinə verilmiş torpaq sahələri (ardıcıllığa uyğun) mübahisəli sahədə qonşu olaraq yerləşir (sxem və cizgilər əlavə edilir). İddiaçı reyestr nömrəsi **********82 olan çıxarışa əsasən mülkiyyətinə verilmiş 0.8499 ha torpaq sahəsi elektron baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən Cavabdeh verilmiş **********47 reyestr nömrəli çıxarış ilə üst-üstə düşür. Cavabdeh baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən verilmiş **********47 reyestr nömrəli çıxarışa əsasən İddiaçı tərəfindən iddia edilən torpaq sahəsindən bütövlükdə istifadə edir. 4-cü və 5-ci suallar yuxarıda mahiyətcə cavablandırılmışdır. Mübahisəli ərarazi hal-hazırda bağ sahəsidir, kim tərəfindən becərilməsi və ya istifadə edilməsini cavablandırmaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş üzrə ekspertiza məhkəmə-torpaqşünaslıq ekspertizaları keçirilmiş, o cumlədən yerində baxış aparılmışdır. xx.xx.2025-ci il tarixdə tərəflərin və mütəxəssis X3 iştirakı ilə yerində müayinə aparılmış və tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsi yerində göstərilmiş, daha sonra Əlisultanova Beydulla ikinci ekspertiza rəyi ilə bağlı məsələyə aydınlıq gətirmişdir. Belə ki, torpaqların xəritələri TEKİUS (torpaqların elektron kadastr uçotu informasiya sistemi) və DWJ baza məlumatları əsasında hazırlanır. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən bu qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Ölkə ərazisində bu proses mərhələli şəkildə həyata keçirilmiş bu proses Quba ərazisində 2022-ci il oktyabr ayında başlamışdır. Hər iki xəritə arasında fərqlər yarandıqda baza məlumatlarına üstünlük verilir. Yerində müayinə zamanı göstərilən mübahisə predmeti olan torpaq TEKİUS ilə 329 nömrəli, DVJ xəritəsi üzrə 243 nömrə ilə qeyd olunmuşdur. Yeni xəritəyə keçid zamanı iddiaçıya məxsus torpaq sahəsi müəyyən edilərkən mütəxəssis yalnışlığa yol vermişdir. İddiaçı çıxarışı xx.xx.2023-cü il tarixdə, Cavabdeh çıxarışı isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehə məxsus DVJ elektron xəritəsində göstərilmiş xx.xx.2022-ci il tarixli çıxarışın alınmasına əsas olmuş JN-243 nömrəli dövlət aktına əsasən 0.684 ha torpaq sahəsidir. Hazırda cavadehin torpaq sahəsi xx.xx.2023-cü il tarixli çıxarışın alınmasına əsas olmuş JN-329 nömrəli akt əsasında hazırlanmış və TEKİUS-da göstərilmiş torpaq sahəsi qonşu sahədə yerləşir. Həmçinin ekspertiza rəyində də təsdiq olunur ki, TEKİUS-da aparılmış düzəlişə əsasən iddiaçı və cavabdehin torpaq sahələri mübahisəli sahədə qonşu olaraq yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fizki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeh məxsus torpaq daha öncədən onun adına rəsmləşdirilmiş, həqiqətən naturada ona məxsusdur. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar